Ödəmə onlayn olarsa malın çatdırılması zamanı NKA çeki də verilməlidir?

posted in: Xəbər | 0

Ödəmə onlayn olarsa malın çatdırılması zamanı NKA çeki də verilməlidir?


Sual: ƏDV ödəyicisi olan hüquqi şəxs pərakəndə qaydada ticarət fəaliyyəti ilə məşğuldur. (İdxal edilmiş hazır məhsullar son istehlak məqsədi ilə fiziki şəxslərə təqdim edilir). Mallar müştərilərə təqdim edilərkən satılan malların dəyəri nəğd və ya posterminal vasitəsilə ödənilərkən müştəriyə nəzarət kassa aparatı çeki təqdim edilir. Lakin COVİD19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq edildiyi gündən malların obyektimizdə təqdim edilməsi dayandırılmış və onlayn satış fəaliyyətinə keçilmişdir. Əgər müştəri aldığı malın dəyərini bankomatlar vasitəsilə və ya ödəniş tapşırığı ilə birbaşa bizim bank hesabımıza ödəmişdirsə, bu halda mal çatdırılan zaman müştəriyə NKA çeki də təqdim edilməlidirmi?

Cavab: Bildiririk ki, Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda muzdlu işçilərin əmək haqqı artıb

posted in: Xəbər | 0

Yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 948,5 manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta ödənişinin təyinatı sahəsində yeniliklər ediləcək

posted in: Xəbər | 0

Pensiya sistemi, Əməyin Mühafizəsi Mərkəzi, Texniki Komitə, Əməyin təhlükəsizliyi, Əməyin təhlükəsizliyinin standartlaşdırılması, Məşğul şəxslərin reyestri, birdəfəlik ödəmə, məşğulluq, Əmək münasibətləri, sığorta, Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlar“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib. Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?

Bunun üçün ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq  bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

İşsizlikdən sığorta ödənişi hansı hallarda təyin edilir?
  • dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər – ən azı 1 il sığorta stajı olduqda,
  • əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər – işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.
 İşsizlikdən sığorta ödənişi necə hesablanır?
  • dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində,
  • əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra – minimum aylıq əmək haqqı məbləğində 3 ay müddətində ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq,  avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Gömrük Komitəsi “Smart Customs” proqram təminatı ilə bağlı ən çox ünvanlanan sualları cavablandırıb

posted in: Xəbər | 2

“Smart Customs” proqram təminatı

risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsinin “Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət” layihəsinin təqdimatından sonra Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə ən çox ünvanlanan sualları cavablandıraraq izləyicilərimizin diqqətinə çatdırırıq.

1. Ünvana çatdırılma ödənişsiz olacaq və necə həyata keçiriləcək?

Sifariş etdiyiniz məhsulun ünvana çatdırılması sifariş edənlə daşıyıcı şirkət arasında münasibətlərlə tənzimlənir.

2. 300 dollar limitini keçməsək yenə də bəyannamə verməliyik?

Hər bir halda sifariş etdiyiniz məhsul bu tətbiq vasitəsilə bəyan olunmalıdır.

3. Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?

“Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.

4. “Smart Customs” proqramında bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək olarmı?

300 dollar limit çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiyiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq.

5. “Smart Customs” Proqramına girmək üçün mütləq Asan İmza olmalıdırmı?

Azərbaycan vətəndaşları üçün proqrama daxil olmaq Asan İmza və Elektron İmza ilə yanaşı, «Fərdi identifikasiya nömrəsi» (FİN) ilə də mümkündür. Qeydiyyat zamanı təyin edəcəyiniz şifrənin böyük və kiçik hərflərlə yanaşı, rəqəmdən ibarət olmasına da diqqət edin.

6. “Smart Customs” proqramı ilə 2 ədəddən artıq, amma 300 dollar limitini keçmədən sifariş verdikdə gömrük rüsumu ödəmək lazımdır?

Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Vətəndaş şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə gömrük ödənişləri ödənilir.

7. “Smart Customs” proqramında səhvən bəyannamə verdim və limitim doldu, bunu necə ləğv edə bilərəm?

Bildiririk ki, “Smart Customs” proqram təminatının tezliklə yenilənməsi nəzərdə tutulur. Yenilənəcək proqram təminatında qeyd olunan məsələ öz həllini tapacaq.

8. ASAN imza olmadan “Smart Customs” proqramında qeydiyyatdan keçmək olarmı? Hansı səbəbdən FİN kodla qeydiyyatdan keçmək olmur?

“Smart Customs” proqram təminatından istifadə «ASAN login» sisteminə daxil olmaqla yalnız «ASAN imza», «Elektron-imza» və ya «Fərdi identifikasiya nömrəsi» (FİN) vasitələri ilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir.
Qeyd: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda «ASAN login» sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir.

9. Telefon nömrəsi mənim adıma deyilsə, amma bağlama mənim adıma olacaqsa, bəyannamə necə veriləcək?

“Smart Customs” proqram təminatına daxil olmaq üçün “ASAN login” sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda «ASAN login» sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz.

10. Gətirəcəyim məhsulun aid olduğu kateqoriya sizin siyahıda yoxdur, bu halda nə etməliyəm?

Bildiririk ki, ölkə ərazisinə gətirilən mal kateqoriyaları tərəfimizdən analiz olunur və siyahıya yeni mallar əlavə olunacaq. Malların siyahısı mütəmadi olaraq yenilənir.

11. “Smart Customs” proqramında elektron xidmət haqqı hansı hallarda verilir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarına əsasən bütün növ gömrük bəyannamələri üçün elektron gömrük xidmətinin göstərilməsinə görə gömrük yığımı tutulur.

Mənbə: www.facebook.com/azgomruk


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun