Mühasibat uçotunun inkişaf mərhələləri (28-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (28-ci hissə)

27-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma,Mühasibat uçotu,Alman məktəbində balans nəzəriyyəsinin banisi isveçrəli alim İ.F. Şer olmuşdur. Əvvəlki müəlliflərdən fərqli olaraq Şer uçotun əsasına hesabları deyil, balansı qoyurdu və ifadəni xüsusidən ümumiyə doğru deyil əksinə tərtib edirdi. Balansın əsasında kapital tənliyi dururdu, balansın özü isə kapitalın dövriyyə mərhələlərinin açılması üçün vasitə kimi başa düşülürdü. Mühasibatlıq balans ilə başlayır və onunla bitir. Müasirlərdə uçot və mühasibat prosedurunun bütün nəzəriyyəsinin hesabdan balansa deyil, balansdan hesaba qoyulması böyük təəssürat yaradırdı.

Burada Şer tərəfindən irəli sürülmüş qarışıq hesablar haqqında təlim əhəmiyyətli idi. Qarışıq hesablar dedikdə, o, təsərrüfat əməliyyatlarının nəticələrinin əks olunduğu inventar hesablarını başa düşürdü. Qarışıq hesabların çatışmazlıqlarını etiraf edən Şer onları qaçılmaz hesab edirdi. Buna görə də bütün iqtisadi əməliyyatları mübadilə, nəticə və qarışıqlara bölürdü.

Hesabların mühasibatlıq aparatlarının təşkili və fəaliyyət praktikası ilə əlaqələndirilməsi Şerin böyük xidməti idi. Uçotun və tətbiq edilən hesab planlarının təşkili informasiya axınlarının həm mərkəzdənqaçma, həm də mərkəzə can atma yolları ilə hərəkətini təmin etməli idi. Birinci halda mərkəzləşdirilmiş aparat nəzərdə tutulurdu, ikinci halda isə – mərkəzləşdiriləməmiş aparat. Balansdan irəli gələn hesablar planı iqtisadi idarəetmənin əsasını təşkil edirdi. Şer hesablama məsələlərinə çox diqqət yetirirdi və onu mühasibatın ən mühüm hissəsi kimi nəzərdən keçirirdi. Xərclərin seçilmiş bazaya nisbətdə bölüşdürülməsi son hesablamanın təxmini xarakter verdiyini qəbul edirdi. Lakin hər bir xərc növü üçün xüsusi bir baza seçərək bu yaxınlaşmanın minimuma endirilə biləcəyinə inanırdı.

Şer uçota təhlili daxil edən ilk şəxslərdən biri idi və hesablar üçün dövriyyənin hesablanması da onun xidmətlərindən biri idi. Dövriyyənin hesablanması metodunun təfsiri, xərclərin sabit və dəyişənlərə bölünməsi metodu kimi bu günə qədər də yayılmışdır. Şer hesabdarlıq formalarını inkişaf etdirirdi, o üçhesablı formanı təklif edirdi. Onun mahiyyəti xronoloji qeydiyyat jurnalında üç qrafanın, üç hesabın ayrılmasından ibarət idi: təmiz, qarışıq və kapital. Əgər bu hesablar üzrə balans çıxarılarsa, ilk iki hesabın debet balansının məbləği kapital hesabının kredit balansına bərabərdi. Şerin birjurnallı forması daha maraqlı idi, bu, iqtisadi dövriyyələrin dəyişikliklərlə qalıqların ayrılması ilə sadə bir xronoloji qeydi təmin edirdi. Yəni, hesab balansından hər bir əməliyyatdan sonra zərər və mənfəət çıxarılırdı.

Şerin fikirlərini alimlər tənqid edirdilər, onları ziddiyyətli hesab edirdilər. Lakin balans nəzəriyyəsinin ən böyük çatışmazlığı o idi ki, o hesablaşmalara təsir edən bütün əməliyyatları izah edə bilmirdi və nəticəvi hesablarda əks olunan faktları böyük gərginliklə təsvir edirdi.

Alman məktəbinin böyük nailiyyəti balansın qurulması və şərhi ilə bağlı ideyalardan onun təhlilinə keçid idi. Uçotda üç istiqamət özünü göstərirdi:

1) iqtisadi təhlilin yaradılması (Şer, Ştern, Lyatner və digərləri);

2) hüquqi təhlilin inkişafı mühasibatlıq təftişinin yaranmasına gətirib çıxardı (Beygel, Remer, Porsiq və b.);

3) səhmdarlar arasında balans barədə biliklər populyarlaşırdı (Rozius, Guber, Şenvadt və b.).


29-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: Mənim anamın adına obyekt (qeyri-yaşayış sahəsi) var. Həmin o yerdə mən iş qurmaq istəyirəm. Anamla mən eyni evdə qeydiyyatdayıq, həm də eyni mənzildə yaşayırıq. Sualım budur ki, həmin obyektdə anamla mən icarə müqaviləsi bağlamalıyıq, yoxsa eyni ev təsərrüfatımız olduğundan icarə müqaviləsinə ehtiyac yoxdur?

Zəhmət olmasa, bu mövzunu mənə vergi maddələri ilə izah edərdiniz.

Cavab: Ailə üzvləri arasında verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi halda bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalıdır. Belə ki, ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxs hesab edilir və belə şəxslər arasında təsərrüfat əqdləri həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya avtomobil nəhəngi bir eksperiment üçün bütöv bir adanı əldə edib

posted in: Xəbər | 0

Volkswagen alman avtomobil istehsalçısı “yaşıl” nəqliyyatla bağlı bir eksperimenti həyata keçirmək üçün bütöv bir yunan adasını öz sərəncamına götürüb. Bu haqda şirkətin saytında məlumat verilib.

Söhbət Egey dənizindəki Astipaleya adasından gedir. Yunanıstan hökuməti ilə birlikdə həyata keçirilən layihə çərçivəsində dünya avtomobil nəhəngi, yaxın iki il ərzində adanı bütünlüklə elektrik nəqliyyatına və bərpa olunan enerji mənbələrinə keçirəcək.

Layihə çərçivəsində daxili yanma mühərriki ilə işləyən 1,5 minə yaxın avtomobil min ədəd elektromobillə əvəz ediləcək. Elektriklə işləyən avtomobillərdən başqa adada elektroskuterlər və elektriklə işləyən velosipedlər də populyarlaşdırılacaq. Ümumilikdə layihə altı il üçün nəzərdə tutulub.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb

posted in: Xəbər | 0

әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və yaxud 2,6% artaraq 1 681,6 min nəfər olub, onlardan 908,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,4%-i təhsil, 18,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,1%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 17,1% artaraq 706,6 manat olub. Amma bu, bu ilin yanvar-avqust aylarının yekunu ilə müqayisədə 0,5% azdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun