İqtisadi Şura öncə nəyə diqqət yetirməlidir?

posted in: Xəbər | 0

Dövlət rüsumu, İqtisadi Şura,Azərbaycanda indiyə qədər həyata keçirilən struktur islahatları və idarəetmədə yeniliklər sırasında İqtisadi Şuranın yaradılması ən mühümü oldu. Prezident İlham Əliyevin iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə imzaladığı fərmanın mahiyyəti ondan ibarətdir ki, yeni çağırışlara əsasən, ölkə iqtisadiyyatının inkişafına dair daxili valyuta bazarında sabitliyin təmini artıq, əsas məqsəd və hədəf sayıla bilməz.

Ümumiyyətlə, sırf bu və ya digər istiqamət və yaxud da makroiqtisadi vəziyyət üzrə balansı qorumaq yeganə məqsəd olaraq qala bilməz. Yəni ki, bundan sonra iqtisadi inkişafa, artıma kompleks və strateji yanaşmaq tələb olunur. Çünki əvvəla, bu sahədə ümumi siyasət və kurs formalaşmalıdır, ikincisi də ki, qlobal iqtisadiyyatla və bazarlarla əlaqədar getdikcə, heç nəyi proqnozlaşdırmaq mümkün olmadığından gözlənilməz dəyişikliklər böyük risklər yaratmaqdadır.

Elə sözügedən fərmanda da qeyd edilib ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin yüksəkliyi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusən də bu ilin əvvəlindən başlanan koronavirus pandemiyası və bununla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması ölkəmizin iqtisadiyyatı qarşısında da yeni strategiya çağırışı qoyub. Və bu çağırışlardan biri də məhz qarşıdakı onillik ərzində sosial-iqtisadi rifahı yüksəltmək naminə iqtisadiyyatda azı 2 dəfə artıma nail olmaqdan ibarətdir.

Bundan ötrü isə yeni mexanizm, yanaşma tərzi və kurs həyata keçirtmək tələb olunur. Başqa sözlə desəm, Azərbaycan iqtisadiyyatının inkişafı bundan sonra manat-dollar münasibətinin necəliyindən asılı ola bilməz. Bu tip yanaşma tərzi və mexanizmindən təcili surətdə qutarmaq, xilas olmaq gərəkir. 1 ABŞ dolları 2 manat və yaxud 5 manat da ola bilər, əsas odur ki, ölkə iqtisadiyyatı özü-özünü tənzimləyə bilsin. Əhalinin gəlirləri mütəmadi olaraq artsın, iş yerlərinin sayının çoxalması fasiləsiz xarakter daşısın, hökumət manatın dəyərini qorumaq barədə deyil, il ərzində nə qədər yeni daimi iş yerlərinin açıldığı və yaxud da açmaq mümkün olduğu, bundan necə istifadə etmək imkanları və şansları haqqında düşünsün.

Bax budur ölkənin bundan sonrakı inkişaf konsepsiyası və onun məğzi… Xatırladım ki, 2014-16-cı illərdə neftin qiymətinin dünya bazarlarında düşməsi nəticəsində Azərbaycan böyük iqtisadi şok yaşadı. Bir il ərzində iki dəfə devalvasiya baş verdi, ÜDM istehsalı həcmi endi və sair…

Həmin böhrandan çıxmaq məqsədilə bir sıra qurumlar yaradıldı. Maliyyə Şurası və daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatası və sair… Məqsəd o idi ki, makroiqtisadi vəziyyəti müəyyən edən sahələr üzrə baş verən proseslərə nəzarət olunsun, proseslər çərçivədə saxlansın. Ancaq aydın deyildi ki, məsələn, əgər söhbət maliyyə sektorunda baş verən proseslərdən gedirdisə, ayrıca olaraq həm Maliyyə Şurası və həm də Maliyyə Bazarlarına Nəzarət Palatası yaratmaq nəyə lazım idi? Bu, paralelçilik deyildimi?!

Sonradan neftin qiyməti stabilləşdi, 2017-ci ildən vəziyyət nisbətən düzəlməyə başladı, iqtisadi tənəzzülün qarşısı alındı və məlum oldu ki, bu cür qurumların yaradılması nəticə verməyib. Odur ki, Palata ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka qaytarıldı. İndi də, Maliyyə Şurası ləğv olunaraq İqtisadi Şura yaradıldı.

Şuranın tərkibinə nəzər yetirsək, belə bir qurumun  yaradılmasının nə qədər əhəmiyyətli olduğunu görürük. Söhbət ümumən ölkə iqtisadiyyatına və burada baş verən proseslərə nəzarət edən vahid qurumdan gedir. Yəni Şura konkret hansısa sahəyə deyil, bütövlükdə ölkə iqtisadiyyatında gedən proseslərə cavabdehlik daşıyacaq. “Manatın dəyərini saxlayaq”, “maliyyə bazarlarına nəzarət edək”, “bank sektorunda vəziyyət yaxşı olsun” kimi spesifik məsələlərlə məşğul olmayacaq.

Başqa sözlə, İqtisadi Şura qlobal iqtisadi böhranlar yaranan zaman mənfi təsirlərdən qorunmağın və qarşıdakı 10 il ərzində ÜDM istehsalı faizini artırmaq yollarının təmini üzrə işləyəcək. Ən əsası da ölkəyə investisiya axınının baş verməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində yollar axtaracaq. Bu mənada belə bir qurumun yaradılması, rəhbərliyin Baş nazirə həvalə olunması, ildə iki dəfə görülən işlərlə bağlı hesabatlar verəcəyi ölkə iqtisadiyyatının keyfiyyətli inkişafına ümidləri artırır. Şuranın həm də məhz indiki şəraitdə yaradılması da müsbət əhəmiyyət kəsb edir, ona görə ki, 2020-ci il dünya iqtisadiyyatı, o cümlədən bizim üçün gərgin il oldu.

Gələcəkdə bu cür forsmajor halların yaşanmayacağına isə zəmanət yoxdur. Belə ki, bir az əvvəl yaxın gələcək üçün proqnozlar vermək mümkün idi, indi yox!

Bəs Şura öncə nəyə diqqət yetirilməlidir?

Hesab edirəm, İqtisadi Şuranın diqqət mərkəzinə alaraq həll etməli olduğu əsas məsələlərdən biri özəlləşdirmə olmalıdır. Məlumdur ki, bir az əvvəl İnvestisiya Holdinqi yaradılıb. Bunun çox böyük əhəmiyyəti var. Söhbət, çox böyük sahələrə rəhbərlik edən iri dövlət şirkətlərindən gedir ki, bunların vahid mərkəzdən idarə olunması həm səmərəliliyi artırmaq, həm də qurumlarda idarəetməni daha yüksək səviyyədə təşkil etmək baxımından vacib əhəmiyyət kəsb edir.

Lakin İnvestisiya Holdinqinin yaradılması ilkin işdir. Onun səmərəli işləməsi, dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyətinin səmərəliliyinin təmin olunması dəqiq və konkret, şəffaf mexanizm tələb edir. Yəni faktiki olaraq, hər şey bu mexanizmdən asılı olacaq.

Dövlət şirkətlərinin idarəetməsində böyük əyrintilər, problemlər var. Dövlət başçımız bunu hələ İvestisiya Holdinqini yaratmamışdan öncə qeyd etmişdi. Faktiki olaraq ən gəlirli sahələrdə, özü də inhisarçı kimi fəaliyyət göstərən şirkətlərin, demək olar, hamısı zərərlə işləyir. Bunlar dövlət büdcəsinin əsas gəlir mənbələri olmalı olduqları halda, büdcədən hər il böyük həcmdə vəsait alırlar, bütün işlərini dövlətin hesabına görürlər.

İnvestisiya Holdinqi də bu vəziyyətə son qoymaq üçün yaradılıb. Bu məsələdə əsas çıxış yollarından biri özəlləşdirmədir. Yəni dövlətin payı yüksək olan, eyni zamanda 100 faiz dövlətə məxsus qurumların çoxu özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində olan əyrintiləri, səmərəsizliyi aradan qaldıracaq.

Bax İqtisadi Şuranın ümumi iqtisadi siyasətin çərçivələrinə dair hazırlayacağı Proqramda bunlar əksini tapmalı, dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi, özəl sektorun aparıcı rolunun təmini və investisiya mühitini yaxşılaşdırmaq baxımından atılmalı olan addımlarda ən mühüm damar təşkil etməlidir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2030-cu ilə kimi köhnələcək 15 peşə (I hissə)

posted in: Xəbər | 0

peşələrə tələbat, pandemiya, populyar peşələr, Pandemiya,Texnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşə aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.

10-12 ildən sonra hansı peşələr köhnələcək?

  • Mühasib

İnformasiya texnologiyalarının bu cür inkişaf templəri ilə mühasibat uçotu ilə artıq yaxın gələcəkdə xüsusi proqramlar da məşğul ola bilər. Mühasib peşəsinin yaxın gələcəkdə tam şəkildə yoxa çıxması ehtimalı gözlənilmir. Çox yəqin ki, insanlar daxil edilən məlumatların, əldə edilən hesabatların və s. düzgünlüyünə nəzarət etməyə başlayacaqlar.

  • Korrektor

Redaktor-proqramçılar artıq indidən mətnlərin düzədilməsini sadələşdirirlər: səhvləri tapırlar, sinonimləri seçirlər, mətnlərin plaqiat olub-olmadığını yoxlayırlar və s. Zamanla mətn üzərində işlər daha da asanlaşacaq. Misal üçün, 2017-ci ilin yanvar ayında çinli alimlər Syo Nan adlandırdıqları robotun prezentasiyanı həyata keçiriblər. Hansı ki, o, yerli qəzetdə 300 heroqlifdən ibarət məqalə dərc edib. Materialı başa çatdırmaq üçün robota cəmi bir saniyə vaxt lazım gəlib.

ödəniş, rəsmi işsiz, məşğul şəxs, İşsiz

  • Kitabxanaçı

Kataloqlar və baza məlumatları bizlərdən ötrü vərdiş etdiyimiz kitabxanaçıları əvəz edəcək. İstifadəçilərin lazımi məlumatları tapa bilmələri üçün onlar verilənlər bazası mövzusu ilə işləməkdən ötrü məsləhətçilərə çevrilə biləcəklər. Bəli, ənənəvi kitabxanalar öz yerlərini elektron kitabxanalara verəcək. Amma, bütün hallarda çap nüsxələrini qoruyub saxlayan kitabxanalara da ehtiyac duyulacaq. Ola bilsin ki, orada da robotlar işləyəcək.

  • Jurnalist
Jurnalist peşəsi ənənəvi anlamda artıq köhnəlməkdədir. Gələcəyin jurnalisti – o, analitik düşüncəyə sahib, etibarlı məlumatları saxtadan ayıra bilən və peşə etikasına riayət edən inkişaf etmiş bir internet, sosial şəbəkə istifadəçisidir. Operativ şəkildə bir rolik (hətta bütöv bir film) çəkməyi, birbaşa efirə çıxmağı, parlaq, informasiya tutumlu şəkillər çəkməyi bacaran universal bir mütəxəssis olmaq lazım gələcək.
  • Turizm agenti

Bu peşədə olan insanı kataloqlar və istirahət üçün variantlar seçən rəngarəng xidmətlər tam şəkildə əvəz edə bilər. Sosial şəbəkələrdə insanların rəyləri isə istirahət təəssüratlarını mümkün qədər yaxşı çatdıra bilər və tətil etmək üçün hansısa seçim axtaranlara məsləhət verə bilər.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin 11-13 sentyabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda “Ecaz mağaza”da, “Kids uşaq salonu”nda, “Watson pub”da, Nəsimi rayonunda “Oba market”də, “N2 market”də, “Sakura çay klubu”nda, “Şəki kafesi”ndə, Xətai rayonunda “Neptun market”də, “Real-S supermarket”ində, “Rafo kafe”də, “Two beer”, “Bakü barbekü” iaşə obyektlərində, Binəqədi rayonunda “Kalva market”də, “Madeyra mebel salonu”nda, “Yeni məkan kafe”də, “Quzey kafe”də, “Kişmiş restoranı”nda, “Garden kafe”də, “Şah dağ kafe”də, “Xudafərin ailəvi restoran”da,

Suraxanı rayonunda “24 saat market”də, “Al market”də, “Altay kafe”də, “Ala turka dönər”də, Sabunçu rayonunda “Fərid market”də, “Tbilisi restoranı”nda, Afat Tanrıverdiyevə, Gündüz İbrahimova məxsus mağazalarda, Nizami rayonunda “Eyfel Qrup mebel mağazası”nda, “Elmir market”də, “Araz market”də, “Esel Parfum mağazası”nda, “Moskva kafe”də, “Qarabağ kafesi”ndə, Yasamal rayonunda “Başkent şirniyyat”, “Ada mobilya” mağazalarnda, “Lankon market”də, “Zeytun market”də, “Senyor Mansimo restoran”da, “Quzu qabırğası restoranı”nda, Səbail rayonunda “Starmart” mağazasında,

“Champion shaurma”da, “Damask kafe restoran”da, “Beş beş şərab evi”ndə, Qaradağ rayonunda “Aptek flora-SF”də, Vaqif Alışova, Şahmar Seyidəliyevə məxsus mağazalarda, Xəzər rayonunda “Xəzər market”də, “EM&EL qarışıq mallar mağazası”nda, “Şam bağı restoranı”nda, Fatma Əliyevaya, Rüfət Məlikova məxsus geyim mağazalarında, Sumqayıt şəhərində “Vizyon geyim mağazası”nda, “Buta qadın geyimləri mağazası”nda, “Nur inşaat” mağazasında, “Əli-94 market”də, “Super max mağazası”nda, “Yelkən kafesi”ndə, “Qala kafe”də, “Nərgiz kafesi”ndə, Abşeron rayonunda “Ucuz market”də, “Turşsu kafesi”ndə, Məhəbbət Verdiyevə, İlqar Hacıyevə, İlham Əsgərova məxsus daş karxanalarında, ümumilikdə, 357 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?

posted in: Xəbər | 0

İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Sual: İşçiyə ailə vəziyyəti və ya hər hansı sosial problemləri ilə əlaqədar olaraq işəgötürən tərəfindən (dövlət büdcəsindən yox) verilən maddi yardım məcburi dövlət sosial sığortasına (MDSS) cəlb edilməyən gəlirlərə aiddir yoxsa yox? Yəni həmin maddi yardımdan da 3% tutulmalıdırmı?

Cavab: Bildiririk ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun