Rayonlara gediş-gəlişin necə tənzimlənəcəyi açıqlanıb

posted in: Xəbər | 0

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa qoyulan qadağa qüvvədə qalır: “Həmçinin, Bakı və Sumqayıt şəhərlərinə də giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların giriş-çıxışında polis postları əvvəlki qaydada fəaliyyət göstərəcək. Yalnız dövlət qurumlarının və ya özəl müəssisələrin rəhbərliyi tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaqlar. Həmin ezamiyyə vərəqələri də ciddi şəkildə araşdırılacaq və kimlərsə bundan sui-istifadə hallarına yol verərlərsə həmin şəxslərin barəsində tədbir görüləcək”.

E.Zahidov həmçinin əlavə edib ki, bütün bu tədbirlər vətəndaşların sağlığı üçün həyata keçirilir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməliyyatın alğı-satqı və ya royalti kimi vergiyə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

Əməliyyatın alğı-satqı və ya royalti kimi vergiyə cəlb edilməsi

vergi, Güzəştli vergi, vergilərin azaldılması,Vergi ödəyicilərinin çətinliklərlə rastlaşdıqları vergitutma məsələlərindən biri də müəyyən əməliyyatların royatli sayılıb-sayılmaması, başqa sözlə, əməliyyatın alğı-satqı və ya royalti kimi vergiyə cəlb edilməsidir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Lisenziyaların və proqram təminatlarının royalti sayılıb-sayılmamasını araşdırmaq üçün misallara baxaq.

Misal: Tutaq ki, “AA” MMC sifarişçi kimi “VV” MMC-yə 3.000 manatlıq proqram təminatının yazılmasını sifariş vermişdir. Bundan başqa, “AA” MMC başqa bir qeyri-rezident ilə bağlamış müqaviləyə əsasən, 5 il müddətində onun proqram təminatından istifadə edəcəkdir və bu istifadəyə görə illik 2.000 dollar vəsait ödəyəcəkdir. Həmçinin qeyri-rezident “AA” MMC üçün proqram təminatının saxlanması üzrə əlavə xidmətlər göstərir və illik 1.000 dollar haqq alır.

Sual: Bu əməliyyatlarda royalti varmı?

Bu suala cavab tapmaq üçün Vergi Məcəlləsinin 13.2.23.-cü maddəsinə nəzər yetirməliyik.

Maddədə deyilir ki, royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Aydın olur ki, royalti 13.2.23-cü maddədə olan iş və ya xidmətlərdən istifadə hüququnun verilməsidir. Yəni mülkiyyət hüququ həmin xidmətlərin sahibində qalır, sadəcə digər şəxsə isə müəyyən müddət ərzində istifadə hüququ verilir.

Misalımızda “VV” MMC-nin yazdığı 3.000 manatlıq proqram təminatının yazılması royalti sayılmır, “VV” MMC-nin təqdim etdiyi xidmət sayılır. Amma “AA” MMC-də həmin 3.000 manat qeyri-maddi aktiv kimi uçota alınır.

İkinci əməliyyata aid 2.000 dollar isə royalti xidmətinin dəyəri sayılır. Ona görə ki, qeyri-rezident 5 il müddətinə öz proqramından istifadə hüququ vermişdir və buna görə də müəyyən haqq alır.

Üçüncü əməliyyatdan yaranan 1.000 dollar da royalti sayılmır. Bu, sadəcə qeyri-rezidentin “AA” MMC üçün göstərdiyi xidmətdir.

Sual: “AA” MMC ödədiyi 2.000 və 1.000 dollar vəsaitə görə hansı vergiləri ödəməlidir?

“AA” MMC-nin qeyri-rezidentə ödədiyi 2.000 dollar royalti sayıldığından ödəmə mənbəyində tutulan 14 faiz vergi öhdəliyi vardır və burada əlavə dəyər vergisi hesablanmır. Yəni ödənilən 2.000 dollardan 280 dollar (2000* 14% = 280) həcmində royaltidən vergi tutulacaqdır və qalan 1.720 USD məbləğ qeyri-rezidentə ödəniləcəkdir.

1.000 dollar isə xidmətin haqqı olduğundan bu məbləğdən ödəmə mənbəyində 10 faiz vergi, üstəgəl 18 faiz ƏDV hesablanacadır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.

Kapital Bank mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını  inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən Kapital Bank, tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.

Onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın istənilən nöqtəsindən Kapital Bank-da hesab rəsmiləşdirib, əməliyyatlara başlamaq mümkündür. Fürsətdən yararlanmaq üçün https://onb-cb.kapitalbank.az/auth/login linkindən onlayn hesab açma portalına daxil ola bilərsiniz.

İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra, müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir. Proses, müqavilənin, rekvizitlərin və “Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Excel-də tarix və saat funksiyaları

posted in: Excel, Xəbər | 0

tarixExcel-də tarix və saatla işləmək üçün bir çox faydalı funksiya mövcuddur. Bu yazımızda aşağıdakı funksiyalar haqqında məlumat verməyə çalışacağıq:

  • TODAY və NOW funksiyaları;
  • HOURMINUTESECOND funksiyaları;
  • YEARMONTHDAY funksiyaları.
  • DATE funksiyası.
TODAY və NOW funksiyaları

TODAY funksiyası faylın açıldığı hər bir tarixdə o günə olan tarixi göstərir. Hər hansı bir xanaya =TODAY() yazsaq, fayl hər açıldıqda, o günə olan tarixi göstərəcək.

Bu günə olan tarixi göstərmənin ən qısa yolu Ctrl+; shortcut-ıdır.

Amma belə olan halda, shortcut ilə yazsaq, TODAY funksiyasında olduğu kimi, günlər keçdikcə tarix yenilənməyəcək.

NOW funksiyası isə, TODAY funksiyası ilə tək bir fərq istisna olmaqla eynidir. TODAY funksiyası sadəcə tarixi verdiyi halda, NOW funksiyası tarixlə birgə saatı da göstərir. İstifadə qaydaları aşağıdakı kimidir.

Date and Time functions - 1

NOW funksiyasına xas bir xüsusiyyət də ondan ibarətdir ki, hər hansı bir xanaya hər hansı bir məlumat daxil etdiyimizdə, və ya hər hansı bir məlumatı dəyişdirdiyimizdə, NOW funksiyası yazılan xana da avtomatik yenilənəcəkdir. Əlavədəki faylı endirib bunun şahidi ola bilərsiniz.

HOUR, MINUTE, SECOND funksiyaları

Adından da aydın olduğu kimi, saat formatlı xanaları komponentlərinə ayırmağa yardım edən funksiyalardır. C2 xanasına hər hansı bir saat daxil etdikdə, onu saat, dəqiqə və saniyələrinə adıkeçən funksiyalar ilə bölə bilərik.

Date and Time functions - 2

YEAR, MONTH, DAY funksiyaları

Bu funksiyalar da, bundan öncəkilər kimi çox sadə və anlaşıqlıdır. Hər hansı bir tarix formatlı xananı il, ay və gün olaraq komponentlərinə ayırmağa yardım edən funksiyalardır. Saat funksiyaları ilə eyni məntiqdə işləyirlər.

Date and Time functions - 3

DATE funksiyası

DATE funksiyası isə YEARMONTH və DAY funksiyalarının tam tərsidir. Yəni, adıçəkilən 3 funksiya bir tarixi 3 kompenentinə ayırırsa, DATE funksiyası, ayrı-ayrılıqda olan 3 komponenti bir yerə yığmaya yarayır. Fərz etsək ki, il, ay və gün 3 fərqli xanada yerləşir, o zaman DATE funksiyası ilə onları birləşdirib tarix əldə edə bilərik.

Date and Time functions - 4

Sintaksı gördüyümüz kimi, çox sadədir. Öncə il, sonra ay, sonda isə gün funksiyanın içinə daxil edilir.

DATE funksiyası əsasən ödəmə qrafiklərinin tərtib olunması, işçilərin iş stajlarının hesablanması, investisiya layihələrinin qiymətləndirilməsi və ölçülməsi zamanı daha sıx istifadə olunur.

Formullar olan faylı əlavədən endirə bilərisiniz.

Uğurlar!

Faylı yükləyin: Tarix və Saat funksiyaları

Müəllif: Elçin Xəlilov


Bax: Exceldə WORKDAY funksiyası


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun