Çin iqtisadiyyatı dünyada koronavirusdan sonra özünü ilk bərpa edən iqtisadiyyat oldu
Çin iqtisadiyyatı dünyada koronavirus pandemiyasından özünü bərpa edə bilib. Artıq bu sahədə yüksəliş özünü göstərməkdədir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ikinci rübündə ölkədə ÜDM 3,2 faiz artım göstərib. Belə məlumatlar ÇXR statistika idarəsi tərəfindən verilir.
Artım sayəsində Çin texniki tənəzzüldən (ÇXR iqtisadiyyatı, ən azından bu ilin ilk iki rübündə dalbadal aşağı düşmüşdü) yayına bilib. Belə ki, birinci rübdə ölkənin ÜDM-i 6,8 faiz aşağı düşmüşdü. Hakimiyyət orqanları tərəfindən tətbiq edilən məhdudiyyətlərin zəifləməsi, hökumət tərəfindən həyata keçirilən bir sıra stimullaşdırıcı tədbirlər, həmçinin kənd təsərrüfatında (3,9 faiz), sənayedə (4,4 faiz) və digər sahələrdə göstəricilərin yüksəlməsi, iqtisadiyyatın artımına gətirib çıxaran əsas amillər hesab olunur. Amma bu ilin ilk altı ayı ÜDM-nin 2019-cu illə müqayisədə 1,6 faiz azalmasına gətirib çıxarmışdı.
İqtisadiyyatda vəziyyətin yaxşılaşmasına baxmayaraq, çin səhmləri beş aydan da çox müddət ərzində iyulun 16-da özünün ən güclü enişini nümayiş etdirib. Shanghai Composite indeksi həmin gün 4,5 faiz aşağı düşmə ilə bağlanıb. Reuters agentliyinin müraciət etdiyi analitiklərin fikrincə, investorlar səhmləri satmağa can atırlar. Çünki Çin-Amerika münasibətlərinin daha da pisləşəcəyindən və Çinin hakimiyyət dairələri tərəfindən pul-kredit siyasətinin sərtləşdiriləcəyindən ehtiyat edirlər.
İyun ayında China Beige Book International (CBB International) şirkəti Çinin ÜDM-nin 2020-ci ilin may-iyun aylarında ardıcıl olaraq ikinci rübdə aşağı düşəcəyini proqnozlaşdırmışdı. Bloomberg mütəxəssisləri isə 1,5 faiz artım proqnozlaşdırmışdılar. May ayında Pekin 1994-cü ildən bəri ilk dəfə olaraq 2020-ci ildə ÜDM-in artımı üzrə hədəf göstəricilərini müəyyənləşdirməyib.

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində iyulun 20-də keçirdiyi monitorinqlərdə Səbail rayonunda “İlqar Market”də, “Qafqaz İndastri” MMC-yə məxsus “Şərab Evi”ndə, “Radima Beauty Center” xidmət obyektində, Nəsimi rayonunda Asif Cəfərova məxsus elektrik malları mağazasında, Ayaz Möhnətova məxsus geyim mağazasında, Xətai rayonunda Kamal Fətullayevə məxsus inşaat materialları mağazasında,
Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir”

Sual: Vergi Məcəlləsinin 109.3-cü maddəsində işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmədiyi göstərilir. Zəhmət olmasa digər sosial xarakterli xərclər deyildikdə hansı xərclərin nəzərdə tutulduğunu detallı şəkildə qeyd edəsiniz. Həmçinin, hər hansı bir digər qanunvericilikdə sosial xarakterli xərclərin açıqlaması mövcuddurmu?