Elon Musk ilk dəfə Forbes versiyası üzrə milyarderlərin top onluğuna daxil olub
Tesla və SpaceX şirkətlərinin qurucusu və sahibi Elon Musk ilk dəfə Forbes jurnalının versiyası üzrə dünyanın ən varlı adamlarının top onluğuna daxil olub. Bu haqda nəşrin saytında məlumat verilib.
Hazırda Elon Musk-ın sərvətinin dəyəri 70,8 milyard dollar təşkil edir. O, əsasən Tesla şirkətinin səhmlərinin qiymətinin yüksəlməsi sayəsində sözügedən top onluqda möhkəmlənə bilib.
Bu göstərici, Elon Musk-a reytinqdə dərhal səkkizinci pilləni tutmağa imkan yaradıb. Forbes reytinqinin ilk üç mövqeyini Amazon şirkətinin yaradıcısı və sahibi Jeff Bezos (178,6 milyard dollar), Louis Vuitton Moet Hennessy şirkətlər qrupunun baş direktoru Bernard Arnault (113,4 milyard dollar) və Microsoft şirkətinin həmtəsisçisi Bill Gates (112,4 milyard dollar) tuturlar.
İyulun 16-na keçən gecə kibercinayətkarlar Elon Musk və Bill Gates-in Twitter hesablarını sındırıblar. Milyarderlərin səhifələrində demək olar ki, eyni qeyd olub, hansı ki, orada istifadəçilərə bitkoin-hesablara min dollar pul köçürülməsi təklif olunub. Məlumatda daha sonra bildilib ki, pul köçürüldükdən sonra həmin məbləğ ikiqat artımda ödəniş edənə geri qaytarılacaq. Bu haker hücumu zamanı cinayətkarlar on minlərlə dollar vəsaitləri ələ keçirə biliblər.

Təcrübədə ezamiyyə zamanı çəkilən məsrəflərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması, işçilərə ezamiyyə ilə əlaqədar ödənilən məbləğlərin işçinin vergi tutulan gəlirlərinə aid edilib-edilməməsi, habelə ezamiyyə xərci normalarının tətbiqi ilə bağlı məsələlər ətrafında müəyyən suallar yaranır. Mövzunu EKVİTA şirkətinin vergi məsələləri üzrə məsləhətçisi Meyxanım Ələkbərova şərh edir.
Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?
Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.