Ötən ay Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 340,2 milyon manat olub

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsiİyulda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 340 milyon 210 min manat olub.

Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 84 milyon 126 min manat, əlavə dəyər vergisi üzrə 241 milyon 428 min manat, aksizlər üzrə 11 milyon 816 min manat, yol vergisi üzrə isə 2 milyon 840 min manat təşkil edib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib

posted in: Xəbər | 0

Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib

Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu gün ölkəmizdə mövcud olan, Mərkəzi Bank tərəfindən yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir.

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) vasitəsilə aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcəkdir. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq.

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, “Müştəridən müştəriyə”) tipli ödənişlərin həyata keçirilməsi təmin olunub.

AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcəkdir. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcək.

AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın həcminin əhəmiyyətli azalmasına və yekunda nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar, cərimələr, karantin, İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2,

maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222; Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 41-VIQD nömrəli, 24 aprel tarixli 62-VIQD nömrəli, 1 may tarixli 69-VIQD nömrəli, 8 may tarixli 94-VIQD nömrəli, 2 iyun tarixli 124-VIQD nömrəli qanunları) aşağıdakı məzmunda 370-2-ci maddə əlavə edilsin:

“Maddə 370-2. Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması

370-2.1. Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə —

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

370-2.2. Bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə —

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan sonra iş, səyahət və əyləncələr necə olacaq? (I hissə)

posted in: Xəbər | 0

Artıq indidən aydındır ki, özünütəcriddən sonra bizim həyat tərzimiz əvvəlki tək olmayacaq. Karantin bitəndən sonra hamı necə işləyəcək, alış-verişi necə edəcək, necə qidalanacaq, səyahətə necə gedəcək və necə əylənəcək, bax, bunu araşdırmağa çalışdıq.

İş necə dəyişəcək?

İş yerlərinin layihələndirilməsinin özü artıq dəyişəcək. Opens-peyslərin sayının azalacası ehtimalı var. Onların əvəzinə isə daha çox kamera tipli kabinetlər sistemi gələcək.

Bunu etmək mümkün olmayan yerlərdə iş yerlərinin işarələnməsi (stollar arasında arakəsmələr, döşəmədə və s. işarələr) həyata keçiriləcək. Bunların həddən ziyadə formal görünməməsindən ötrü iş məkanlarının dizaynerləri orqanik şüşələrdən olan şəffaf arakəsmələrdən və döşəmələrdə üzərində xüsusi həndəsi naxışları olan xalçalardan istifadə etməyi təklif etməyə hazır olacaqlar. Əməkdaşlar da sosial distansiyanın qayğısına qalmağa başlayacaqlar.

Ümumilikdə, çoxlu sayda insanların bir məkanda toplanmasına gətirib çıxaran müşavirələrin və digər iş tədbirlərinin sayları azaldılacaq. Digər bir variant isə – belə görüşlərin karantin rejimi qurtarandan sonra da onlayn rejimdə keçirilməsi ola bilər.

Müdafiə vasitələri

Ən azından işə getdikdən sonrakı ilk aylar ərzində bir çox sahibkarlar, əməkdaşları maska ​​taxmağı və temperaturu daim ölçməyi məcbur edəcəklər.

Eləcə də ofislər əlləri yumaq üçün əlavə dezinfeksiyaedici vasitələrlə təchiz olunacaq, təmizlik işlərinin sayı artırılacaq və nəzarətedici orqanın tövsiyələri əsasında iş yerləri daha tez-tez havalandırılacaq. Bəzi məkanlarda ola bilsin ki, kondinsioner sistemi vasitələri tam şəkildə dəyişdiriləcək və havanın daha güclü şəkildə filtrasiyası həyata keçiriləcək.

Çox güman ki, yeni ofis binaları artıq tamamilə fərqli hava dövriyyəsi sistemi ilə layihələndiriləcək. İndi biznes-mərkəzlərinin əksəriyyətində bu qapalı sistemdir: indiki sistemlər küçədən təmiz havanı içəri verməyərək, yalnız otaqlardakı “köhnə” havanı dövr etdirməklə məşğuldur. Bu çatışmazlıq tədricən aradan qaldırılacaq. Belə ki, təcrübə sübut edib ki, bu əməkdaşların xəstələnməsi səviyyəsinə təsir göstərir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun