“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

posted in: Xəbər | 0

Sərtləşdirilmiş karantin rejimi, yeni iş rejimi, İxrac təşviqi, Vergi ödəyiciləri, idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun. (10 manat müəyyən edilməsi).

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda bəzi şəxslər üçün gəlir vergisindən azadolma məbləği artırılır

posted in: Vergi, Xəbər | 0

İşsiz, mühasib-xəzinədar, ezamiyyə haqqı, Mühasib - xəzinədar, Vakansiya mühasibAzərbaycanda daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat məbləğində azaldılması təklif olunur.

Bu, Milli Məclisə daxil olmuş “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, azadolma məbləği 100 manatdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bank onlayn biznes ehtiyacları üçün “Link ilə ödəniş” xidmətini təqdim edir

posted in: Xəbər | 0

PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank, kiçik və orta bizneslər və fərdi sahibkarların ehtiyaclarının ödənilməsinə və işlərinin optimallaşdırılmasına yönəldilmiş alətlərin çeşidini genişləndirməyə davam edir.

Beləliklə, PAŞA Bank, yeni “Link ilə ödəniş” xidməti əsasında biznes sahibləri bir neçə saniyə ərzində bank hesabına bağlı olan ödəmə linkini yarada və öz müştərilərinə ödəniş üçün göndərə biləcəklər. Bu link vasitəsilə pul köçürməsinin tam təhlükəsizliyi təmin edilir, və satıcı heç bir kart məlumatlarını qarşı tərəfə ötürmək məcburiyyətində qalmır.

Kartı məlumatlarının və həyata keçirilən əməliyyatların tam təhlükəsizliyini təmin etməklə yanaşı, “Link ilə ödəniş” pul köçürmələrinin operativliyini və başa çatmış bütün əməliyyatlar üzrə tam nəzarəti təmin edir. “Link ilə ödəniş” veb sayt və ya mobil tətbiq olmadıqda belə, onlayn satış ilə məşğul olan sahibkarların ehtiyacları üçün ideal vasitədir.

Daha ətraflı məlumat üçün PAŞA Bank Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).

Mənbə: pashabank.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaxın günlərdə bu şirkətin işçilərinə bir aylıq müavinətin ödənilməsi təmin ediləcək

posted in: Xəbər | 0

Şəhid ailəsi üçün təminatlar, Fərdi sahibkarlar, əmək haqqı, müəllimlərin maaşı, büdcə daxilolmaları, ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıAzərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığına zərər dəymiş işçilərə müavinət müəssisə tərəfindən ödənilməlidir.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2009-cu ildən fəaliyyətini dayandırmış və özəlləşdirilməsi başa çatmamış “Azəralüminium” ASC tərəfindən işçilərə müavinətlərin ödənilməsində çətinliklər yaranıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına uyğun olaraq, müəssisədə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə aylıq müavinət almaq hüququna malikdirlər. Bu baxımdan “Azəralüminium” ASC-nin fəaliyyəti tamamilə dayandığı üçün müəssisədə aylıq ödəniş alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aylıq ödənişin əvəzinə aylıq müavinət ala bilərlər. Bu barədə həmin şəxslərə dəfələrlə izah verilib. Qaydalara əsasən seçim könüllüdür.

Məlumat üçün bildiririk ki, 2017-ci il dekabrın 4-dən bu il sentyabrın 1-dək Əmlak Məsələləri Dövlət Xidmətinə ayrılmış vəsait çərçivəsində qeyd olunan məsələnin həlli istiqamətində Maliyyə Nazirliyinin xətti ilə “Azəralüminium” ASC-yə 2,706 milyon manat vəsait ayrılıb və qurumun işçilərinə ödənilib. Bundan əlavə, müəssisə bu müddət ərzində öz vəsaiti hesabına bu kateqoriyadan olan işçilərinə 95 min manatın ödənilməsini təmin edib. Yaxın günlərdə “Azəralüminium” ASC-nin işçilərinə bir aylıq müavinətin ödənilməsi təmin ediləcək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun