Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?

posted in: Xəbər | 0

Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?

Taksi xidməti,“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli müvafiq Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sözügedən Qanunun 2.4-cü maddəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı dəyişikliklərin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” ilə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minəcəyi qeyd olunurdu:

“Bildiririk ki, 2020-ci il 8 may tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunlar qəbul edilib. Sözügedən qanunlarda “Fərqlənmə nişanı”nın alınması üçün vergi ödəyicisinin ərizəsinə eyni zamanda məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədinin əlavə edilməsi bir daha təsbit olunub. Yuxarıda qeyd olunanlardan irəli gələrək qeyd edim ki, əvvəlki qanunvericiliyə uyğun olaraq “Fərqlənmə nişanı”nın alınması üçün sadələşdirilmiş vergi və reysqabağı texniki və tibbi müayinə üçün ödəniş edilirdi. Lakin mövcud qanunvericiliyə əsasən isə “Fərqlənmə nişanı”nın alınması üçün əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı da ödənilməlidir. Odur ki, sadələşdirilmiş verginin məbləğində hər hansı dəyişiklik edilməyib”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan vətandaşları üçün şəxsi sığorta kabineti yaradılıb

posted in: Xəbər | 0

Azərbaycan vətandaşları üçün şəxsi sığorta kabineti yaradılıb

icbari sığorta müqaviləsi,Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib.

Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bildirilir ki, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bankın hazırlamış olduğu layihələrin tərkib hissəsi kimi sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə İcbari Sığorta Bürosu (İSB) işləri uğurla davam etdirir. Bu məqsədlə İSB sığorta şəhadətnamələri və sığorta hadisələri barədə məlumatların elektron qaydada əldə edilməsi üçün elektron şəxsi kabinet xidmətini vətəndaşların istifadəsinə təqdim edib.

Şəxsi kabinetdən istifadə etmək üçün vətəndaş ilk növbədə İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür.

Beynəlxalq təcrübəyə əsaslanan şəxsi sığorta kabineti vətəndaşlara sığorta sirri, fərdi məlumatların məxfiliyinin qorunması kimi üstünlüklər verməklə yanaşı sığorta hadisələri zamanı vaxt itkisinin qarşısının alınmasına da kömək edəcəkdir.

Şəxsi sığorta kabinetində ilkin olaraq elektronlaşmış iki sığorta növü – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” üzrə məlumatların əldə edilməsi mümkündür.

Vətəndaşlar şəxsi sığorta kabinetinə daxil olaraq avtomobillərinin icbari sığorta tarixçəsi, həmçinin sığorta şəhadətnamələrinin müddəti barədə məlumat əldə edə bilərlər.

Vətəndaşlarımız İSB-nin istifadəyə verdiyi elektronlaşdırılmış digər sığorta növü üzrə işəgötürən tərəfindən hansı dövr ərzində sığortalandığı, müvafiq sığorta məbləği, ödənilən sığorta haqqı və s kimi ətraflı məlumat əldə edə bilərlər. Bu növ üzrə sığorta təminatının mövcud olub-olmaması qeyd olunan kabinetdə öz əksini tapmaqdadır.

Qeyd edək ki, İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur:

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”;

“Daşınmaz əmlakın icbari sığortası”;

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”;

“Sərnişinlərin icbari fərdi qəza sığortası”;

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.”.

Bu növlərin ikisi artıq elektronlaşdırılaraq istifadəyə verilib. Digər növlərin elektronlaşdırılması istiqamətində Mərkəzi Bank və İSB intensiv işlər aparmaqdadır və yaxın vaxtlarda yeniliklərin içtimaiyətə təqdim edilməsi nəzərdə tutulur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (VII hissə)

posted in: muhasibat, Xəbər | 0

mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqMühasib keçmişdə və gələcəkdə (VII hissə)

VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Dərslərin keçirilməsi manerasını, xüsusilə mühazirələrin oxunmasını qeyd etmək çox vacibdir. Onların rolu minimuma endirilməlidir. Çünki İ.Qutenberq (1406–1468) mətbəəni, yəni, çap işini icad etdikdən sonra mühazirə oxunması ali məktəblərdə bir orta əsrlər anaxronizmi olaraq qaldı. Bunda daha çox kafedra elitaları və axmaq tənbəl tələbələr maraqlıydı. Birinci bu yük üçün faydalıdır: onlar ilbəil dəftərçəni, hətta birbaşa kitabdan hansısa sadələşdirilmiş mətnləri oxuyurlar. İkincilər isə sevinclə qeyd edirlər ki, professor imtahanda bundan artıq heç nə soruşmayacaq. Fənnin öyrənilməsinin əsas ağırlığı klassik universitet sxemi üzrə keçirilən praktik məşğələlərə və seminarlara keçirilməlidir.

Bundan sonra tələbə tərəfindən öyrənilən mövzunun anlama dərəcəsi haqqında çətin bir sual yaranır. Burada isə iki yanaşma var: bixeveristik və rasionallıq. Birinci, praktiki reaksiyaların bacarıqlarının aşılanmasını nəzərdə tutur. Məsələn, tələbəyə malların alınması üçün qaimə göstərilir və o, sevinclə cavab verir: debet 41, debet 19 və kredit 60. Müəllim bundan vəcdə gəlir, tələbənin valideynləri isə sevincdən göz yaşı tökürlər. Bu təlim şərtli reflekslər sisteminə əsaslanır (1849-1936) və (1857-1927), S ® R iki elementinin, yəni, stimulun, bizim vəziyyətimizdə hesab-faktura və reaksiya – düzgün cavab olduğunu ehtimal edir. Doğru reaksiyalar vermək yaxşı bir insanın və yüksək ixtisaslı mühasibin yetişdirilməsi üçün lazımdır. Ancaq hamı bu nəticə ilə razı deyil. Deyilənə görə, bu halda tələbə sanki “tutuquşuya” çevrilir. O, öyrədilmiş sözləri mənasızcasına təkrarlayır.

Tələbə isə yaradıcı işçi olmalıdır, o, nə danışdığını, xüsusən də nə ilə işləməli olduğunu başa düşməlidir. Bununla birlikdə, ölkəmizdə, bir qayda olaraq, anlayış təhsili müəyyən bir sxolastikliyə dirənir: 41 hesabı aktivdir, debet mağazadakı malların artdığını göstərir, 19 hesabı aktivdir. Vergi orqanlarına debitor borcu göstərir, bu halda 60 hesabı passivdir kreditor borcunun yüksəldiyini göstərir. Əslində anlaşılma üçün bunlar olduqca azdır.

Burada söhbət bir tərəfdən iki müqavilənin yerinə yetirilməsindən gedir: material məsuliyyəti (debet 41) və təchizat (kredit 60), həmçinin vergi qanunvericiliyindən irəli gələn öhdəliklər (debet 19), digər tərəfdən isə: təchizatçı hesabına təsərrüfat subyektinin aktivləri artır. Ancaq bütün bunlardan söz açmaq və xüsusilə də başa düşmək, tələbə üçün çox çətindir. İşgüzar oyunlar və keyslərə aludəçilik bizim işdə nisbətən kömək edir. Lakin problemləri sonadək həll etmir.

Lakin ali məktəblərin başlıca bəlası bunda deyil. İş ondadır ki, onların nümayəndələri qaydaya əsaslanan bir dogmatik təlim sisteminə riayət edirlər: hər bir problemin yalnız bir düzgün həlli var. Məhz, bu postulat həmkarlarımızın zehinini və qəlbini şikəst edir. Bunun əvəzinə dekonstruksiya və ya hikmət postulatı lazımdır: hər bir problemin ən azından iki düzgün həll yolu var.

Əlbəttə ki, tənzimləyici sənədlər baxımından, bir qayda olaraq, bir həll mümkündür, lakin mühasibat siyasətinin fikirlərini xatırlayın və sizə aydın olacaq: həmişə və ya demək olar ki, həmişə seçim var. Ona görə də müasir şəraitdə ali məktəbdə uçot siyasəti gələcək baş mühasiblərin tədrisində əsas mövzu olmalıdır. Çünki mühasibat uçotu – mümkün olanı başa düşmək haqqında elmdir.

Burada bir məsələni də qeyd etmək lazımdır: ən dəhşətlisi odur ki, siz hansısa elmin öyrənilməsi zamanı müəyyən baxışları aydın şəkildə yerinə yetirirsiniz, fikirlərin ziddiyyətli dialektik müxtəlifliyindən hər cür yayınmaq üçün bir metodologiya öyrədirlər. Görkəmli filosof  B. Rasselin (1872-1970) bir çağırışını xatırlayırsınızmı: “Müəllimlərin ifadə etdikləri fikirlərin yekdilliyi təkcə can atdığımız şey deyil, imkan olanda, ondan qaçmaq da lazımdır, çünki tərbiyəçilər arasında fikir müxtəlifliyi istənilən bir ağlabatan təhsil üçün vacibdir”.


VIII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi

posted in: Vergi, Xəbər | 0

ƏDV-dən azad, ƏDV-nin qaytarılması, Əvəzləşdirilən ƏDV, ƏDV hesablanması, Əvəzləşdirilməyən ƏDV EDVVergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.4-cü maddəsinə əsasən, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli fərmanında Nazirlər Kabinetinə 224.4-cü maddəyə uyğun olaraq əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, zəruri ərzaq məhsullarına vergi güzəştinin tətbiq edilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunub saxlanılması baxmından əhəmiyyət kəsb edir: “Bu azadolma və tətil paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən biznesi qorumaq və inkişaf etdirmək üçün istifadə etməyə imkan verir”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun