İşçilərin əmək haqlarının yarısının İşsizlikdən sığorta fondu hesabına maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin diqqətinə çatdırır ki, onlar Agentliyin  göndərişi ilə işə qəbul olunan şəxslərin əmək haqqının və əmək haqqından tutulmaların 50%-nin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Proqrama son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, həmin müddətdə iş yerlərinin sayını azaltmayan işəgötürənlər qoşula bilər. Bunun üçün həmçinin işəgötürənin işçilərinin orta illik sayının 20%-dən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil etməlidir. İşəgötürənin vakansiya bankına müvafiq məlumatları təqdim etməsi, kiçik və orta sahibkarlıq subyekti hesab olunması, müflis elan edilməsi barədə müraciəti olmaması da şərtlər sırasına daxildir.

Əmək haqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl “Məşğulluq” altsisteminə daxil edilməlidir.

2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülən işçilərin əmək haqqının 50 faizinin maliyyələşdirilməsi 3, 6, 9 ay və ya 1 il müddətində həyata keçirilir.

Proqramda iştirak etmək üçün Agentliyə  müraciət edə bilərsiniz. Əlaqə telefonu: (012) 596-37-59, e-mail: azar.nasirov@sosial.gov.az

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *