Dünyada ilk trilyonçu peyda ola bilər

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Dünyada ilk trilyonçu peyda ola bilər

Amerikalı iş adamı və Amazon şirkətinin yaradıcısı və sahibi Ceff Bezos bir neçə ildən sonra dünyada ilk trilyonçu ola bilər. Hazırda Forbes jurnalının məlumatına görə, o, planetin ən zəngin adamı hesab olunur.

Comparisun kiçik biznes üçün konsultasiya xidmətinin ekspertləri əmindirlər ki, Ceff Bezos trilyon dollarlıq vəsaitə artıq 2026-cı ildə qovuşa bilər. Amerikalıdan sonra belə bir məqama yüksələ biləcək ikinci şəxs kimi isə Çindən olan developer Syu Tszyinin adı çəkilir. Hazırda Ceff Bezosun sərvəti 161.1 milyard dollar təşkil edir. Pandemiyanın hücumu və onlayn-alışlara tələbatın yüksəlişindən sonra Amazon şirkətinin səhmləri kəskin bahalaşıb.

Bundan əvvəl Bezosun koronavirus pandemiyası fonunda 2020-ci ilin 3 ayı ərzində 24 milyard dollar gəlir əldə etdiyi barədə xəbər verilmişdi. Elə həmin üç ay ərzində ən varlı milyarderlərin top-üçlüyündə yer alan digər iki nəfər isə xeyli kasıblamışdı: Microsoft şirkətinin yaradıcısı və sahibi Bill Geyts 8,4 milyard, Louis Vuitton Moet Hennessy şirkətinin sahibi Bernar Arno isə 28 milyard dollar sərvətindən məhrum olmuşdu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email