Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi? 


maliyyə sanksiyasıSual: Hüquqi şəxs 2014-cü ildə təsis edilib. Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə olunan gəlirin qalan hissəsi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsi, 102.1.27-ci maddə.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları azalıb

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiBu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları mlrd 360,6 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4,8% azalaraq 568,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,1% azalaraq 1 mlrd 691,4 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə azalaraq 78,4 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,4% azalaraq 21,4 milyon manat olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçin karantindən imtina etməsinin uğuru izah edildi

posted in: Xəbər | 0

İsveç iqtisadiyyatı böhranı digər ölkələrin iqtisadiyyatlarından daha yaxşı yaşaya bilər. Bunu Svenska Dagbladet qəzetinə müsahibəsində İsveçin keçmiş maliyyə naziri Anders Borq bəyan edib. Karantindən imtina etməklə yanaşı, ekspertlər ölkənin turizmdən zəif asılılığını və inkişaf etmiş sosial müdafiə proqramları ilə uğur qazanmasını da izah ediblər.

Borg əmindir ki, İsveç rüb ərzində ÜDM-in enməsinin ən az əhəmiyyətli olacağı Avropa ölkələri arasında olacaqdır. Bunun səbəblərini o, ölkə vətəndaşlarının başqalarından əvvəl daha sərbəst hərəkət etməyə başlamalarında görür. Bundan əlavə, yaxşı internet sayəsində bir çoxları evdən də işləməyi bacarıblar.

“Bizdə istehlak elə də çox aşağı düşməyib, güman edirəm ki, biz digər ölkələrə nisbətən vəziyyətin öhdəsindən yaxşı gələ bilirik”, – Borq belə qeyd edib. Skandinaviska Enskilda Banken (SEB) bankının iqtisadçıları, ikinci rüb üçün İsveçin ÜDM-in ötən illə müqayisədə 8 faiz azalacağını proqnozlaşdırıblar.

Standard & Poors reytinq agentliyi də İsveçin bir çox Avropa dövlətlərindən daha sürətli böhrandan çıxacağını proqnozlaşdırır. Amma digər Skandinaviya ölkələri ilə müqayisədə göstəricilər o qədər də yaxşı deyil. “İflas və işsizlik statistikasına baxsanız, İsveçdəki vəziyyətin Norveç və Danimarkadakı vəziyyətdən daha pis olduğu ortaya çıxır”, – analitiklər belə qeyd edirlər.

İsveç hökumətinin sərt karantin tətbiq etməməsi ilə bağlı qərarı iqtisadçıların çoxsaylı mübahisələrinə səbəb olmuşdu. Onlardan bəziləri iddia edirdilər ki, ölkə üçün nəticələr uzunmüddətli perspektivdə daha dağıdıcı olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (III hissə)

posted in: Audit, Xəbər | 0

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Təşkilat rəhbərlərinin əksəriyyəti öz əlində mənfi amillərin və bu amillərin həm özlərinə, həm də bütövlükdə təşkilata təsirinin minimuma endirilməsi mexanizmlərinin idarə edilməsi üçün müəyyən üsullara malikdir. Eyni zamanda, təmizlik işçiləri və ya dalandar öz işlərini yerinə yetirərkən bu səviyyə amillərinin təsirini o qədər də hiss etmirlər. Çünki öz fəaliyyətlərinə görə nə nəzarət-nəzarətedici orqanlar ilə, nə tərəfdaşlarla, nə də rəqiblərlə daimi peşəkar münasibətlərə malik deyillər.

Auditorlar misal gətirilmiş peşələrin nümayəndələrindən daha mürəkkəb vəziyyətdədirlər. Çünki görülən işin xüsusiyyətinə görə bu amillərin təsirindən daim qaça bilməzlər. Lakin eyni zamanda onlar vəziyyətin dəyişməsi üçün bilavasitə öz əllərində alətlərə malik deyillər. Auditorların bu amillərə dolayısı ilə təsiri mümkündür. Lakin onlar öz ardınca böyük əmək, müvəqqəti və emosional xərcləri çəkib aparacaqdır.

Təşkilat səviyyəsinə təşkilatın daxili həyatı ilə birbaşa əlaqəli olan bütün amillər daxildir – bunlar təşkilat daxilindəki rabitə, korporativ mədəniyyət, liderlik tərzi, təşkilatın inkişaf səviyyəsi və əmək motivasiya sistemidir.

İkinci qrup amillər – daxili amillərdir. Auditor peşəsinin tələblərinə cavab verən bir peşənin (psixoloji daxil olmaqla) fərdi keyfiyyətlərinin cəmini izah edərkən, ədəbiyyatda müxtəlif anlayışlardan istifadə olunur: auditor fəaliyyətinə peşəkar yararlılıq, auditorun peşəkar əhəmiyyətli keyfiyyətləri, auditorun fəaliyyəti üçün zəruri olan peşəkar əhəmiyyətli xüsusiyyətlər və s.

Obyektiv olaraq insanın müəyyən potensial xüsusiyyətlərinin məcmusu haqqında danışmaq olar ki, bu da ayrı-ayrı peşəni mənimsəməyə, həmçinin mütəxəssisin səmərəli fəaliyyətini və onun şəxsiyyətinin inkişafını şərtləndirir. Burada insanın peşəkar inkişafının fərdi resursu (PİFR) kimi anlayışa müraciət etmək lazımdır. Hansı ki, elementlərin müəyyən tərkibi və onların qarşılıqlı təsiri ilə psixi xassələr sisteminin modelidir.

Bu sistemin elementləri psixoloji amillərdir. Psixoloji amillərin cəminin auditorun (eləcə də digər mütəxəssislərin) peşəkar fəaliyyətinin səmərəliliyini müəyyənləşdirəcəyi vurğulanmalıdır. Özü də bu amillər diaqnoz edilə bilər və edilməlidir.

Psixoloji amillər, bir çox tədqiqatçıların qeyd etdiyi kimi, işçinin demoqrafik xüsusiyyətləri və ya fərdi qabiliyyətlərinin inkişaf göstəricilərindən fərqli olaraq, bir mütəxəssisin fəaliyyətinin səmərəliliyinin daha etibarlı proqnozlarıdır. Səmərəlilik, həmçinin auditorun əmək funksiyasını yerinə yetirmək imkanı, işçinin müəyyən şəxsi keyfiyyətlərə malik olub-olmamasından asılıdır. Nəticə etibarilə, auditorun peşə fəaliyyətinin səmərəliliyini müəyyənləşdirən şəxsi ilkin şərtlərin aşkara çıxarılması müəyyən bir fəaliyyət növünün həyata keçirilməsində mühüm rol oynayacaqdır


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun