“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib

posted in: Xəbər | 0

Könüllü fəaliyyəti, Sosial müavinətlər, əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin dünən keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişiklik layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib.

O bildirib ki, dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda Ani Ödənişlər Sistemi real rejimdə istismara verilib

posted in: Xəbər | 0

uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilib.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gündən AÖS-ə inteqrasiya olunmuş banklarda, habelə onların internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqları istifadəyə təqdim olunub. Qeyd olunan funksionallıqların tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılması imkanı yaradılıb. İstifadəçilər iştirakçı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə, eləcə də müvafiq bank bölmələrinə müraciət edərək AÖS üzrə qeyd olunan əməliyyatları həyata keçirə bilərlər.

Hazırda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” , “Unibank”, “Premium Bank”, “Muğan Bank”, “Bank Avrasiya”, “Express Bank”, “AFB Bank”, “Günay Bank”, “Naxçıvan Bank” və “Ziraat Bank Azərbaycan” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, İran Milli Bankının Bakı filialı AÖS-ə inteqrasiya olunub. AÖS üzrə xidmətlər “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan”, “Express Bank” tərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərilir.

Əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə AMB AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutmayacaq.

AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksional imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək. Bu ilin sonuna qədər sistemin mobil tətbiqi və internet səhifəsi real rejimdə istismara veriləcək, habelə kiçik təsərrüfat subyektlərinə “QR kod” və “NFC” kimi texnoloji həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqlar təqdim ediləcək. Eyni zamanda, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə AMB-nin yaratdığı “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş qurumlar tərəfindən göstərilən 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi təmin olunacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Milli Məclis bəzi şəxslər üçün gəlir vergisinin azaldılmasını təsdiqlədi

posted in: Xəbər | 0

Gəlir vergisi ödəyiciləri,Milli Məclisin dünən keçirilən plenar iclasına Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə azadolma məbləği 100 manatdır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarların işçilərə görə ödəməli olduğu sosial sığorta haqqının hesablanması

posted in: Xəbər | 0

sosial sığorta, icbari sığorta, Yerli sığorta, sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,Fərdi sahibkarlıq subyektlərinin sosial sığorta haqqı məbləğlərinin hesablanması barədə saytımızda nəşr edilmiş yazı biznes mühitinin marağında olduğu məsələlərdəndir. Mövzunun şərhini iqtisadçı ekspert İsmayıl Bağırov davam etdirir.

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı fərqli dərəcələrlə ödənilir. Fərdi sahibkarlar qanunda qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını həm sahibkarlıq fəaliyyəti üçün hesablayıb ödəməli, həm də işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Misal 1: Tutaq ki, Bakı şəhərində pərakəndə ticarətlə məşğul olan fərdi sahibkar əmək müqaviləsi ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. Hər işçiyə 300 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:
Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat (( 250 x 25% = 62,5) x 100% = 62,5 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunun öz vəsaiti hesabına ödəməklə 118 manat və işçinin əməkhaqqından ödəmə mənbəyində tutulmaqla 32 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir:

200 x 22% = 44 manat
100 x 15% = 15 manat
44 + 15 = 59 manat
59 x 2 = 118 manat.
200 x 3% = 6 manat
100 x 10% = 10 manat
6 + 10 = 16 manat
16 x 2 = 32 manat
118 +32 = 150 manat.

Deməli, fərdi sahibkar 2 işçiyə görə ayda 150 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2: Naxçıvan şəhərində ərzaq məsullarının satışı ilə məşğul olan fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və hər işçiyə 600 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:

Bu zaman, fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat (( 250 x 25% = 62,5) x 80% = 50 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ümumilikdə 750 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

200 x 22% = 44 manat
400 x 15% = 60 manat
(44 + 60) x 5 = 520 manat.
200 x 3% = 6 manat
400 x 10% = 40 manat
(6 + 40) x 5 = 230 manat
520 + 230 = 750 manat.

Qeyd edək ki, bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünu ödəyirlər.

Misal 3: Sumqayıt şəhərində topdan ticarət və əhaliyə məişət xidməti ilə məşğul olan fərdi sahibkar sahibkar qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü (ticarət üzrə minimum aylıq əmək haqqının 25 faizinin 90 faizi miqdarında) məbləğində, yəni 56,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 90% = 56,25 manat.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun