İyun ayının sonu üçün bağlanmış əmək müqavilələrinin sayı məlum olub

posted in: Xəbər | 0

İyun ayının sonu üçün bağlanmış əmək müqavilələrinin sayı məlum olub

Xidməti müqavilə Əmək müqaviləsiSon 18 ay ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 210 min artıb.

Bunu mətbuat üçün təşkil olunmuş brifinqdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əgər 2019-cu ilin yanvar ayında bu rəqəm 539 922-yə bərabər idisə, cari ilin 26 iyun tarixinə bu göstərici 751 705-ə çatdırılıb.

“Bu gün ödənilən verginin hər 4 manatından 3 manatı özəl sektor tərəfindən ödənilir. Bu da sözügedən sektorun potensialını göstərir”, – deyə nazir qeyd edib.

Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

posted in: Xəbər | 0

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri Rəqəmsalİqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb.

Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

“Yeni sistemə 15 bank qoşulub, gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, – nazir qeyd edib.

Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada ilk trilyonçu peyda ola bilər

posted in: Məqalə, Xəbər | 0

Dünyada ilk trilyonçu peyda ola bilər

Amerikalı iş adamı və Amazon şirkətinin yaradıcısı və sahibi Ceff Bezos bir neçə ildən sonra dünyada ilk trilyonçu ola bilər. Hazırda Forbes jurnalının məlumatına görə, o, planetin ən zəngin adamı hesab olunur.

Comparisun kiçik biznes üçün konsultasiya xidmətinin ekspertləri əmindirlər ki, Ceff Bezos trilyon dollarlıq vəsaitə artıq 2026-cı ildə qovuşa bilər. Amerikalıdan sonra belə bir məqama yüksələ biləcək ikinci şəxs kimi isə Çindən olan developer Syu Tszyinin adı çəkilir. Hazırda Ceff Bezosun sərvəti 161.1 milyard dollar təşkil edir. Pandemiyanın hücumu və onlayn-alışlara tələbatın yüksəlişindən sonra Amazon şirkətinin səhmləri kəskin bahalaşıb.

Bundan əvvəl Bezosun koronavirus pandemiyası fonunda 2020-ci ilin 3 ayı ərzində 24 milyard dollar gəlir əldə etdiyi barədə xəbər verilmişdi. Elə həmin üç ay ərzində ən varlı milyarderlərin top-üçlüyündə yer alan digər iki nəfər isə xeyli kasıblamışdı: Microsoft şirkətinin yaradıcısı və sahibi Bill Geyts 8,4 milyard, Louis Vuitton Moet Hennessy şirkətinin sahibi Bernar Arno isə 28 milyard dollar sərvətindən məhrum olmuşdu.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – NP MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

böyük mühasib, Mal-material üzrə mühasib vakansiya mühasib köməkçisiVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: NP MMC

Əmək haqqı: 600 – 1000 AZN

Vakansiya barədə məlumat:

– Avans hesabatlarının aparılması
– Vergi və mühasibat uçotunun aparılması
– Məcburi dövlət sosial sığorta haqqı hesabatlarının hazırlanması
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara-Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– İş saatı: həftənin 6 gün, 09:00-dan 18:00-dək
– Şənbə günü saat 09:00-dan 17:00-dək
– Əmək haqqı 600-1000 AZN
– Nahar şirkət tərəfindən təmin olunur

Mühasib üçün tələblər:

Sadələşdirilmiş və 18% vergi ödəyicilərinin uçotunu aparmaq qabiliyyəti olsun.
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Elektron hökumət portalı və internet bankingdə işləməyi bacarmalı
– Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi
– Digər kreditor və debitorlar ilə hesablaşmaların uçotunun aparılması
– Elektron vergi hesab-faktura, qaimə-faktrura, hesab-fakturaların işlənməsi
– İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

Tələblərə uyğun Qadın və Bəy namizədlər öz cv-lərini / göndərə bilərlər.

Mənbə: finstaff.az