Mühasibat uçotunun inkişaf mərhələləri (15-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (15-ci hissə)

14-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotu,İtaliyanın uçot məktəbinin hüquqi istiqamətinin nümayəndələri N. d’Anostasio, F. Villa, D. Çebroni, D. Bornaçini və başqaları olmuşlar. Onlar uçotda iki fikri inkişaf etdirmişlər:

1) uçot – bu, mülkiyyətçinin hüquq və öhdəliklərinin qeydiyyatıdır;

2) uçot sisteminin mərkəzində kapitalın uçotu dayanır.

İqtisadi həyatın bütün faktları bu hesaba təsir etməlidir. Bu dördlü sistem adlanırdı, belə ki, hər əməliyyat ən azı dörd dəfə qeyd tələb edirdi. Bu yanaşma mühasibat uçotu sənədlərinin nəzarət əhəmiyyətini gücləndirdi. Çünki kapitalın bir hesabında müxtəlif təsərrüfat əməliyyatlarının düzgünlüyünü təsdiq edən nəzarət nəticələri alınmalı idi.

İtaliya uçotunda iqtisadi istiqamətin nümayəndələri D. Krippa, F. Besta, V. Alfiyeri, Q. Gidilya, A. Stabilini, D. Malone və başqaları olmuşlar. İqtisadi istiqamətin tərəfdarları hesab edirdilər ki, son nəticədə bütün hesablarda maddi dəyərlər nəzərə alınır. Materialist nəzəriyyənin adı elə buradan qaynaqlanırdı. Bütün hesablar kapitalın strukturunu açıqlayan kapitalın iki qrupuna və onun hissələrinə bölünürdü. İqtisadi istiqamət nümayəndələrinin fikrincə, uçot dəyərlərin dəyişməsini, əşyaların hərəkətini qeydə alır, öhdəliklərin dinamikası isə yalnız nəticədir.

Bu istiqamətlərin rəqabətinin təsiri altında İtaliyada üç uçot məktəbi yaradılmışdı: Lombardiya, Toskaniya və Venetsiya.

Lombardiya məktəbi. Onun yaradıcısı F. Villa (1801-1884-cü il) idi. O, mühasibat uçotunun hüquqi və iqtisadi məqsədlərinin böyük sintezini həyata keçirmiş, mühasibat biliklərini sistemləşdirmiş, əsas mühasibat kateqoriyalarını konseptual şəkildə dərk etmişdir. Villa hesab edirdi ki, mühasibatlıq elm səviyyəsinə yüksəlib, öz prinsiplərini və kateqoriyalarını araşdırmalıdır. Təcrübədə bu, hesab və kitabların saxlanmasına tətbiq olunan iqtisadi və inzibati anlayışlar kompleksi idi. Onun məqsədi təsərrüfat və əmlakın təşkilinə nəzarət etməkdir. Nəzarət dəyərlərin qorunub saxlanmasını və onlardan istifadənin səmərəsini, ehtiyatların açılmasını, minimum xərclərdə maksimum nəticələrin təmin edilməsini nəzərdə tutur. Bu mövqe Villanı italyan mühasibatlığının atası etdi.

Villanın fikrinə görə, mühasibat uçotu özündə üç hissəni ehtiva edir:

1) iqtisadi-administrativ münasibətlər sahəsi (uçot nəzəriyyəsi);

2) registrlərin aparılması qaydası və onların praktiki tədqiqatları;

3) idarəetmənin təşkili, o cümlədən hesabların təftişi.

Villa bütün hesabları üç qrupa bölürdü:

1) depozit (əmlak);

2) şəxsi;

3) metodoloji yekun (zərər və gəlirlərin hesabı, giriş və yekun balansın hesabı).

Beləliklə, Villanın mühasibat uçotu kompleks iqtisadi-hüquqi elm idi. O, özündə hüquqi və iqtisadi yük daşıyan ikili qeydiyyatı və informasiyanı bir-birindən ayırırdı.


16-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hərbi əməliyyat və sığorta hadisəsi

posted in: Xəbər | 0

Mövzuya keçməzdən əvvəl Azərbaycan Ordusuna can sağlığı və uğurlar arzu edirik. Mövzu çərçivəsində hərbi əməliyyatlar nəticəsində itkiyə məruz qalmış şəxsə sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı məsələləri izah etməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, qanunvericiliyə görə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması zamanı sığorta ödənişinin verilməsindən imtina edilir. Göründüyü kimi hərbi əməliyyatlar nəticəsində baş verən bir hadisəyə görə sığorta ödənişi verilməsi üçün ya könüllü qaydada bağlanan müqavilədə bu hala görə imtina nəzərdə tutulmamalıdır, ya da icbari sığorta növləri üzrə məsələləri tənzimləyən qanunvericilik normalarında hərbi əməliyyatlar nəticəsində dəyən zərər sığorta təminatına daxil edilməlidir.

Həmçinin qeyd edək ki, hamıya məlum olan daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin və daşınmaz əmlakın istismarı ilə məşğul olan şəxslərin mülki məsuliyyətinin, sərnişinlərin fərdi qəzası üzrə icbari sığorta müqavilələrinə görə aşağıdakı halda dəyən zərərə görə sığorta ödənişi verilmir:

– hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda.

Xatırlatmaq yerinə düşərdi ki, icbari sığorta növləri üzrə səlahiyyətli qurumun rəyini əks etdirən sənədlər faktı təsdiq edir. Bu səbəbdən də hadisə mütləq qaydada təsdiqləndikdən sonra ödəniş yaxud imtina vermək mümkündür.

Fiziki şəxslərin avtomobilləri ilə bağlı tətbiq edilən kasko sığortası üzrə vahid qaydalara əsasən yuxarıda göstərilən hallarda dəyən zərərə görə sığorta ödənişindən imtina verilsə də, tərəflər müqavilə bağlayanda hərbi əməliyyatlar zamanı dəyən zərərə görə təminat verilməsini nəzərdə tuta bilər.

Bununla yanaşı fiziki şəxslər tərəfindən götürülən kreditlə bağlı risklər vahid qaydalara əsasən sığortalanarkən hərbi əməliyyatlarda fəal iştirak zamanı şəxsin sağlamlığına dəyən zərərə görə sığorta təminatı nəzərdə tutularsa, dəyən zərərə görə sığorta ödənişinin verilməsi mümkündür.

Yekunda isə qeyd edək ki, müvafiq sığorta ödənişləri gəlir vergisindən və məcburi dövlət sosial sığorta ödənişlərindən azaddır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödəniş qaydaları

posted in: Xəbər | 0

MDSS haqlarıHüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?

Vergilər Nazirliyinin şərhində bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra ilə ödənilir:
  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl) yaranmış borclar (ardıcıl olaraq);
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Qeyd edilənlərə əsasən, vergi ödəyicisinin əvvəlki dövr üzrə sosial sığorta haqqı üzrə borcunun olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən cari rüb üzrə hesablanmış sosial sığorta haqqı üzrə aparılan ödənişlər cari rübdə yaranmış öhdəliyin yerinə yetirilməsinə aid edilir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA indiyə qədər 350-yə yaxın vətəndaşa dəstək verib

posted in: Xəbər | 0

KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını – mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir.

Bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə edərək mikro biznes qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərdə dəstək və xidmətlər təqdim edir. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş 30-a yaxın proqram iştirakçısı biznesin genişləndirilməsi üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb.

Agentlik özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş proqram iştirakçılarına növbəti mərhələdə bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın KOB dostlarına müraciət etməyi tövsiyə edir (https://bit.ly/3l7Ymej).

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzlərinə müraciət etməklə və yaxud Agentliyin yaratdığı sadələşdirilmiş qeydiyyat sistemindən (https://bit.ly/3o3EWsE) istifadə etməklə yanaşı, KOBİA-nın dəstək və ximətlərindən də faydalana bilərlər. KOBİA proqrama qoşulmaq istəyən vətəndaşlara bir neçə istiqamətdə dəstək göstərir. Bunlar məlumatlandırma və əlaqələndirmə, təlim prosesində iştirak, biznes planların hazırlanmasına dəstək, prosesin təşkilində iştirakdır.

Belə ki, KOBİA ölkənin müxtəlif rayon və şəhərlərində fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə proqrama qoşulmaq istəyən vətəndaşları proqramın üstünlükləri və şərtləri barədə məlumatlandırır, onların e-sosial üzərindən qeydiyyatına texniki dəstək göstərir və məşğulluq mərkəzləri ilə əlaqələndirir. İndiyədək 350-yə yaxın vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb. Agentliyin müxtəlif şəhər və rayonlarında olan inzibati ofisləri proqram iştirakçılarının təlimləri üçün istifadə olunur. KOBİA proqram iştirakçılarına biznes planların hazırlanmasında da dəstək göstərir. Pandemiya ilə əlaqədar 2020-ci ildə proqram iştirakçıları təlimlərə cəlb edilmədən, biznes planlar əsasında müvafiq avadanlıqlarla təmin olunduğundan bu proses hazırda daha aktiv şəkildə həyata keçirilir. Eyni zamanda KOBİA Dövlət Məşğulluq Agentliyi ilə birgə uyğun namizədlərin təsərrüfatına baxış keçirir, iştirakçılara aktivlərin verilməsi prosesində iştirak edir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun