Read More9
Read More9

Vergi Xidməti: Gələcəkdə zərurət yaranarsa, müvafiq tədbirlər görüləcək

posted in: Vergi, Xəbər | 0

Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtı“Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlar törədərək Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin həmlələri dəf edilib və hazırda rəşadətli Azəbaycan əsgərləri tarixi torpaqlarımızı işğaldan azad edirlər. Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalan düşmən mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın hərbi təxribatı nəticəsində çoxsaylı sahibkarlıq obyektlərinə də ciddi zərər dəyir”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayevin şərhində qeyd edilir.

A.Rzayev bildirir ki, vergi ödəyicilərinə məxsus bir sıra təsərrüfat obyektləri ziyan çəkir, sahibkarların əmlakına külli miqdarda zərər vurulur, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanır və ya ciddi maliyyə itkiləri ilə üzləşirlər.

“Azərbaycan dövləti həmişə olduğu kimi, bu gərgin günlərdə də sahibkarların yanındadır. Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə ləğv edilib.

Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərə alınmaqla cəbhəyanı ərazilərdə fəaliyyət göstərən və zərər görmüş sahibkarlar üçün maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan inzibati aktlar ləğv edilib və həmin qərarlar üzrə maliyyə sanksiyalarının silinməsi ilə bağlı aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilib”.

İdarə rəisinin müavini qeyd edib ki, qəbul edilmiş qərarla 2 013 vergi ödəyicisinin milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib. Bu qərar tam və qismən işğal altında olan rayonlar, həmçinin cəbhəyanı ərazilər, o cümlədən Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy və bir sıra digər rayonlardan olan vergi ödəyicilərini əhatə edir. Qərar mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilir.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərinə münasibətdə bu qərarın qəbul edilməsi onların gələcək maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və fəaliyyətinin davamlı olmasına xidmət edəcək: “Sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlı və maneəsiz həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (23-cü hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (23-cü hissə)

22-сi hissəni oxumaq üçün keçidə daxil olun


Hesab edirik ki, mühasibat uçotunun yenidən qurulması müəssisənin iqtisadi modelinin yaradılması ilə başlamalıdır. Hansı ki, öz növbəsində, onun bütün komponentləri üzrə tələbləri qeyd edəcək.

Y.A. Staxanov

Mühasibat uçotunda modelləşdirmə obyektləri mühasibat sistemləri kimi xidmət edir.

A.A. Şapoşnikov

Hesabdarlığın modeli mühasibat uçotunun əsas terminlərini və anlayışlarını ifadə edən hərf və bəzi digər simvollar əsasında qurulur.

B.V. Alaxov
Mühasibat uçotunun informasiya sisteminin formalaşmasının əsasını təşkil edən uçot modeli mühasibat uçotu hesablarının planıdır.
B.V. Alaxov

Hesab sistemi vasitəsilə modelin qurulması mühasibat uçotu üçün səciyyəvi olan və uçot informasiyasını daha səmərəli təşkil etməyə imkan verən modelləşdirmənin spesifik formasıdır.

V.E. Deşin

Hesablarda əks olunan əməliyyatların iqtisadi məzmunundan söhbət getdikdə, onu əsas tutmaq lazımdır ki, onlar real reallığı, obyektiv həqiqəti əks etdirməlidirlər. Bu baxımdan praktikada tətbiq olunan hesab sisteminə baxsaq, onda belə bir həqiqəti əks etdirməyən, lakin müəyyən məqsədlərə və ya təyinatlara mükəmməl xidmət edən hesabların olduğunu görmək çətin deyil. Mühasibat uçotunun danılmaz üstünlüklərindən biri də ondan ibarətdir ki, həqiqəti göstərmək üçün o, həqiqət anından məhrum edilmiş qəbullara müraciət edə bilər.

Q.P. Biqvava

Ən elementar model iki müxbir hesabların qarşılıqlı əlaqəsini əks etdirən adi müxabirləşmədir. İdarəetmə sistemində mühasibat uçotunun yerini göstərən model ən miqyaslı olacaq.

K.N. Naribayev

Formal-aksiomatik model-formallaşdırmanın nəticəsidir – aydın şəkildə təsvir edilməlidir. İndiyə qədər belə bir təsvir yoxdur. Dərsliklərdə və dərs vəsaitlərində uçot müddəaları, bir qayda olaraq, model formasında deyil, konkret vahid nümunələrdə məzmun təsviri şəklində təsvir edilir.

R.S. Raşitov


Mühasibat uçotunun inkişaf mərhələləri (15-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (15-ci hissə)

14-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotu,İtaliyanın uçot məktəbinin hüquqi istiqamətinin nümayəndələri N. d’Anostasio, F. Villa, D. Çebroni, D. Bornaçini və başqaları olmuşlar. Onlar uçotda iki fikri inkişaf etdirmişlər:

1) uçot – bu, mülkiyyətçinin hüquq və öhdəliklərinin qeydiyyatıdır;

2) uçot sisteminin mərkəzində kapitalın uçotu dayanır.

İqtisadi həyatın bütün faktları bu hesaba təsir etməlidir. Bu dördlü sistem adlanırdı, belə ki, hər əməliyyat ən azı dörd dəfə qeyd tələb edirdi. Bu yanaşma mühasibat uçotu sənədlərinin nəzarət əhəmiyyətini gücləndirdi. Çünki kapitalın bir hesabında müxtəlif təsərrüfat əməliyyatlarının düzgünlüyünü təsdiq edən nəzarət nəticələri alınmalı idi.

İtaliya uçotunda iqtisadi istiqamətin nümayəndələri D. Krippa, F. Besta, V. Alfiyeri, Q. Gidilya, A. Stabilini, D. Malone və başqaları olmuşlar. İqtisadi istiqamətin tərəfdarları hesab edirdilər ki, son nəticədə bütün hesablarda maddi dəyərlər nəzərə alınır. Materialist nəzəriyyənin adı elə buradan qaynaqlanırdı. Bütün hesablar kapitalın strukturunu açıqlayan kapitalın iki qrupuna və onun hissələrinə bölünürdü. İqtisadi istiqamət nümayəndələrinin fikrincə, uçot dəyərlərin dəyişməsini, əşyaların hərəkətini qeydə alır, öhdəliklərin dinamikası isə yalnız nəticədir.

Bu istiqamətlərin rəqabətinin təsiri altında İtaliyada üç uçot məktəbi yaradılmışdı: Lombardiya, Toskaniya və Venetsiya.

Lombardiya məktəbi. Onun yaradıcısı F. Villa (1801-1884-cü il) idi. O, mühasibat uçotunun hüquqi və iqtisadi məqsədlərinin böyük sintezini həyata keçirmiş, mühasibat biliklərini sistemləşdirmiş, əsas mühasibat kateqoriyalarını konseptual şəkildə dərk etmişdir. Villa hesab edirdi ki, mühasibatlıq elm səviyyəsinə yüksəlib, öz prinsiplərini və kateqoriyalarını araşdırmalıdır. Təcrübədə bu, hesab və kitabların saxlanmasına tətbiq olunan iqtisadi və inzibati anlayışlar kompleksi idi. Onun məqsədi təsərrüfat və əmlakın təşkilinə nəzarət etməkdir. Nəzarət dəyərlərin qorunub saxlanmasını və onlardan istifadənin səmərəsini, ehtiyatların açılmasını, minimum xərclərdə maksimum nəticələrin təmin edilməsini nəzərdə tutur. Bu mövqe Villanı italyan mühasibatlığının atası etdi.

Villanın fikrinə görə, mühasibat uçotu özündə üç hissəni ehtiva edir:

1) iqtisadi-administrativ münasibətlər sahəsi (uçot nəzəriyyəsi);

2) registrlərin aparılması qaydası və onların praktiki tədqiqatları;

3) idarəetmənin təşkili, o cümlədən hesabların təftişi.

Villa bütün hesabları üç qrupa bölürdü:

1) depozit (əmlak);

2) şəxsi;

3) metodoloji yekun (zərər və gəlirlərin hesabı, giriş və yekun balansın hesabı).

Beləliklə, Villanın mühasibat uçotu kompleks iqtisadi-hüquqi elm idi. O, özündə hüquqi və iqtisadi yük daşıyan ikili qeydiyyatı və informasiyanı bir-birindən ayırırdı.


16-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hərbi əməliyyat və sığorta hadisəsi

posted in: Xəbər | 0

Mövzuya keçməzdən əvvəl Azərbaycan Ordusuna can sağlığı və uğurlar arzu edirik. Mövzu çərçivəsində hərbi əməliyyatlar nəticəsində itkiyə məruz qalmış şəxsə sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı məsələləri izah etməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, qanunvericiliyə görə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması zamanı sığorta ödənişinin verilməsindən imtina edilir. Göründüyü kimi hərbi əməliyyatlar nəticəsində baş verən bir hadisəyə görə sığorta ödənişi verilməsi üçün ya könüllü qaydada bağlanan müqavilədə bu hala görə imtina nəzərdə tutulmamalıdır, ya da icbari sığorta növləri üzrə məsələləri tənzimləyən qanunvericilik normalarında hərbi əməliyyatlar nəticəsində dəyən zərər sığorta təminatına daxil edilməlidir.

Həmçinin qeyd edək ki, hamıya məlum olan daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin və daşınmaz əmlakın istismarı ilə məşğul olan şəxslərin mülki məsuliyyətinin, sərnişinlərin fərdi qəzası üzrə icbari sığorta müqavilələrinə görə aşağıdakı halda dəyən zərərə görə sığorta ödənişi verilmir:

– hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda.

Xatırlatmaq yerinə düşərdi ki, icbari sığorta növləri üzrə səlahiyyətli qurumun rəyini əks etdirən sənədlər faktı təsdiq edir. Bu səbəbdən də hadisə mütləq qaydada təsdiqləndikdən sonra ödəniş yaxud imtina vermək mümkündür.

Fiziki şəxslərin avtomobilləri ilə bağlı tətbiq edilən kasko sığortası üzrə vahid qaydalara əsasən yuxarıda göstərilən hallarda dəyən zərərə görə sığorta ödənişindən imtina verilsə də, tərəflər müqavilə bağlayanda hərbi əməliyyatlar zamanı dəyən zərərə görə təminat verilməsini nəzərdə tuta bilər.

Bununla yanaşı fiziki şəxslər tərəfindən götürülən kreditlə bağlı risklər vahid qaydalara əsasən sığortalanarkən hərbi əməliyyatlarda fəal iştirak zamanı şəxsin sağlamlığına dəyən zərərə görə sığorta təminatı nəzərdə tutularsa, dəyən zərərə görə sığorta ödənişinin verilməsi mümkündür.

Yekunda isə qeyd edək ki, müvafiq sığorta ödənişləri gəlir vergisindən və məcburi dövlət sosial sığorta ödənişlərindən azaddır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!