ƏDV ödənişində maraq doğuran suallar

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğVergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən əlavə dəyər vergisinə (ƏDV) həsr olunub. Bu maddənin müddəaları ilə bağlı maraq doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcələsinin 175.1.3-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Misal 1: ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən yanvar ayında 1.000 manatlıq mal alıb. “A” MMC yanvar ayında bank hesabına həmin malın 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18 faiz) ƏDV-ni ödəyib. Fevral ayında bank hesabına 400 manat və ona mütənasib 72 manat (400 x 18 faiz) ƏDV-ni isə depozit hesabına ödəyib. Bu halda, “A” MMC yanvar və fevral ayında müvafiq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.

Misal 2: Vergi ödəyicisi mart ayında qarşı tərəfdən 4.000 manatlıq mal almasına baxmayaraq, 8 aprel 2020-ci tarixində bank hesabına 3.000 manat əsas məbləğ ödəsə də, həmin tarixdə aprel ayı üçün cəmi 200 manat ƏDV məbləğini depozit hesabına ödəyib. Bu zaman, vergi ödəciyisi 3.000 manata görə hesablanan ƏDV-ni, yəni 540 manatı (3.000 manat x 18 faiz) əvəzləşdirə bilməyəcək.

Bir məsələni qeyd edək ki, vergi ödəyicisi ödənişləri misalımıza uyğun həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq olunacaq. Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq 175.8-ci maddədə göstərilən vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisi 3.000 manat ödəniş etdiyi zaman 540 manat yox, 200 manat ödədiyinə görə vaxtında ödənilməyən 340 manatın (540 manat – 200 manat) 50 faizi həcmində – 170 manat miqdarında maliyyə sanksiyasına məruz qalacaq.

Misal 3: Vergi ödəyicisi təqdim olunan mallara görə qarşı tərəfin bank hesabına 4.000 manat nağdsız ödənişlə yanaşı, əlavə dəyər vergisini depozit hesabına 1.000 manat ödəyib. Bu zaman, vergi ödəyicisinin əvəzləşdirəcəyi məbləğ 1.000 manat yox, 720 manat (4000 manat x 18 faiz) olacaq.

Misal 4: Vergi ödəyicisi aprel ayında göstərilən xidmətlərə görə digər vergi ödəyicisinə nağd şəkildə 3.000 manat ödəniş edib.  Müvafiq olaraq əlavə dəyər vergisi depozit hesabına da 540 manat köçürüb. Bu halda, xidmətin dəyəri nağd formada ödənildiyi üçün vergi ödəyicisi əvəzləşdirmə hüququnu itirir.

Misal 5: Vergi ödəyicisi may ayında malların alınması üçün digər vergi ödəyicisinə nağdsız formada 3.000 manat ödəniş edib, müvafiq olaraq qarşı tərəfin depozit yox, bank hesabına da 540 manat köçürüb. Bu halda, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi əvəzləşdirmə həyata keçirə bilmir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vahid bəyannamənin son təqdimetmə tarixi müəyyən edildi

posted in: Xəbər | 0

sahibkarlar, Uyğunsuzluq bildirişi, DTA-03 Forması, azadolma, bəyannamə, sıfır faiz, Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,“Sosial sığorta haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vergi ödəyiciləri avqustun 11-nə qədər müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Corn Processing Company

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib keçmişdə, mühasib köməkçisi, vakansiya, mühasib operator, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Corn Processing Company

Vakansiya barədə məlumat:

Məkan: SAHIL PLAZA

Departament: Maliyyə departamenti

Tabeçilik: Mühasib birbaşa Maliyyə departamentinin müdirinə tabedir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabını aparmaq;
  • Pul vəsaitlərinin (bank və kassa), əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
  • Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində yaxından iştirak etmək;
  • Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və Cəmiyyətin bütün struktur bölmə nümayəndələri ilə qarşılıqlı fəaliyyəti uğurla həyata keçirmək;
  • Fəaliyyəti prosesi zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat verməklandırmaq və onların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq.

Namizədə tələblər:

Staj: Mühasib vəzifəsinə 3 ay sınaq müddəti tətbiq olunmaqla ali təhsilli, müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxslər təyin edilir.

Əmək haqqı: 1000 AZN-dən başlayaraq

BİLMƏLİDİR

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
  • Beynəlxalq mühasibat uçotu qaydalarını;
  • Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
  • Vergi və digər mövzularla bağlı onlayn (internet üzərindən) müraciətləri və işlərin icrasını;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
  • Hesablama texnikasının istismarı qaydalarını və elektron mühasibat programlarından istifadə qaydalarını;;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;

E-mail: /

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Mingəçevir filialı, Mingəçevir şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 1A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Mingəçevir filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri Mingəçevir şəhər filialı olmaqla 4 struktur bölmənin relokasiya və əsaslı təmiri həyata keçirilib. 5 yeni struktur bölmənin isə fəaliyyətə başlaması təmin edilib. Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib. 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun