NPV funksiyası – bugünkü dəyəri necə hesablamalı?

posted in: Excel, Xəbər | 0

NPV funksiyası – bugünkü dəyəri necə hesablamalı?

dəyərMaliyyə bazarları, investisiyalar və layihələrin qiymətləndirilməsi sahələrində çalışan professionallar NPV (Net Present Value), yəni Xalis Bugünkü Dəyər mövhumu ilə yaxından tanışdır. Tanış olmayanlar üçün xülasə şəklində izah etməyə çalışacağam.

Korporativ Maliyyə (Corporate Finance) elminin birinci qanunu belə səslənir: “Bu günün 1 dolları sabahın 1 dollarından daha dəyərlidir”. Çünki bu gün əlimizdə olan 1 dolları hər hansı bir yerə investisiya etsək, sabaha qədər çox cüzi də olsa müəyyən bir artış göstərəcəkdir. Yəni, sabahkı 1 dollar elə 1 dollar olaraq qalacaq. Halbuki bu günkü 1 dollar investisiya edilsə, sabaha qədər 0,00001 USD də olsa artış göstərəcəkdir. Və bu da, bu günün 1 dollarını sabahın 1 dollarından daha dəyərli edir, çünki sabaha qədər müəyyən gəlir əldə etmək imkanı yaradır.

Qəribə səslənə bilər, lakin, “time value of money” (pulun zaman dəyəri) adlandırılan bu fenomen olmamış olsaydı, hal hazırda gözümüzün qarşısında baş verən əksər maliyyə əhəmiyyətli əməliyyatlar ya heç baş verməyəcək, ya da mahiyyəti etibarilə böyük dəyişikliklərlə qarşımıza çıxacaqdı. Bu qanun, bazar iqtisadiyyatı adlandırılan kapitalist sistemin ən vacib komponentinin təməlidir, ona həyat vermiş, onun indiki halıyla bütün ölkələri caynağına almış fərziyyəsidir. Bəli, fərziyyədir. Mütləq yalan və ya doğru deyildir. Sadəcə bir fərziyyədir. Müəyyən məqsədlərə xidmət edən, müəyyən maliyyə resurslarını ən asan və ən qısa zamanda ələ keçirməyə xidmət edən sağlam təməlləri olan bir fərziyyədir.

Bu isə, “pulun indiki dəyəri” və “pulun gələcəkdəki dəyəri” mövhumlarını ortaya çıxarır. Yalın halları ilə bu günün pulunu sabahın pulu ilə müqayisə etmək doğru deyildir, bu iki məbləğin eyni zaman dilimindəki dəyərlərinin müqayisə edilməsi zəruridir. Və məhz bu səbəblə gələcəkdəki pul axınlarının bu günki dəyərlərinin müəyyən edilməsi həyati önəmdədir. Bunu edərkən, daha əvvəl də qeyd etdiyimiz kimi, müəyyən fərziyyələrdən istifadə edilir və bu fərziyyələrin seçilmə dəqiqliyi nə qədər yüksək olsa, alınacaq qərar o dərəcə sağlam olar.

Bu fərziyyələrdən ilki – seçiləcək diskont dərəcəsidir

Bundan əlavə, proznozlaşdırılacaq pul axınlarının dəqiqlik ölçüsü də veriləcək qərara birəbir təsir edəcəkdir. Bizim qarşımızda duran ən əsas məsələ isə, gələcəkdəki pul axınlarının bu günkü dəyərlərinin müəyyən edilməsi və qərar qəbuledicilərin istifadə edəcəyi qiymətləndirilmə üsullarından ən uyğun olanının seçilməsidir. Bu, bir çox halda subyektiv bir qərardır və günün şərtlərinə uyğun nizamlana bilməkdədir.

Hər hansı bir investisiya layihəsini qiymətləndirmədən öncə, bu layihənin gələcəkdəki gəlirliliyi, onun ilkin maliyyə qoyuluşunu bağlaya bilib bilməyəcəyi və yaradacağı əlavə dəyəri proqnoz etmək həyati zərurətə sahibdir. Bu zərurət həyatın hər anında qarşımıza çıxacaqdır. Belə ki, potensial investor cəlb edərkən, kredit quruluşlarından vəsait tələb edərkən, və ən vacibi şəxsi sərmayəmizi bir işə yönəltmək istərkən cavab axtaracağımız suallar məhz bunlardır. Layihə nə qədər gəlirli olacaq? Neçə ilə özü özünü bağlayacaq? Yaradacağı əlavə dəyər nə olacaqdır? Bütün bu suallara cavab verməyə çalışan üsullardan biri Net Present Value-dur.

Fərz edək ki, 400,000 AZN-lik investisiya qoymuş və bu investisiyadan gələn pul axınlarının 8 illik proqnozunu aşağıdakı kimi vermişik.

Pulun zaman dəyəri mövhumundan yola çıxsaq, gələcək illərdəki pul axınlarının yuxarıda görünən məbləğləri bu gün eyni dəyərə sahib olmayacaqdır. Gələcəkdəki dəyərlər hər zaman bu günün dəyərindən daha çox olmalıdır, yəni yuxarıda görünən məbləğlər bu gün daha az dəyərə sahibdir.

NPV funksiyası ilə biz bu dəyərlərin hər birini həm diskont etmiş, həm də ilkin kapital ilə müqayisə edərək layihənin qəbul edib-etməməyimizə qərar verəcəyik. Funksiyanı yazıb, daha sonra açıqlamasını verəcəyəm.

Rate: diskont dərəcəmiz – misalda 10%

Value1 – Value n: Gələcəkdə gözlədiyimiz pul axınları. Bu pul axınlarını bir-bir seçmək əvəzinə, aralıq olaraq seçmək daha rahat olacaqdır.

+ D3: Gələcəkdəki bütün pul axınlarının bu günkü dəyərlərini tapıb cəmlədikdən sonra, bu cəmi ilkin investisiya (400,000 AZN) ilə müqayisə edib xalis fərqi tapmaq üçün 400,000 AZN-i (bizdən pul çıxdığı üçün mənfi olaraq qeyd etmişik) ümumi məbləğlə cəmləyib Xalis Bugünkü Dəyəri (NPV) hesablamış oluruq.

Əgər NPV sıfırdan böyükdürsə, layihə qəbul, deyilsə imtina edilməlidir. Bu qədər sadə.

Eyni hesablamanı manual olaraq, NPV funksiyasından istifadə etmədən də aparıb, hər ilə aid Bugünkü Dəyəri ayrı-ayrılıqda hesablayıb cəmləmək olar. Bunun üçün hər ilə aid diskont faktoru müəyyən etmək gərəkəcək. Görüldüyü kimi, cədvəldə manual, aşağıda isə NPV funksiyası ilə hesabladığımız rəqəmlər bir-birinə bərabərdir.

 

Formulları və hesablama qaydası ilə daha yaxından tanış olmaq üçün əlavədəki faylı endirmənizi tövsiyyə edirəm.

Yüklə: NPV funksiyası
Müəllif: Elçin Xəlilov

Bax: 


Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək

posted in: Xəbər | 0

kompensasiya, müavinət, vergilərin hesablanması, bazar qiyməti, müavinət, işsizlikdən sığorta, güzəşt, əmək haqqı, gəlir vergisi,gəlir vergisi,“Budəfəki maliyyə dəstəyi paketi birinci vergi ödəyicilərinə şamil olunur. Hansı ki, vergi ödəyicisi kimi öz borclarını yerinə yetirirlər, dövlət başçısının çağırışına uyğun olaraq işçi heyətinin azaldılmasında ciddi azalmalara yol verməmişdilər”.

Bu fikirləri İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək: “250 manat isə yalnız fərdi və mikro sahibkarlara aiddir. Eyni dəstək artıq bir dəfə göstərilib. Qeyd etmək istərdim ki, müraciət etmiş vergi ödəyicilərinin sayı 29 mindən bir qədər çox olub və 215 min işçini əhatə edən 98 milyon manat məbləğində ödənişlər edilib. Burada ödənişin məbləği aylıq əməhaqqı fonduna uyğun olaraq edilirdi. Eyni zamanda 107 minə yaxın fərdi və mikro sahibkar müraciət edib ki, onların da hesablarına 63,6 milyon manat vəsait köçürülüb. İkinci mərhələdə də eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Yəni birinci mərhələdə dəstək almış sahibkarlar artıq müraciət etməsələr belə bu dəstəyi alacaqlar. Eyni zamanda avqustun 10-dək vaxt verilib ki, birinci mərhələdə dəstək almayan sahibkarlar müraciət etsin”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”

posted in: Xəbər | 0

“Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Yarım saata ezamiyyə vərəqəsi yazıb müxbirə vermək olar ki, o hansısa hadisəni işıqlandırmağa gedə bilsin. İnanıram ki, yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”, – deyə o, qeyd edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Riskli vergi ödəyiciləri kimlərdir?

posted in: Xəbər | 0

Riskli vergi ödəyiciləri kimlərdir?

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, bundan sonra həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq. Maliyyə üzrə ekspert Ramin Ramazanov meyarlar barədə konkret təsəvvür yaratmaq üçün meyarları misallarla izah edib.

Vergi ödəyicisi hansı hallarda riskli vergi ödəyicilərinin siyahısına düşür?

1. Aşağıda qeyd edilən riskli əməliyyatları apardıqda:

Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Məsələn, idxal etdiyiniz mal Yük Gömrük Bəyannaməsinə əsasən ofis mebeli, satdığınız mal isə e-qaiməyə əsasən tikinti materialıdırsa, o halda riskli vergi ödəyicisi hesab olunacaqsınız.

Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə. Məsələn, tutaq ki, e-qaimə və ya Yük Gömrük Bəyannaməsi ilə 1.000 manatlıq mal əldə etmiş, lakin eyni dövrdə e-qaiməyə əsasən 10.000 manatlıq satış etmisiniz. Bu halda da siz riskli vergi ödəyicisi sayılacaqsınız (dövrün əvvəlinə kifayət qədər mal qalığı olmazsa).

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Məsələn, tutaq ki, sizin şirkətdə vergi orqanının əsaslandırılmış qərarı ilə operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, malları təqdim etmədən əmtəəsiz əməliyyat aparmısınız. Bu halda siz riskli vergi ödəyicisi sayılacaqsınız.

3. İdxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə:

– Tutaq ki, “AA” MMC xaricdən idxal etdiyi malları satmaqla məşğuldur, lakin icarədə və ya özünə məxsus anbarı yoxdur. Yaxud şirkətin idxal etdiyi mal üçün ən azı 100 kvadratmetr anbar sahəsi tələb olunduğu halda o, 10 kvadratmetr anbar sahəsini icarəyə götürüb. Bu halda MMC riskli vergi ödəyicisi hesab olunur. Bununla belə, mallar bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə:

– Tutaq ki, vergi nəzarəti zamanı məlum olur ki, təlim xidməti göstərən şirkət əldə etdiyi tikinti materiallarını sənədləşdirmədən təqdim edib. Bu halda həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı üç dəfə artıq olduqda:

– Məsələn, tutaq ki, MMC 2020-ci ilin yanvar-iyun ayları üzrə 10.000 manatlıq malı idxal edib və ya e-qaimə əsasında əldə edib. MMC-nin 2020-ci ilin yanvar-iyun aylarına aid dövriyyəsi isə 2.000 manat olub. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar olarsa, MMC riskli vergi ödəyicisi hesab edilməyəcək.

6. Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs. Riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir.

7. Meyarların yuxarıda qeyd edilən ilk 5 bəndi ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs. Belə ki, riskli vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduğu şəxs, digər hüquqi şəxslərin rəhbəri və ya təsisçisi olduğu halda həmin hüquqi şəxs və ya şəxslər də riskli vergi ödəyicisi hesab olunur.

8. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər:

– Bu o deməkdir ki, 5 hüquqi şəxsin rəhbəri olan şəxs yeni biznes həyata keçirmək üçün 6-cı fiziki şəxsə rəhbərlik edəcəyi halda rəhbəri olduğu bütün hüquqi şəxslər riskli vergi ödəyici siyahısına daxil edilir.

Mənbə: vergiler.az


 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun