Misir koronavirusa görə yeni vergi tətbiq edir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Misir parlamenti koronavirusa qarşı mübarizə aparmaq üçün yeni vergi tətbiq etməklə bağlı qanun qəbul edib. Həmin vergi əmək haqqının 1 faizini təşkil edəcək və iyul ayının birindən başlayaraq, bir il ərzində tutulacaq.

Pensiyalardan isə həmin 0,5% həcmində tutulacaq. Ayda 2000 funt (115 avro) və bundan aşağı  qazanc əldə edənlər sözügedən vergidən azad olunurlar. Bu haqda  Newsru saytı məlumat verib.

Epidemiyadan iqtisadi zərər çəkən şəxslər də yeni vergi ödəməkdən azad olunacaqlar. Misir hökumətinin mətbuat xidmətinin məlumatına görə, vəsait koronavirusdan zərər çəkmiş müəssisələrin və vətəndaşların dəstəklənməsinə və səhiyyə sisteminin inkişafına yönəldiləcək.

Misirin Baş naziri Mustafa Matbuli bütün karantin normalarına ciddi riayət olunmasının zəruriliyini xatırladıb. O, normal həyata qayıtdıqdan sonra da maska taxılması kimi ehtiyat tədbirlərinin uzun müddət məcburi olacağını qeyd edib.


Bax: Çin dolların qadağan olunmasına hazırlaşır


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email