Azərbaycanda icazə verilən işçi sayına məhdudiyyət tətbiq ediləcək

posted in: Xəbər | 0

ciddi karantin rejimiFəaliyyətinə icazə verilən bir sıra sahələrdə işə cəlb olunan işçilərin sayı 50 faizdən çox olmamalıdır.

Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; mühəndislik və layihələndirmə xidmətləri; qablaşdırma məhsullarının istehsalı; daş, metal və taxta məhsullarının istehsalı; mebel istehsalı və təmiri; zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; onlayn satışlar; kimyəvi təmizləmə; mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; avtomobillərin təmiri; avtomobil yuyulma məntəqələri; heyvan sığınacaqları; tərcümə xidmətləri sahəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Qeyd olunan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Misir koronavirusa görə yeni vergi tətbiq edir

posted in: Vergi, Xəbər | 0

Misir parlamenti koronavirusa qarşı mübarizə aparmaq üçün yeni vergi tətbiq etməklə bağlı qanun qəbul edib. Həmin vergi əmək haqqının 1 faizini təşkil edəcək və iyul ayının birindən başlayaraq, bir il ərzində tutulacaq.

Pensiyalardan isə həmin 0,5% həcmində tutulacaq. Ayda 2000 funt (115 avro) və bundan aşağı  qazanc əldə edənlər sözügedən vergidən azad olunurlar. Bu haqda  Newsru saytı məlumat verib.

Epidemiyadan iqtisadi zərər çəkən şəxslər də yeni vergi ödəməkdən azad olunacaqlar. Misir hökumətinin mətbuat xidmətinin məlumatına görə, vəsait koronavirusdan zərər çəkmiş müəssisələrin və vətəndaşların dəstəklənməsinə və səhiyyə sisteminin inkişafına yönəldiləcək.

Misirin Baş naziri Mustafa Matbuli bütün karantin normalarına ciddi riayət olunmasının zəruriliyini xatırladıb. O, normal həyata qayıtdıqdan sonra da maska taxılması kimi ehtiyat tədbirlərinin uzun müddət məcburi olacağını qeyd edib.


Bax: Çin dolların qadağan olunmasına hazırlaşır


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilir

posted in: Xəbər | 0

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilir

190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir”.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:

“Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin dolların qadağan olunmasına hazırlaşır

posted in: Xəbər | 0

yüksək əmək haqqı, Kiçik Xəzinədar, vakansiya,Çin istisna etmir ki, ABŞ sanksiya təzyiqini gücləndirmək məqsədilə onun dollar ilə hesablaşma vasitəsi kimi istifadə etməsinə qadağa qoyuması ilə bağlı qərar verə bilər. Bunu ÇXR qiymətli kağızlara nəzarət Komitəsinin sədr müavini Fan Sinhay bəyan edib.

Onun sözlərinə görə, Pekin, həqiqətən, yalnız psixoloji baxımdan deyil, Banklararası məlumat transferi və SWIFT ödəniş sistemi və banklararası elektron hesablaşma sistemindən ayrılmağa hazırlaşmalıdır.

Fan Sinhay əlavə edib ki, mövcud asılılıq Çini iki ölkə arasındakı qarşıdurmanın kəskinləşəcəyi təqdirdə yarana biləcək sanksiyalara qarşı həssas edir.

Qurum rəsmisi, həmçinin dolların dəyərdən düşməsinin Çinə problem yarada biləcəyini qeyd edib. Bunun nəticəsində Pekinin xaricdəki qeyri-maliyyə investisiyaları zərər görə bilər ki, onların həcmi isə təxminən, iki trilyon dollar təşkil edir. Aktivlərin yuana köçürülməsi xarici maliyyə təzyiqini aradan qaldırmağa imkan verəcəkdir.

İyunun 22-də axşam ABŞ prezidentinin ticarət müşaviri Peter Navarro, Trampın bu ilin yanvar ayında imzalandığı ticarət razılaşmasını pozduğunu söyləyib. Belə bir qərarın qəbul olunmasına səbəb kimi o, koronavirus pandemiyasını misal göstərmişdir. Lakin, sonradan Ağ ev rəhbərinin özü müşavirinin sözlərini tamamilə təkzib edib və bəyan edib ki, saziş qüvvədə qalır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun