Nə istədiyinizi bilmirsinizsə, peşəni necə seçə bilərsiniz?! (IV hissə)

posted in: Xəbər | 0

Nə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bu gün insan həyatında ən vacib olan peşə seçimi haqqında danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Burada giriş məlumatları çoxdur.
Test before invest! Öncə testdən keçir, sonra sərmayə yatır!

Həyatınızın illərinə  və təhsilinizə minlərlə dollar investisiya qoymazdan öncə maraqlandığınız (və ya uşağınızın maraqlandığı)  peşə haqqında daha çox məlumat toplamağa və ilk praktik təcrübə əldə etməyə çalışın. Əmək bazarını, maaşları, peşəyə olan öhdəlikləri və tələbləri öyrənin. 1-2-3 aylıq ödənişsiz praktika keçmək üçün işə düzəlməyə çalışın.

Övladınızla bağlı olan halda, yaxınlarınızın birindən (bu peşədən olan) onunla (uşağınızla) müəyyən zaman keçirməsini və sözügedən peşə barədə ona müəyyən şeyləri izah etməyi xahiş edin.

Daha çox təcrübə!

İnsanın güclü və zəif tərəfləri yalnız praktikda, əməli işdə özünü göstərir. Bacarıqları və istedadı üzə çıxır, vərdişləri formalaşır. İnanın, əgər bir şəxsin hansısa işdə ciddi uğurları varsa, onun qarşısına “Kim olmalı?” sual heç vaxt çıxmır.

Uşağın vəziyyətində, mümkün olan bütün yollarla ona bu təcrübəni əldə etməyə kömək edin. Pul qazanmaq, təşəbbüskarlıq, maraq, hobbi və s. üçün edilən hər hansı bir təşəbbüsü təşviq edin.

Öncədən (maliyyə baxımından) hazır olun

Uşağınızın neçə yaşı olması və ya onun ali məktəbə neçə ildən sonra gedəcəyi əhəmiyyət daşımır. Təhsili kredit hesabına əldə etmək – pis ideyadır.  Yığım etmək, sizin seçim etmənizdən ötrü əla ideyadır! Ehtiyat məbləği toplamağa nə qədər tez başlasanız, sizdən ötrü daha çox faiz toplanar və təhsil məssisəsinin seçimi də daha geniş olar.

Yekun

Peşə seçimi insan həyatındakı ən vacib seçimlərdən biridir. Ancaq bunun bütün həyat üçün bir seçim olmadığını başa düşmək lazımdır. Ona görə, özünüzü (və ya uşağınızı) bu seçimin mühümlüyü ilə bağlı yükləmək lazım deyil. Özünüzü və ya övladınızı çevik bacarıqların formalaşmasına, müstəqil iş və təşəbbüskarlıq cəhdlərinə təşviq edin. Eləcə də həddən bahalı ali məktəblərdən və kreditlə təhsil almaqdan uzaq durun. İnanın, hər şey yaxşı olacaq!


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqqı 2000 manatı ötüb

posted in: Maliyyə, Xəbər | 0

Aylıq əmək haqqı, büdcə, orta aylıq maaş, orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqıBu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2 003,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici dövlət sektorunda 1 732,8 manat, özəl sektorda isə 2 067,1 manat olub.

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə işçilərin orta aylıq nominal əmək haqqı 14%, o cümlədən dövlət sektorunda 15,7%, özəl sektorda isə 13,8% artıb.

Qeyd edək ki, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil edib. Bu il mayın 1-nə maliyyə sahəsində işçilərin sayı 28,6 min nəfər (5,5 min nəfər dövlət, 23,1 min nəfər özəl) olub.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Henry Ford’un həyatı barədə maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

Henry Ford’un həyatı barədə maraqlı faktlar

Henry Ford155 il bundan əvvəl iyulun 30-da məşhur sahibkar və ixtiraçı Henry Ford (1863) anadan olub. Budur, onun həyatından bir neçə maraqlı fakt:

  • Fordun ali təhsili yox idi, o, yalnız əyalət məktəblərindən birini bitirmişdi və həyatının sonuna kimi savadlı yazmağı öyrənə bilməmişdi.
  • “Chicago Tribune” qəzetində çap olunmuş məqalələrin birində Henry Ford’u cahil adlandırmışdılar və o da qəzeti məhkəməyə verir. Prosesdə vəkil Ford’a orta məktəb proqramı üzrə bir neçə sual verməyə icazə alır. İddiaçı heç bir suala cavab verə bilməsə də özünü itirmir.

Bəli, o, George Washington’un ölkə üçün nə etdiyindən xəbərsizdi. Nə olsun ki? O, öz-özünə öyrənmiş mexanikdir və bunu gizlətmir də. Burada əyləşənlərin hər birinin ali təhsilli olması barədə üç şəhadətnaməsi ola bilər, amma, onların hamısı Ford’un ixtira etdiyi avtomobildə gəzirlər!

  • Bir dəfə Ford bəyan edir ki, heç vaxt işə mütəxəssis götürməyəcək:

“Əgər mən öz rəqiblərimi şərəfsiz yollarla sıradan çıxarmaq istəsəydim, mən onlara  bir sürü mütəxəssis göndərərdim. Rəqiblərim külli miqdarda məsləhətlər aldıqdan sonra öz işlərinə belə başlaya bilməzdilər”.

  • Yalnız öz əlləri ilə nəsə düzəltməyi bacaran adamları Ford hörmətə layiq bilirdi. O, hesab edirdi ki, hər bir şəxs karyera nərdivanının ən aşağı pilləsindən işə başlamalıdır. Əvvəlki təcrübə və yeni əməkdaşların keçmişi hesaba alınmırdı.
  • Konveyerin Ford tərəfindən ixtira olunması barədə fikirlər geniş yayılsa da, əslində belə deyil. Amma, avtomobillərin konveyer üsulu ilə ilk uğurlu istehsalı onun tərəfindən həyata keçirilib.
  • Ford reinkarnasiya və insan ruhunun yenidən doğuluşu nəzəriyyəsinin  tərəfdarı olub. Ford, hesab edirdi ki, son dəfə o, Gettisberq yaxınlığında  baş verən döyüşdə həlak olmuş əskər olub.

Bax: Uğurlu mühasib olmaq üçün 4 sadə üsul barədə 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

dövlət reyestri, dövlət qeydiyyatı, Dövlət rüsumu, Sosial sığorta, Dövlət satınalmaları, iqtisadi zona, Miqrasiya, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 565, № 11, maddə 1997; 2019, № 2, maddələr 247, 249, № 3, maddə 415, № 4, maddə 621, № 6, maddə 1032; 2020, № 3, maddə 243) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı” sözlərindən sonra “yoxlamalara, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyi sahəsində yoxlamalara,” sözləri əlavə edilsin.

2. 3.2-ci bənddə “1.6 və 1.7-ci bəndlərində” sözləri “1.7-ci bəndində” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.6-cı bəndi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun