Qeyri-rezidentə ödəmə zamanı ÖMV və ƏDV necə hesablanır?

posted in: Xəbər | 0

müavinət, mühasib, vakansiya,Sual: Fərz edək ki, qeyri-rezidentə 10000 USD ödəniş etmişəm. Bu zaman 17000 AZN məbləğə görə ÖMV hesablamaq üçün gross məbləğ tapılır (17000/0.9=18888.88 AZN) və bu gross məbləğə 10% ÖMV hesablanır. Sualım belədir ki, ƏDV məqsədləri üçün hesablama apararkən net 17000 AZN məbləğə, yoxsa gross 18888.88 AZN məbləğə 18% ƏDV hesablanıb ödənilməlidir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Qeyd olunanlara əsasən rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə müqavilə dəyərindən ÖMV tutulması ilə bağlı müddəanın olmamasından asılı olmayaraq rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən (sorğuda qeyd edilən misalda 17 000 manatdan) ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir.

Bunlardan əlavə qeyri-rezident tərəfindən ƏDV ödəyicisi olan müəssisəyə göstərilən xidmətlərə görə tərəflər arasında bağlanmış müqavilə dəyərinin tam məbləğindən (gross up) 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 150-ci və 169-cu maddələri.


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *