«PASHA Bank Cup II» proqramlaşdırma yarışmasının qalibləri açıqlandı

posted in: Xəbər | 0

Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı PASHA Bank, yerli İT mütəxəssisləri arasında keçirilən «PASHA Bank Cup II» yarışmasının nəticələrini açıqladı.

Proqramlaşdırma yarışmasının final mərhələsində müxtəlif yaş kateqoriyalarında 40 finalçısı iştirak etmişdir. Müsabiqənin son mərhələsində ölkənin ən istedadlı İT mütəxəssisləri və ya gələcək İT mütəxəssisləri qarışıq suallardan ibarət və müxtəlif çətinlik dərəcəsinə malik 6 tapşırığın həllində 4 saat ərzində yarışdı

“PASHA Bank Cup II” yarışmasının münsiflər heyəti Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov, PAŞA Bankın Rəqəmsal Laboratoriyasının eksperti Rəşad Əmircanov və mühəndisi Şəhriyar Novruzov bütün tapşırıqları hamıdan daha sürətli və daha yaxşı yerinə yetirən 9 qalibi seçdi.

Beləliklə, «PASHA Bank Cup II» yarışmasının qalibləri aşağıdakılardı:
Kateqoriya: Məktəblilər Qalib Yekun nəticə Mükafat
1 yer Murad Eynizadə 100 Apple MacBook Pro 13
2 yer Əziz Hüseynov 100 e-reader Pocketbook 614 Black
3 yer Hüseyn Hacıyev 76.4 Xiaomi Mi Band 4
Kateqoriya: Tələbələr Qalib Yekun nəticə Mükafat
1 yer Ziya Muxtarov 100 Apple MacBook Pro 13
2 yer Ülvi Aslanlı 74 Apple AirPods 2
3 yer Nicat Hüseynov 69.8 e-reader Pocketbook 614 Black
Kateqoriya: Mütəxəssislər Qalib Yekun nəticə Mükafat
1 yer Rəşad Məmmədov 84.8 Apple MacBook Pro 13
2 yer Fərid Əhmədov 67.2 Apple iPad 9.7 32GB Wi-Fi Grey
3 yer Ramil Həsənov 61 Apple AirPods 2

Xatırladaq ki, İT mütəxəssisləri üçün sayca ikinci “PAŞA Bank Cup II” yarışmasında 300-dən çox insan iştirak etmiş, onlardan 55-i müsabiqənin final mərhələsinə yüksəlmişdir.

İl ərzində baş tutan 4 seçmə mərhələ HackerRank platforması üzərindən onlayn aparılmışdır. PAŞA Bank, Azərbaycanda proqramlaşdırma sektorunun inkişafına, o cümlədən bu ixtisas üzrə təhsil alan məktəblilər və tələbələrin biliklərinin artırılmasına və artıq mütəxəssislərin peşə bacarıqlarının artırılmasına yönəlmiş müsabiqələrin keçirilməsini davam etdirməyi planlaşdırır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

posted in: Xəbər | 0

işsizlikdən sığorta fondu, Dövlət Məşğulluq Agentliyi, Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin e-xidmət vətəndaşlara pensiyanın nə vaxt və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.

Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.

Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qayda və tələblərə əməl etməyən 115 sahibkarlıq subyekti barədə protokol tərtib olunub

posted in: Xəbər | 0

sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 2-də keçirdiyi monitorinqlər zamanı Qaradağ rayonunda “Vahid market”də, Elgün Mahmudova məxsus kafedə, Raqif İmanova məxsus çayxanada, Xətai rayonunda “Peppe geyim mağazası”nda, “Sport brend geyim mağazası”nda, “Nərgiz geyim mağazası”nda, “Harry Potter dəftər-kitab ləvazimatları mağazası”nda, “M-kontakt mağazası”nda, “24 saat ərzaq mağazası”nda, “Kilo kabab kafe”də, “Şarm gözəllik salonu”nda, Nərimanov rayonunda “Canan Butik” ticarət obyektində,

“Abşeron market”də, “Rijaal ətir mağazası”nda, “Adana restoran”da, “Azalea restoran”da, Pərvin Abbasova məxsus mağazada, Xəzər rayonunda “Abşeron market”də, “Araz market”də, “Oba market”də, Nizami rayonunda “Elmir market”də, “Panorama kafe”də, “Şaurma 1”da, “Bəri bax çayxana”da, “İceland kafe”də, “Elit aptek”də, “Zeytun aptek”də, “Alfa klinika”da, “Xəzər klinikası”nda, Suraxanı rayonunda “Erro market”də, “Cavid market”də, “Dağlar kafesi”ndə, “Borçalı kafesi”ndə,

Sabunçu rayonunda “Vaqif oğlu market”də, “Paşah dönər”də, “Cirə kafe”də, “Pizza line”da, “Qardaş kafesi”ndə, Yasamal rayonunda “Premier computers”, “Sevimli dad”, “Piserro geyim” mağazalarında, Nəsimi rayonunda “Nicat market”də, “Qızıl ulduz mağazası”nda, “Helium” pərakəndə ticarət obyektində, “Star lab klinika”da, Binəqədi rayonunda “Bərəkət market”də, “Məhəllə market”də, “Kafe Qədim Şəki”də, Səbail rayonunda “Badam kafe”də, “Talking cup” iaşə obyektində, “Kaspi Təhsil Mərkəzi”ndə, Sumqayıt şəhərində “Zeytun kafe”də, Seyidəli Miradiyevə məxsus mağazada, “Sadr” MMC-yə məxsus istehsal sexində, Abşeron rayonunda “Restoran Yenilik”də, Rəfan Həşimova məxsus tikinti malları mağazasında, ümumilikdə, 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Private Banking müştəriləri üçün xüsusi təklif

posted in: Xəbər | 0

Private Banking müştəriləri üçün xüsusi təklif

Sərfəli və etibarlı kapital yatırımı barədə düşünürsünüz?

Bu halda PAŞA Kapitalın xüsusi olaraq hazırladığı təklifdən yararlana bilərsiniz.

PAŞA Kapitala təzə qoşulan PAŞA Private Banking müştəriləri üçün istiqraz və kapital ticarəti komissiyası 50%-ə endirilib. Komissiyanın minimal məbləği 50 ABŞ dolları təşkil edir.

Kampaniyanın keçirilmə müddəti: 01.09.2020-01.12.2020.

PAŞA Private Banking – Sizin etibarlı tərəfdaşınız!

Bizimlə əlaqə: (012) 464 05 55

https://www.pashaprivate.az/


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun