Dünyanın ən varlı adamı öz şirkətinin səhmlərindən xilas olub

posted in: Xəbər | 0

koronavirusun mərkəzi,Dünyanın ən varlı adamı və Amazon şirkətinin sahibi Jeff Bezos  öz şirkətinin milyona yaxın səhmini 3,1 milyard dollara satıb. Bu haqda Forbes jurnalı məlumat verib.

Vergiləri ödədikdən sonra Bezos təxminən 2,4 milyard dollar qazanc əldə edib. Sövdələşmə 3-4 avqust arası baş tutub. Bundan bir neçə gün əvvəl isə Amazon ötən ilin eyni dövrü ilə müqayisədə rüblük qazancın 40 faiz həcmində yüksəlişi barədə hesabat vermişdi. Səhmlərin hər birinə görə təmiz qazanc 10,3 dollar təşkil etmişdi.

Bu il ərzində Amazon şirkətinin yaradıcısı artıq 4,1 milyard dollarlıq səhmləri satıb. Yalnız yanvar ayından bu yana Bezos qiymətli kağızlara görə 7,2 milyard dollar qazanc əldə edib. İndiki an üçün şirkətin 54 milyon səhmi Amazon rəhbərinə məxsusdur. Onun sərvəti hazırda 190 milyard dollar dəyərində qiymətləndirilir.

Amerikalı iş adamı artıq bir neçə ildən sonra dünyanın ilk trilyonerinə çevrilə bilər. Ekspertlər bunun artıq 2026-cı ildə baş verə biləcəyini əminliklə söyləyirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Baş nazir tapşırıq verdi – Bu şəxslərin işləməyi qadağan edilsin

posted in: Xəbər | 0

Baş nazir Əli Əsədov Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub ünvanlayıb.

Məktubda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi sizə tapşırılır:

1. İclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış  rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulların təxirə salınsın;

7.2 yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5 mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6 göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyta təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb

posted in: Maliyyə, Xəbər | 0

ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlar üçün vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.

Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.
Qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zərərin növbəti illərə keçirilməsi

posted in: Xəbər | 0

vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Bəzən müxtəlif səbəblərdən müəssisənin il ərzində gəlirdən çıxılan xərcləri müəssisənin il ərzində əldə etdiyi gəlirlərindən artıq olur və müəssisə cari ili zərər ilə başa vurur. Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, bu cür hallarda vergi ödəyicisi, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, il ərzində gəlirlərin çıxılmasına icazə verilən xərclərin gəlirdən artıq olan hissəsini, yəni cari ilin zərərini növbəti beş il ərzində mənfəəti hesabına kompensasiya edə bilər.

Misal 1: Tutaq ki, mənfəət vergisi ödəyicisi olan müəssisə 2018-ci ili 25.000 manat zərər ilə, 2019-cu ili isə 55.000 manat mənfəətlə başa vurur. Bu halda vergi ödəyicisinin hüququ vardır ki, 2018-ci ilin zərərini çıxsın 2019-cu ilin mənfəətindən və qalan məbləğə mənfəət vergisi hesablansın. Nəticədə 2019-cu il üçün mənfəət vergisi=55.000 manat(2019-cu ilin mənfəəti)-25.000 manat(2018-ci ilin zərəri)=30.000 mənfəət*20%=6000 manat.

Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu illərdə yaranmış zərərləri mənfəət vergisi ödəyicisi olduğu dövrdə qazandığı mənfəəti hesabına konpensasiya edə bilməz.

Misal 2: Tutaq ki, 2019-cu ilədək sadələşdirilmiş vergi ödəyicisi, 1 yanvar 2019-cu il tarixdən mənfəət vergisinin ödəyicisi olmuş müəssisə 2018-ci ili 20.000 manat zərər ilə, 2019-cu ili 60.000 manat mənfəətlə başa vurmuşdur. Belə olan halda vergi ödəyicisinin, sadələşdirilmiş vergi ödəyicisi olduğu 2018-ci ilin zərərini 2019-cu ilin mənfəəti hesabına kompensasiya etmək hüququ yoxdur. Ona görə də 2019-cu il üçün mənfəət vergisi 12.000 manat(60.000.00 manat *20%) təşkil edir.

Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq edildikdə bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Həmçinin vergi ödəyicisi tərəfindən əsas vəsaitlər üzrə çəkilmiş faktiki təmir xərcləri Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən edilmiş təmir normalarından az çəkildikdə növbəti vergi illərində müəyyən edilmiş hədd məbləğinə əvvəlki ildən qalan fərq əlavə edilir. Lakin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu illərdə gəlirindən çıxmadığı amortizasiya məbləğini və illik norma üzrə faktiki olaraq istifadə etmədiyi təmir xərci üzrə ehtiyatını mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi gəlirləri hesabına kompensasiya edə bilməz.

Misal 3: Tutaq ki, müəssisənin balansında sadələşdirilmiş vergi ödəyicisi olduğu 2018-ci ildə əvvəlki ilin sonuna qalıq dəyəri 20.000 manat məbləğində maşın və avadanlıq vardır. Müəssisə bu avadanlıq üçün faktiki olaraq 200 manat məbləğində təmir xərcləri çəkmişdir. Nəzərə alsaq ki, maşın və avadanlıqlar üzrə illik təmir xərci norması, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, həmin əsas vəsait üzrə əvvəlki ilin sonuna qalıq dəyərinin 5%-i məbləğindədir, o zaman vergi ödəyicisinin 2018-ci il üzrə təmir xərci üçün norması 1000 manat(20000.00 manat*5% təmir xərci norması) məbləğindədir. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən vergi ödəyicisinin normadan az istifadə etdiyi 800 manat ehtiyat məbləğini (1000 manat norma üzrə təmir xərci-200 manat faktiki təmir xərci) növbəti vergi illərində istifadə etmək hüququnun olmasına baxmayaraq, ehtiyat məbləği o, 2018-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə etdiyi, 2019-cu ildə isə mənfəət vergisi ödəyicisi olduğu üçün Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən əvvəlki gəlirləri hesabına kompensasiya edə bilməz.

Lakin bir məsələyə diqqət etmək lazımdır: ola bilər ki, vergi ödəyicisi 1 iyul 2019-cu ildə Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən 2018-ci il yanvarın 1-dən etibarən könüllü olaraq ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət edir və həmin tarixdən həm ƏDV ödəyicisi, həm də mənfəət vergisi ödəyicisi kimi qeydiyyatda olur. Bu halda vergi ödəyicisinin 2018-ci il üzrə yaranan zərəri, normadan az istifadə etdiyinə görə yaranan amortizasiya və təmir xərci üzrə fərq məbləğlərini 2019-cu ilin gəlirləri hesabına kompensasiya etmək hüququ vardır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun