Vakansiya: Maddi vəsaitlər üzrə mütəxəssis

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Maddi vəsaitlər üzrə mütəxəssis tələb olunur.

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu.

Vakansiya barədə məlumat:

– Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;

– Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək;

– Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək;

– Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq;

– Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək;

– Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək;

– İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

İş yeri: Bakı şəhəri

Namizədə tələblər

İş təcrübəsi: 1 il iş təcrübəsi

Təhsil: Ali (Mühasibatlıq, ümumi iqtisadiyyat üzrə nəzəri biliklərə malik olmalı)

Yaş həddi: 22 – 30 yaş

– Analitik düşünmə və problemləri həll etmə bacarığı;

– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;

– Logo Tiger və ya digər ERP proqram bilikləri;

– Hesabat və təqdimat bacarıqları;

– Tapşırıqların yerinə yetirilməsində operativ, məsuliyyətli olmalı;

– Komanda ruhuna malik, həvəsli və enerjili olmaq;

Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Maddi vəsaitlər üzrə mütəxəssis yazaraq CV göndərməklə müraciət edilir.

Mənbə: finstaff.az


Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi

posted in: Xəbər | 0

Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr

Karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbələrin pozulmasına görə cərimələr müəyyənləşib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Türkiyədə bu vergi 5 dəfə artırılıb

posted in: Vergi, Xəbər | 0

Türkiyədə valyuta alışına tətbiq olunan vergi beşqat artırılıb

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərin iqtisadi tarazlığın qorunmasına təsirini azaltmaq üçün Türkiyədə o qədər də populyar olmayan müəyyən addımlar atılır. Bu istiqamətdə sonuncu qərar isə valyuta alışı üçün ödənilən verginin dərəcəsinin artırılması olub. İndiyə qədər Türkiyədə həmin verginin dərəcəsi 0,2 faiz təşkil edirdi. Türkiyənin dövlət başçısının 23 may 2020-ci il tarixli son sərəncamı ilə bu verginin dərəcəsi 5 dəfə artırılaraq 1 faizə qaldırılıb. Beləliklə, qüvvəyə minmiş qərara əsasən, Türkiyədə satın alınan hər 100 dollar üçün 1 dollar vergi ödənilir.

Bundan əvvəl isə ölkəyə idxal edilən bəzi mallara əlavə gömrük vergisinin tətbiqi ilə bağlı qərar qəbul edilmişdi.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlandı

posted in: Xəbər | 0

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, qərarda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısı hazırlanıb.

Siyahı aşağıdakı kimidir:

1. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun