Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

posted in: Xəbər | 0

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

Məşğul şəxslərin reyestri, birdəfəlik ödəmə, məşğulluq, Əmək münasibətləri, sığorta, Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin təşəbbüsu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Texniki Komitə ilkin, dövlət, regional, dövlətlərarası və beynəlxalq standartların hazırlanması üçün yaradılan birgə məşvərətçi qurumdur. Texniki Komitə əmək və peşə sahəsində müasir tələblərə cavab verən milli standartların işlənib hazırlanması, ekspertizasının aparılması, mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılması, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası təşkilatların işində iştirak etmək məqsədi ilə təsis edilib.

AZSTAND/TK 21-ə Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası  daxildir.

Biznes hesabi

Texniki Komitənin tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanları, elmi təşkilatlar, sahibkarlar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya qurumları da daxil ola bilərlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun