Sosial xarakterli xərclər hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Sual: Vergi Məcəlləsinin 109.3-cü maddəsində işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmədiyi göstərilir. Zəhmət olmasa digər sosial xarakterli xərclər deyildikdə hansı xərclərin nəzərdə tutulduğunu detallı şəkildə qeyd edəsiniz. Həmçinin, hər hansı bir digər qanunvericilikdə sosial xarakterli xərclərin açıqlaması mövcuddurmu?

Cavab: Bildiririk ki,  Əmək Məcəlləsinin müddəalarına əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı hesab olunur.

Vergi Məcəlləsinin müddəalarına əsasən isə gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əməyin ödənilməsi sisteminə uyğun olaraq pul mükafatının məbləği və ya qiymətli əşya şəklində verilən hədiyyənin dəyəri əmək haqqının tərkib hissəsi olaraq gəlirin əldə olunması ilə əlaqədar çəkilən xərc kimi gəlirdən çıxılır.

Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin (misal olaraq işçinin istirahət, idman, musiqi, reabilitasiya, incəsənət tədbirləri kimi xərclərinin ödənilməsi) gəlirdən çıxılmasına yol verilmir.

Maddədə işçilərin sosial ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan bütün digər xərclər (misal olaraq musiqi, mədəniyyət, incəsənət, şəxsi inkişaf və s.) gəlirdən çıxılmayan xərclərə aid edilir.

Əsas:  Vergi Məcəlləsinin 98.1-ci, 101.1-ci, 108-ci, 109-cu və Əmək Məcəlləsinin  3-cü, 154-cü, 157-ci, 185.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Print Friendly, PDF & Email