“Riskli vergi ödəyiciləri – meyarlar, məhdudiyyətlər və hüquqların bərpası” mövzusunda seminar keçiriləcək
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi “Riskli vergi ödəyiciləri – meyarlar, məhdudiyyətlər və hüquqların bərpası” mövzusunda seminara qeydiyyat elan edir.
Təlim online şəkildə, ZOOM proqramı vasitəsi ilə keçiriləcək.
Seminarın tarixi: 10 avqust 2020- ci il, saat 16:00
Seminarın müddəti: 3 saat
Qiyməti: 25 AZN
Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:
✔Riskli vergi ödəyicisinin,o cümlədən riskli əməliyyatların meyarları;
✔Anlayışlar;
✔Məhdudiyyətlər;
✔İstisnalar və hüquqların bərpası;
✔Hüquqi aktlar;
Təlimçi: Vergi inzibatçılığının tədrisi şöbəsinin müəllimi: Azər Məmmədov.
O, uzun illər Vergi orqanlarında audit və vergi ödəyicilərinə xidmət strukturlarında rəhbər vəzifələrdə çalışmışdır.
Daha ətraflı məlumat üçün isə bizimlə əlaqə saxlaya bilərsiniz:
📱 (+994 050) 2544969
📱 (+994 050) 2543313
☎️(+994 012) 4038872
✉️
Ünvan: Bakı şəh., Nərimanov r-nu, Ağa Nemətulla küç., 44

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə dövlət dəstək proqramının icrasına başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.