XXII əsrin iqtisadiyyatı üçün əsas problemlər açıqlanıb

posted in: Xəbər | 0

Yaxın onilliklərdə planetin əhalisi azalacaq və bu, XXII əsrin iqtisadiyyatı üçün əsas problemlərdən birinə çevriləcəkdir. Həyatın davamlılığının artmasına baxmayaraq (orta hesabla 74 yaşa qədər) əmək qabiliyyətli əhalinin sayı azalacaq. Bu, iqtisadiyyat üçün problemlərlə nəticələnə bilər. Bunu Bloomberg agentliyi də qeyd edib.

Bu, hər şeydən çox pensiya sistemlərinə və səhiyyə sahəsinə təsir göstərəcək. Agentlik həmçinin göstərib ki, əmək qabiliyyətli əhalinin sayının azalması vergi daxilolmalarının azalmasına səbəb olacaq və istehsal sahəsinə ziyan vuracaq. Ümumiyyətlə, bu, iqtisadi tənəzzülə və həyat səviyyəsinin artımında azalmalara gətirib çıxaracaq.

Bundan əvvəl, Sietl şəhərindəki Vaşinqton Universitetinin Tibb Məktəbi yanında sağlamlıq göstəriciləri və dəyərləndirmələri İnstitutunun mütəxəssisləri gələcəkdə dünya əhalisinin azalacağını açıqlamışdılar.

Güman edilir ki, 2060-cı illərin ortalarından başlayaraq Yer planetinin əhalisi azalmağa başlayacaq. Əsrin sonunda isə əhalinin sayı 8,8 milyard nəfər təşkil edəcək.

Hazırda planetdə 7,6 milyard nəfər insan yaşayır. 1950-ci illərdən başlaraq əhalinin sayı hər il 1-2 faiz artır. 9,7 milyard nəfərlik pik hədd göstəricisinə 2064-cü ildə çatmaq mümkün olacaq, sonra isə əhalinin sayı azalmağa başlayacaq. Ən çox azalma Yaponiya, İspaniya, Tailand və İtaliyada baş verəcək. Həmin vaxta kimi sözügedən ölkələrin əhalisinin sayı yarıdan da çox azalacaq.

Ekspertlər göstərir ki, demoqrafik dəyişikliklər doğum sayının azalması, təhsil səviyyəsinin ümumi artımı və kontrasepsiya vasitələrinin geniş tətbiqi ilə bağlıdır. Alimlərin proqnozlarına görə, dünyada əmək qabiliyyətli əhalinin sayına görə ABŞ, Çin, Hindistan və Nigeriya lider olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu

posted in: Xəbər | 0

BirBank-ın “Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan BirBank mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan www.kapitalbank.az/birbank/hearts linkinə keçid edərək, əməkdaşlıqla bağlı sorğunu göndərmək lazımdır.

Bununla da partnyorlar təklif edəcəyi xidmət və ya məhsulla geniş auditoriyanın diqqətini cəlb edərək, xidmətlərin və məhsulların tanınmasına, brendin möhkəmlənməsinə, müştəri vizitlərinin sayını artmasına nail olacaqlar.

Məlumat verdiyimiz kimi, BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – ICGROUP

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: ICGROUP

Vakansiya barədə məlumat:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

– Vergi və mühasibat uçotunun aparılması

– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

– Debitor və kreditor hesablaşmaların aparılması

– Əmək haqqı, məzuniyyətlərin hesablanması

– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.

– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması

– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması

– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

– İş qrafiki 5 günlükdür

– İş vaxtı 09:30-dan 18:30-dək

Mühasib üçün tələblər:

– Ali təhsilli

– Ofis proqamları: MS office (word,excel)

– Problem həll etmək bacarığına malik

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

– Ünsiyyətqurma və komandada işləmək bacarığı

– Analitik təhlil və operativlik bacarığı

– Verilən tapşırıqların düzgün yerinə yetirilməsi

– Rus dilini bilmək vacibdir

– Ən azı 3-5 il Mühasibatlıq sahəsində iş təcrübəsi

– B1-B3, Microsoft Office proqramlarını bilmək

-1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi

– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,

CV-siz baxılmır

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daşınmaz əmlak satışından verginin Exceldə hesablanması

posted in: Excel, Vergi, Xəbər | 0

Daşınmaz əmlak satışından verginin Exceldə hesablanması


Hamımıza məlumdur ki, 1 yanvar 2016-cı il tarixindən etibarən, Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirən şəxslər notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur. Yəni, satılacaq hər bir daşınmaz əmlaka görə sadələşdirilmiş vergi ödəmə məcburiyyəti vardır.

Bu verginin Exceldə avtomatik necə hesablanacağını isə, bu yazımızda müzakirə edəcəyik.

Bunun üçün, əvvəlcə hazır cədvəl və hesablamalar olan faylımızı yükləyək: Daşınmaz əmlak satışından vergi

Gördüyümüz kimi, faylda cəmi 2 cədvəl var. Sağdakı cədvəldə zonalar üzrə məlumatlar, sağdakı cədvəldə isə, hesablamalarımız yer alır.

Bakı şəhəri üzrə daşınmaz əmlakınızın hansı zonaya aid olduğunu öyrənmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarına baxmağınız kifayətdir.

Əsas işimizə yarayan sol cədvəldə isə, sadəcə sarı ilə seçilmiş olan sahələr, yəni – daşınmaz əmlakınızın Yaşayış vəya Qeyri-yaşayış sahəsi olması, sahəsi və əmlakınızın zonasını seçməyimiz kifayət edəcəkdir. Vergimiz avtomatik hesablanmış olacaqdır.

 

 

Bu 3 komponenti düzgün daxil etdikdən sonra, vergimiz avtomatik hesablanacaqdır. Məsələn, Bakı şəhəri 5-ci zonada yerləşən 150 m2 sahəsi olan qeyri-yaşayış əmlakımızı satsaq, 6,075 AZN sadələşdirilmiş vergi ödəməli olacağıq.

Müəllif: Elçin Xəlilov


Bax: Amortizasiya cədvəli və DB funksiyası – Azalan qalıq metodu


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun