Cenevrə minimal əmək haqqını 4 min dollara çatdırmaq istəyir

posted in: Xəbər | 0

İsveçrənin Cenevrə şəhərinin sakinləri saatda 23 isveçrə frankı məbləğində minimum əmək haqqı məbləğinin tətbiqini dəstəkləyiblər. 41 saatlıq iş həftəsi üçün hesabladıqda bu, 3,8 min isveçrə frankı və ya 4,1 min ABŞ dolları edir. Təxminlərə görə, bu dəyişikliklər ayın sonunda qüvvəyə minəcək. Bu haqda CNBC kanalı məlumat verib.

Təşəbbüs səsvermə iştirakçılarının üçdə ikisi tərəfindən dəstəklənib. Halbuki 2011 və 2014-cü illərdə sözügedən analoji təklif böyük əksəriyyətin səs çoxluğu ilə rədd edilmişdi. Ekspertlər qeyd edirlər ki, koronavirusla bağlı vəziyyət şəhərdə sosial bərabərsizlik və yoxsulluq problemini daha da dərinləşdirib, bu isə minimal gəlirlərə olan münasibəti dəyişdirib.

Yeni minimal maaşlar təkcə Avropada deyil, həm də bütün dünyada ən yüksək əmək haqqı hesab olunacaq. Belə ki, sözügedən məbləğ ABŞ-dakından üç dəfə və yüksək maaşlar verilən Böyük Britaniyadakı məvaciblərdən isə iki dəfə yuxarı olacaq. Bundan bir qədər əvvəl Mercer konsaltinq firması, 2020-ci ildə keçirdiyi tədqiqatlar nəticəsində Cenevrəni dünyanın ən bahalı şəhərləri siyahısında doqquzuncu yerdə olduğunu qeyd etmişdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi

posted in: Xəbər | 0

Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinin 166.2-ci maddəsində qeyd edilib ki, Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Maddənin müddəalarını iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi malların qeyri-kommersiya məqsədləri üçün verildikdə, o cümlədən malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi halda vergi tutulan əməliyyatın vaxtını müəyyən etməkdir.

Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə təqdim edilmiş malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi gün ƏDV tutulan əməliyyatın vaxtı sayılır.

Bir məqamı qeyd etmək lazımdır ki, fövqəladə hal şəraitində malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılmır. Məsələn, müəyyən bir ərazidə sel suları nəticəsində vergi ödəyicisinin mallarnın xarab olduğu və ya malları çay daşqını yuyub apardığı üçün malların qalığı əskik gəldiyi hallarda ƏDV geri hesablanılmır.

Misal 1: Müəssisə 2020-cı ilin aprel ayında kommersiya məqsədləri üçün 50.000 manat dəyərində (ƏDV-siz) mal almış və aldığı mala görə ödədiyi 9.000 manat ƏDV məbləğini aprel ayında büdcə ilə əvəzləşdirmişdir. Amma may ayının 25-də həmin mal qeyri-kommersiya məqsədləri üçün istifadə olunmuşdur.

Bu halda, vergi tutulan əməliyyatın aparıldığı vaxt 2020-ci ilin may ayının 25-i hesab olunur. Buna görə də əvəzləşdirilmiş 9.000 manat ƏDV məbləği may ayının ƏDV bəyannaməsində büdcəyə hesablanmalıdır.

Misal 2: ƏDV ödəyicisi olan şəxsdə 2020-ci il yanvar ayının 10-da aparılan inventarizasiya zamanı ƏDV-ni ödəməklə əldə etdiyi və müvafiq əvəzləşdirmə aldığı 800 manat məbləğində malı əksik gəlmiş, kommersiya məqsədləri üçün aldığı 1.000 manat məbləğində olan malları həmin ilin yanvar ayında qeyri-kommersiya məqsədləri üçün istifadə etmiş və fevral ayında isə 2.000 manat məbləğində malı xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirin.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 1.000 manat məbləği və əskik gəlmiş mala görə 800 manat məbləği yanvar ayının vergi tutulan əməliyyatlarına aid olacaq və həmin ay büdcəyə 324 manat ((1000 + 800) x 18 % = 324 manat) ƏDV hesablamalıdır. Malların xarab olmasına görə olan 2000 manat məbləği isə fevral ayının vergi tutulan əməliyyatlarına daxildir və həmin ay büdcəyə 360 manat (2000 x 18% = 360 manat ) ƏDV hesablamalıdır.

Misal 3: ƏDV ödəyicisi olan şəxs 2020-ci il mart ayının 15-də 300 manat məbləğində iş görmüş, 1.500 manatlıq mal ixrac etmiş, inventarizasiya zamanı isə 500 manat məbləğində mal əksik gəlmiş, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan 700 manat məbləğində qeyri-kommersiya məqsədləri üçün istifadə etmiş, fövqəladə hal nəticəsində 5.000 manatlıq malı xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirin.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Vergi ödəyicisinin 300 manat məbləğində iş görülməsi, 500 manat məbləğində malın əksik gəlməsi, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 700 manat məbləğləri mart ayının vergi tutulan əməliyyatlarına aid olacaq və həmin ay büdcəyə 270 manat ((300 + 500 + 700 ) x 18 % = 270 manat) ƏDV hesablamalıdır. Vergi ödəyicisinin ixrac etdiyi 1.500 manat məbləğində mal sıfır (0) dərəcə ilə vergiyə cəlb olunur. Fövqaladə hallar nəticəsində 5.000 manat dəyərində malın xarab olması isə vergi tutulan əməliyyat sayılmır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanması qaydası təsdiq edildi

posted in: Xəbər | 0

kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 5 oktyabr 2020-ci il
№ 376

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 5 oktyabr
tarixli 376 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İcbari tibbi sığorta üzrə sığorta haqqının
hesablanmasına və ödənilməsinə nəzarət

QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-24.2-ci maddəsinə əsasən hazırlanmışdır və Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə (bundan sonra – sığortaolunanlar) münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını müəyyən edir.

1.2. Sığortaolunanlara münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) (bundan sonra – məlumat bazası) vasitəsilə həyata keçirilir.
2. Sığorta haqqının hesablanmasına nəzarət

2.1. Sığortaolunanlar üzrə illik sığorta haqqının dərəcəsi minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirilir və Qanunun 15-11.6-cı maddəsinə müvafiq olaraq sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.

2.2. Sığortaolunanlar tərəfindən sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

2.3. Sığortaolunan tərəfindən ödənilməli olan sığorta haqqının hesablanmasına nəzarət sığorta haqqını ödəmək öhdəliyi yarandığı andan etibarən Agentliyin məlumat bazası vasitəsilə sığortaolunanın FİN-i üzrə elektron şəkildə aparılır.

3. Sığorta haqqının ödənilməsinə nəzarət

3.1. Sığortaolunanlar tərəfindən sığorta haqqının ödənilməsinə nəzarət Agentliyin məlumat bazası vasitəsilə aparılır və sığorta haqqını ödəməmiş sığortaolunanlara dair hesabat real vaxt rejimində generasiya olunur.

3.2. Qanunun 15-12.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul etdi

posted in: Xəbər | 0

Könüllü fəaliyyəti, Sosial müavinətlər, əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun. (10 manat müəyyən edilməsi).

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun