Pandemiya şəraitində ölkənin sığorta bazarı

posted in: Xəbər | 0

Pandemiya, sosial sığorta haqları, sığorta sektoru, Sığorta şirkətləri,COVID-19 pandemiyası bir çox sahədə insanların davranış və düşüncələrində dəyişikliklər yaratmaqdadır və bu sahələrdən biri, bəlkə də birincisi sığorta sektorudur. Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirib ki, gözlənilməz risklərlə, itkilərlə, sürprizlərlə qarşılaşan insanlar sığortaya dair daha çox məlumat toplamağa başlayıblar.

İnkişaf etmiş ölkələrdə insanların əksəriyyəti indi sığortaya bu cür gözlənilməz vəziyyətlərdən müdafiə yollarından biri kimi baxırlar. Araşdırmalar göstərir ki, koronavirus pandemiyası başlamazdan əvvəl insanların yalnız 10 faizi öz tibbi sığorta paketləri içərisində yoluxucu və pandemik xəstəliklərin olub-olmaması ilə maraqlanırdısa, indi bu göstərici 70 faizə yüksəlib. Yəni hər 100 nəfərdən 70-i tibbi sığortanı COVID-19 kimi gözlənilməz pandemik xəstəliklərlə mübarizə üçün zərurət hesab edir.

Sığorta şirkətləri də mövcud reallıqları nəzərə alaraq yeni məhsullar yaratmağa başlayıblar. “Pandemiyaya dözümlü” yeni sığorta təminatları ucuz olmasa da, müəssisələrə növbəti analoji şoklardan və zərərlərdən sığortalanmaq şansı verir. Həm mövcud sığortaçılar, həm də böhrandan doğulan yeni oyunçular bu fürsətdən istifadə edərək pandemiya risklərini öz mövcud məhsullarına əlavə etməklə, ya da bu cür riskləri ehtiva edən yeni məhsullar yaratmaqla bazarda qalmağı və böyüməyi hədəfləyirlər.

Yaxın keçmişdə SARS, MERS, EBOLA kimi xəstəliklərdən əziyyət çəkmiş ölkələr istisna olmaqla, digər ölkələrdə belə xəstəliklərə risk kimi yanaşılmırdı. Çünki həmin xəstəliklər daha çox lokal xarakter daşıyırdı. Lakin COVID-19 bütün dünyada sığorta şirkətlərinin öz tibbi sığorta məhsullarına yenidən baxmasına səbəb oldu. Şirkətlərin üç səviyyədə işlədiklərini görürük:

  • ümumiyyətlə pandemiyaların istisnalara salınması;
  • pandemiyaları ehtiva edən mövcud sığorta məhsullarının qiymətinin və şərtlərinin dəyişdirilməsi;
  • tamamilə yeni COVID-19 tibbi məhsullarının yaradılması.

Bəzi aparıcı şirkətlər COVID-19 sığortası ilə yeni marketinq addımları atır, yeni müştərilər cəlb etməyə çalışırlar. Avtomobil sığortasında da yanaşma dəyişib. Əksər şirkətlər və insanlar evdən işləmək siyasətini tətbiq etdikləri üçün minik və şəxsi avtomobillərdən istifadə intensivliyində, o cümlədən avtomobillərlə qət edilən məsafələrdə bütün dünya miqyasında kəskin azalma baş verib. Araşdırmanın nəticəsinə görə, mart ayının ortalarından avqust ayının ilk həftəsinə qədər bütün dünyada avtomobillərlə qət edilən məsafə 50 faizdən çox azalıb. Heç kəsə sirr deyil ki, avtomobil sığortası qiymətləri risk dərəcəsinə görə müəyyən edilir. Riskə ən çox təsir edən amil isə avtomobilin gün (il) ərzində qət etdiyi məsafədir.

Bunu əsas götürərək bir sıra sığorta şirkətləri istifadə intensivliyinə əsaslanan avtomobil sığortaları təklif etməyə başlayıblar. Fərqli sığortaçılar tərəfindən tətbiq edilən yeni avtomobil sığortası növü avtomobil sahiblərinə bir il ərzində getdikləri məsafəyə görə sığorta haqqı ödəmək imkanı verir (Azərbaycanda hazırda analoji məhsul, demək olar ki, yoxdur).

COVID-19 böhranı həm həyat, həm də sağlamlıq sığortası sahəsində sığorta anderraytinqi həyata keçirmək üçün texnologiyanın əhəmiyyətli rol oynaya biləcəyini aktullaşdırıb. Əvvəllər sığorta anderraytinqi müştərilərlə üzbəüz ünsiyyət vasitəsilə aparılırdısa, indi sığortalıların riskini qiymətləndirmək üçün daha sürətli, etibarlı və operativ bir yol olaraq teleqiymətləndirmə ortaya çıxıb. Bu metod özünü doğruldarsa, yaxın gələcəkdə əksər sığorta şirkətləri tərəfindən qəbul edilməsi gözlənilir.

Teleqiymətləndirmə yolu ilə tibbi sığorta polisi satarkən, sığortaçı sığortalının sağlamlıq vəziyyəti, həyat tərzi vərdişləri ilə bağlı suallar verir, daha sonra sığortalı sığortaçı tərəfindən təyin olunmuş həkimlə onlayn görüşərək sağlamlıq vəziyyəti barədə bəyannamə verir. Sığorta mədəniyyətinin yüksək inkişaf etdiyi ölkələrdə bu metodun çox yüksək nəticə verəcəyinə ümidlə baxılır.

Son bir neçə ayda rəqəmsal texnologiyalar sığorta sektorunu da dəyişdirir. İndiyədək şirkətlər müştəri ilə canlı təmas vasitəsilə həll etdiyi məsələlərinin əksəriyyətini artıq onlayn rejimdə, müasir texnoloji imkanlardan istifadə etməklə icra edir. Əslində bu proses illər öncə başlamışdı, lakin pandemiya onu sürətləndirdi və artıq geriyə dönüş yoxdur.

Pandemiya bir sıra sığorta növlərinin işinə yarayıb, əvvəllər olduqca ağır satılan bir sıra sığorta məhsullarına tələbat yüksəlib. Məsələn, son vaxtlar “pandemiya səbəbindən gəlir itkisi sığortası” müştərilərin arzu etdiyi sığorta təminatlarından birinə çevrilməkdədir. Eyni zamanda, pandemiya səbəbindən işlərin gecikməsi, gəlirin aşağı düşməsi, şirkətlərin müflisləşməsi riskləri müvafiq olaraq “müqavilələrdən irəli gələn məsuliyyət sığortalarına” və “direktor və rəhbər şəxslərin məsuliyyət sığortalarına” xüsusi maraq yaratmaqdadır.

Yaxın gələcəkdə bu sığorta növlərinin Azərbaycan istehlakçısına da təqdim ediləcəyi istisna deyil. Azərbaycan sığorta bazarı daha çox korporativ, o cümlədən sabit müştərilərlə çalışdığına görə pandemiya şəraitində ölkənin sığorta bazarı sabit qalıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətdən yardım almaq istəyən sahibkarın şikayəti araşdırılıb

posted in: Xəbər | 0

onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıKoronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycan hökuməti mənfi təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb. Bu, ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kredit resurslarına daha asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması, pandemiyayadək alınan kreditlər üzrə faizlərin əhəmiyyətli hissəsinin subsidiyalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.

Maliyyə dəstəyi mexanizmindən 132 mindən yuxarı sahibkar faydalanıb

Koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı və Nazirlər Kabinetinin 4 aprel 2020-ci tarixdə təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı dövlət büdcəsi tərəfindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsi isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb.

Maliyyə dəstəyi 2 proqram üzrə həyata keçirilib. Muzdlu işçilərə dəstək proqramı vergi ödəyicilərinin 1 aprel və 1 iyul 2020-ci il tarixinə olan aktiv əmək müqavilələrinə əsasən işçilərin iki aylıq əmək haqlarının ödənilməsini nəzərdə tutur. Fərdi sahibkarlara maliyyə dəstəyi isə onlar tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə ödədikləri verginin məbləğindən asılı olaraq həyata keçirilir. Hər iki dəstək proqramı 2 mərhələləridir.

Aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 milyon manat, 107 223 fərdi sahibkar isə 63,7 milyon  manat maliyyə dəstəyi əldə edib. Avqust-sentyabr aylarında isə 2-ci mərhələ üzrə maliyyə dəstəyi çərçivəsində 22.885 vergi ödəyicisi 234 355 muzdlu işçisi üçün 101,9 milyon manat vəsait alıb, 49 887 fərdi sahibkar isə dövlətdən daha 12,47 milyon manat dəstək əldə edib. Beləliklə, bu günədək dövlət tərəfindən ayrılmış vəsaitlərin muzdlu işçilərə dəstək üzrə proqramı üzrə 93,7%-i, fərdi sahibkarlar üzrə 95,2%-i sahibkarlara ödənilib.

Fərdi sahibkar maliyyə dəstəyini necə alır?

Son günlər bəzi informasiya vasitələrində ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən maliyyə dəstəyinin əldə edilməsi ilə bağlı narazılıqlar ifadə edilib. Belə şikayətlərdən biri də fərdi sahibkar Elxan Qədirovla bağlıdır. E.Qədirov yerli mətbuata verdiyi açıqlamada bildirib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində dövlətdən ancaq cari ilin aprel ayında 355 manat məbləğində birdəfəlik maliyyə dəstəyi alıb və ötən dövr ərzində heç bir əlavə yardım almayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələ ilə bağlı sahibkarın müraciətini araşdırıb.

Xidmətdən bildirilib ki, Qədirov Elxan Malik oğluna (VÖEN: 1502348632) cari ilin aprel ayında “Fərdi sahibkarlara dəstək proqramı” üzrə 364 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib. Vergi ödəyicisinin əmək müqaviləsi ilə çalışan işçisi qeydə alınmadığı üçün ona “Əmək ödənişləri ilə bağlı dəstək proqramı” üzrə dəstəyin göstərilməsi mümkün olmayıb. Fərdi sahibkarın aprel ayı istisna olmaqla, ötən müddət ərzində dövlət maliyyə yardımı əldə etməməyinin səbəbi onun vergi orqanlarına təqdim etdiyi hesabatlarda əmək müqaviləsi ilə çalışan işçisinin qeyd olunmamasıdır.

İşçisi olmadığı və işlədiyi obyektdə özü çalışdığı üçün E.Qədirov yalnız fərdi sahibkarlar üçün nəzərdə tutulan maliyyə dəstəyi üzrə müraciət etmək hüququndan istifadə edib. Dövlət maliyyə yardımı çərçivəsində fərdi sahibkarın ala biləcəyi vəsaitin məbləği onun 2019-cu il ərzində büdcəyə ödədiyi verginin məbləğinə uyğun olaraq müəyyən edilir. Bu səbəbdən də fərdi sahibkar Elxan Qədirova 2019-cu il ərzində onun büdcəyə olan vergi ödənişlərinin həcmi qədər maliyyə yardımı göstərilib.

Avqust ayında dövlət tərəfindən maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi sahibkarlara təkrarən vəsait ödənilib. İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. Bir daha nəzərə çatdırılır ki, sahibkarlara ödənilən maliyyə vəsaitlərin həcmi və ödənilmə meyarları Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov hesab edir ki, dövlətin maliyyə dəstəyi mexanizmi kifayət qədər asan anlaşılandır və maliyyə dəstəyinin göstərilməsi üzrə şəffaf və hər bir şəxs tərəfindən aydın başa düşüləcək meyarlar mövcuddur. Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan və dövlət maliyyə yardımını almış vergi ödəyicilərinin tam siyahısı, hər birinin adı və VÖEN-i İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytında mütəmadi yenilənməklə açıq şəkildə (www.taxes.gov.az) yerləşdirilir və maraqlanan hər bir şəxs maliyyə dəstəyi almış şəxslər barədə açıq mənbələrdə geniş məlumat əldə edə bilər.

Vergi tətilləri və güzəştlər paketi…

İqtisadçı ekspert bildirir ki, dövlətin sahibkarlara göstərdiyi dəstək bununla bitmir. Pandemiyanın təsirlərinin minimallaşdırılması üçün geniş vergi güzəştləri paketi təqdim olunub. Bu dəstək paketinə ümumi dəyəri 130 milyon manat olan vergi və sosial güzəşt paketinə pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-nə qədər dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin, gəlirin 75%-i miqdarında vergi güzəşti, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin 50%-ə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi kimi əhəmiyyətli tədbirlər də daxildir. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2021-ci il yanvarın 1-nə qədər sadələşdirilmiş vergi üzrə 50% vergi güzəştinin verilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətilləri verilib.

Sahibkarlar üçün ucuz kreditlərə çıxış imkanları yaradılıb

V. Bayramovun sözlərinə görə, sahibkarlığa mühüm dəstək mexanizmlərindən biri də məhdudlaşdırma tədbirləri nəticəsində biznes itkilərinə məruz qalmış sahibkarlara əlavə dəstək məqsədilə dövlət tərəfindən güzəştli kreditlər paketidir. Sahibkarlara bizneslərini inkişaf etdirmək, ucuz kredit resurslarına çıxış imkanı yaratmaq məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi mexanizmi təsdiq olunub.
Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması, eləcə də 10 mart 2020-ci tarixinə mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin 10 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün üzrə yeni mexanizmlər işə salınıb. Bu dəstək 1,5 milyard manat kredit portfelini əhatə edir. Sahibkarlar üçün yaradılmış bu imkanlar ucuz maliyyə vəsaitlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bank kreditlərinin iqtisadi artımı dəstəkləməsini təmin edir.

Ekspert hesab edir ki, İqtisadiyyat Nazirliyi tərəfindən bütün dəstək proqramları çərçivəsində tətbiq edilən mexanizmlər şəffaflıq, dürüstlük və effektivlik meyarlarına söykənir. İstər maliyyə dəstəyi mexanizmləri, istər dövlət tərəfindən təqdim edilmiş digər dəstək alətləri çərçivəsində hər hansı çətinliklə rastlaşan istənilən sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edərək məsələsini aydınlaşdıra bilər. Millət vəkili əminliyini ifadə edib ki, nazirlik öz növbəsində, sahibkarı dinləməyə və qarşıya çıxan məsələlərdə dəstək göstərməyə hazırdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV qeydiyyatının məcburi və könüllü olmasını şərtləndirən amillər

posted in: Xəbər | 0

Məcburi və könüllü ƏDV qeydiyyatı

ƏDV müvəqqəti ləğv edilir, qeydiyyatının ləğv edilməsi, EDV, xərc, ƏDV-dən azad, ƏDV öhdəliyi, EDV, fiziki şəxsİqtisadçı ekspert Anar Bayramov bu sahədə ortaya çıxan suallara aydınlıq gətirərək bildirib ki, vergi qanunvericiliyinə əsasən, əlavə dəyər vergisi (ƏDV) qeydiyyatının məcburi və könüllü olması şərtlərini belə təsnif etmək olar:

Məcburi ƏDV qeydiyyatı

1) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları

Dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ƏDV ödəyiciləridir.

2) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

1 yanvar 2020-ci il tarixinə kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ya sadələşdirilmiş vergi, ya da ƏDV ödəyicisi olmaq hüququ var idi. Son dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olanlar yalnız ƏDV ödəyicisi ola bilərlər.

3) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər

Aşağıdakı vergi ödəyiciləri istisna olmaqla ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə verməlidir:

  • ictimai iaşə müəssisələri;
  • Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər;
  • idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
  • mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.

Zəruri qeyd: Yuxarıda göstərilən fəaliyyətlərdən yalnız ictimai iaşə müəssisələrinin 12 aylıq dövriyyəsi 200.000 manatı keçərsə, ƏDV uçotu üçün könüllü qeydiyyat üçün müraciət edə bilər. Digər üç fəaliyyəti həyata keçirənlərin ƏDV ödəyicisi olmaq hüququ yoxdur.

Könüllü ƏDV qeydiyyatı

1) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan az olan şəxslər (ƏDV uçotu ilə bağlı məcburi qeydiyyatı tələb olunanlar və məcburi sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaq şərtilə).

2) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qaydaları pozan 111 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən 111 sahibkarlıq subyekti barədə tədbir görüb.

Nazirlikdən verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində sentyabrın 14-də keçirilən monitorinqlər zamanı Nizami rayonunda “Elegant mebel” mağazasında, “Elcan mebel salonu”nda, “Qala çay evi”ndə, Səbail rayonunda “Lvov şokolad” mağazasında, “Eyvan restoranı”nda, “Cafe city”də, Qaradağ rayonunda “Elman market”də, “Dostluq kafe”də, Lütfi Bədəlova, Fəxrəddin Mikayılova məxsus kafelərdə, Yasamal rayonunda “MD outlet geyim mağazası”nda, “Qoc ət” restoranında, “Şeraton restoranı”nda,

“İstanbul lahmacun restoranı”nda, “Kaktus restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, “Toğrul market”də, “Öz Urfa restoranı”nda, “Atilla restoranı”nda, Sabunçu rayonunda Şamiddin Rzayevə məxsus “İnşaat materialları satışı” mağazasında, Xəzər rayonunda “24 saat market”də, “Şəmsi şirniyyat”, “Şərab evi” mağazalarında, “Görüş restoranı”nda, Nəsimi rayonunda “Corab mağazası”nda, “Second cup” iaşə obyektində, “London pub”da, Nərimanov rayonunda “M market”də, “Bequm butik geyim mağazası”nda, “Sushi Azərbaycan” iaşə obyektində, “VİP Solarium gözəllik salonu”nda,

Binəqədi rayonunda “Şaurma kafe”də, “Pub kafe”də, Xətai rayonunda “Medika hospital”da, Vüsal Məmmədova, Fərid Seyidova, Turan Mürsəlliyə məxsus mağazalarda, Sumqayıt şəhərinddə “Ağababa market”də, “La Chateau” iaşə obyektində, “Street food kafesi”ndə, Abşeron rayonunda “Qarabağ market”də, “Kazbek çay evi”ndə, ümumilikdə, 111 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun