Koronavirus peşə xəstəliyi hesab edilirmi?

posted in: Xəbər | 0

Mövzu başlığına müvafiq olaraq cavab kimi qeyd etmək mümkündür ki, bəli. Koronavirus xəstəliyi də peşə xəstəliyi hesab edilir. Sadəcə olaraq konkret peşədə çalışanlar üçün bu halda ödəniş verilir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən peşə xəstəliyinə tutulmuş şəxslərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü halında sığortalandıqları şirkət tərəfindən sığorta ödənişi verilir. Əgər şəxs sığorta olunmayıbsa, onda həmin işçini sığortalamaq vəzifəsi olan işəgötürən öhdəlik daşıyacaq.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na əsasən müvafiq tibb müəssisələrində, infeksion şöbələrdə çalışan şəxslər peşə xəstəliyinə tutulma ehtimalı yüksək şəxslər hesab edilir.

Mövzu çərçivəsində qeyd etmək yerinə düşərdi ki, aşağıdakı şəxslər peşə xəstəliyi nəticəsində şəxsin ölümü zamanı sığorta ödənişi ala bilər:

– şəxsin ölümündən sonra doğulmuş uşağı;

– himayəsində olmuş və 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;

– şəxsin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər;*

– şəxsin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;*

* Son 2 halda göstərilən şəxslərə 18 yaşına çatmayan uşaqları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (lakin ən çoxu 23 yaşına çatanadək), yaşa görə pensiya hüququ yaranan yaxud əlilliyi olan ailə üzvlərini (ata, ana, ər-arvad, övlad) aid etmək olar.

Bu şəxslər olmadıqda isə sadəcə ailə üzvləri ödəniş ala bilər.

Yekunda isə qeyd edək ki, peşə xəstəliyi işəgötürən və səlahiyyətli qurum yaxud məhkəmə tərəfindən təsdiq edilməlidir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb

posted in: Xəbər | 0

Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb

Aylıq əmək haqqı, emek haqqi, əmək haqqı, gəlirdən çıxılan xərclərKoronavirus pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.

Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı Qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.

Bundan başqa, 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovun müsahibəsi

posted in: Xəbər | 0

Kapital BankKapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik”

Son aylar ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir sıra xidmət sahələrində növbələr yaranıb. İnsan kütləsinin qapalı məkanlarda toplanmasının qarşısını almaq məqsədilə müştərilər mərkəzlərə növbəli şəkildə buraxılır. Ən çox növbələrin olduğu xidmət sahələrindən biri də kommersiya banklarıdır.

Bunun baş vermə səbəbləri, ümumiyyətlə banklarda olan vəziyyətlə bağlı ölkənin ən böyük banklarından olan Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.

Son zamanlar pandemiya ilə əlaqədar bir sıra xidmət mərkəzlərində olduğu kimi bankların da qarşısında insan kütləsinin toplanmasını və uzun növbələri müşahidə edirik. Kapital Bank filiallarının da qarşısında olan növbələr diqqətdən kənar qalmır. Hazırki durumda, bunun başvermə səbəbini şərh etməyinizi xahiş edərdik.

Bildiyiniz kimi cari ilin mart ayından başlayaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Bununla da bir sıra yerlər kimi, bank filiallarında da sosial məsafəyə riayət olunması, qapalı məkanlarda insan sıxlığının aradan qaldırılması və bəzən qeyri-iş günlərində, həmçinin bayramlarda filialların işləməməsi tövsiyə olunur. Qeyd edim ki, Kapital Bank ölkə üzrə 3 milyondan artıq fiziki şəxslərə və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Bankımız, həmçinin bir sıra dövlət əhəmiyyətli sosial layihələrdə tərəfdaş qismində çıxış edir. Bu sırada təqaüd kartlarını, sosial kartları, fermer kartlarını və digər ödənişləri qeyd edə bilərəm. Bankımız hazırda filial şəbəkəsinin genişliyinə görə ölkədə liderdir. Bir neçə gün əvvəl müştərilərimizin istifadəsinə verdiyimiz İnşaatçılar filialı sayca 118-ci xidmət nöqtəsidir.

Filiallar önündə olan növbələrə gəlincə isə bildirirəm ki, ölkə üzrə olan xidmət nöqtəmizdə yalnız əməkdaşların 50%-i işə çıxır. Yəni filialda əməliyyat üzrə əvvəl təqribən 8 əməkdaş var idisə, hazırda bu sahəyə 4 əməkdaş cəlb olunub. Digər tərəfdən ölkə başçısının göstərişi ilə əhalinin işsiz təbəqəsinə, həmçinin kiçik və orta sahibkarlara birdəfəlik müavinətlərin ödənilməsinə başlanıldı. Bu sahədə də Kapital Bank digər banklardan fərqlənərək daha çox işsizə və sahibkara müavinətlərin ödənilməsində vasitəçilik etdi. Bu səbəbdən də filiallar önündə növbələr yaranıb.

Bəs çıxış yolunu nədə görürsünüz?

Sadaladıqlarımla yanaşı filiallara, həmçinin valyuta alqı-satqısı, pul köçürməsi, kart və ya cari hesab açmaq, əmanət yerləşdirmək, bitmiş ödəniş kartını uzatmaq üçün gələn müştərilərimizi qeyd etmək istərdim. 50% işçi personal ilə bu əməliyyatları həyata keçirmək daha çox zaman alır və filialların önündə növbələrə səbəb olur. Biz ənənəvi bank əməliyyatları üçün filiallara gələn müştərilərə onlayn və rəqəmsal xidmətlərimizi tövsiyə edirik. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.

Bildiyimiz kimi hazırda, həmçinin bağlanan banklarda olan qorunan əmanətlərin ödənilməsində də Kapital bank müvəkkil bank olaraq seçilib. Bu da filiallara əlavə insan kütləsinin axını deməkdir…

Tam doğrudur. İyun ayının 1-dən başlayaraq Bakı şəhəri üzrə AtaBank və Amrahbank-da qorunan əmanəti olanlar məhz Kapital Bank vasitəsilə ADİF tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir. Bugünkü qanunvericilik tələblərinə uyğun təəssüf ki, bu prosesi rəqəmsal müstəviyə keçirmək hələ ki, mümkün deyil. Lakin bu tip layihələr üçün rəqəmsal kanallardan istifadə, vəsaitin digital kart vasitəsilə geri qaytarılması fəal müzakirə olunan mövzulardandır.

Filiallarımızın önündə olan növbələrə gəlincə isə, bu növbələr Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tənzimlənir. Bundan başqa vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub və bu işlər hazırda da aparılır. Ümid edirik ki, tezliklə ölkədə olan xüsusi karantin rejimi bitəcək və biz əvvəllər olduğu kimi öyrəşdiyimiz iş şəraitinə qayıdacağıq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib – Beta Tea Azerbaijan Group

posted in: Mühasib, Vakansiya, Xəbər | 0

baş mühasib, vergilər, vakansiya mühasib,Əmək haqqı hesablanması üzrə mütəxəssisVakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Beta Tea Azerbaijan Group.

Əmək haqqı: 1700 – 1900 AZN.

Vakansiya barədə məlumat:
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Vergi orqanları ilə yazışmalar;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək;
  • İş qrafiki: Bazar ertəsi – şənbə: 08:30-18:00;
  • Bazar günü istirahət günüdür;
  • Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər:

  • Qadın namizəd;
  • Ali təhsilli;
  • Təcrübə: 3-5il;
  • B1-B3, Microsoft Office proqramlarını bilmək;
  • 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.) e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək;
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
  • Balansın çıxarılması;
  • Maaş: 1700-1900 AZN.
CV-lərinizi foto ilə birlikdə / ünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun