Son 5 ildə dövlət qulluqçularının aylıq əmək haqqı 5,6 dəfə artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Ötən 5 ildə dövlət qulluqçularının aylıq əmək haqqı 5,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən 20 il ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb. Həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşıb. Dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.

Cari il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olub. Onların da 29 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 7,2 faizi bir ilə qədər, 23,5 faizi bir ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 1022,2 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Para BOKT YAY təcrübə proqramı elan edir

posted in: Xəbər | 0

könüllü, maliyyə, Vakansiya, Təcrübəçi, MaliyyəçiPara BOKT YAY təcrübə proqramı elan edir

Para BOKT hazır və təcrübəli kadrlara üstünlük verdiyi kimi, təcrübəsi olmayan gəncləri də düşünür və onlar üçün daima əlverişli şərait yaradır. Biz, iş stajı olmayan, lakin ali təhsil ocaqlarını yeni bitirmiş və ya qiyabi təhsil alan gəncləri müvafiq təcrübə proqramına cəlb edirik. Təcrübəçilər təşkilatımızda korporativ mühitə düşərək işgüzar həyatla tanış olur, onlar yeni biliklər, bacarıqlar və təcrübə əldə edirlər.

Təcrübə proqramını uğurla başa vuranlar isə təşkilatımızda işlə təmin olunurlar.

Cəmiyyətimizin gələcəyi olan gəncləri Para BOKT-da karyera imkanlarından faydalanmağa və Para BOKT ailəmizin bir üzvü olmağa dəvət edirik.

Maraqlanan şəxslər Yay təcrübə proqramı başlığı ilə  / ünvanına CV ilə müraciət edə bilərlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditor mühasibdən nə ilə fərqlənir?

posted in: Audit, muhasibat, Məqalə, Xəbər | 0

Yaxın zamanlara kimi leksikonumuzda “auditor” kəliməsi, ümumiyyətlə yox idi. Bu ad altında peşənin mövcudluğundan bir çoxları heç xəbərdar belə deyildi. Yeri gəlmişkən, bu günün özündə də bir çoxları üçün auditor işi bir sirr olaraq qalmaqdadır.

Bir şeyi dəqiq demək olar – hətta kənardan kiməsə bu peşə olduqca adi görünsə belə, auditor işini heç də sadə bir iş hesab etmək olmaz. Unutmaq lazım deyil ki, peşəkar zərurət auditoru hər gün kompüter qarşısında on iki saat oturmağa məcbur edir, eləcə də bir-iki həftə çəkən müntəzəm ezamiyyələr də bu peşədən ötrü çox xarakterikdir. Auditor peşəsi – vergi və mühasibat uçotu ilə bağlı bütün incəlikləri bilməyi, bir çox yad insanlarla, hansılar ki, heç də həmişə xeyirxahlığa köklənmirlər, aktiv ünsiyyət qurmağı tələb edən edən olduqca əsəbi bir məşğuliyyətdir. Yaxşı auditor qanunvericiliyə peşəkar hüquqşünasdan heç də geri qalmayan bir biliklə bələdçilik nümayiş etdirməlidir.

Belə olduğu halda auditor işi niyə insanları özünə cəlb edir? Əslində hər şey çox sadədir, misal üçün, mühasiblər cari işlərlə məşğul olurlar. Yəni, vergilərin hesablanması və ödənilməsi, kreditorlar və debitorlarla iş, uçotda təsərrüfat əməliyyatlarının əks olunması, ilkin sənədlərin tərtibi və s. Auditorlar isə bu cür mühafizəkar işlərlə məşğul olmurlar. Onların vəzifəsinə problemli məsələlərin izlənilməsi və daha geniş miqyaslı  yeniliklərin, vergi və mühasibat uçotu ilə bağlı qanunvericiliyin öyrənilməsi daxildir. Audit sahəsində o şəxs mütəxəssis ola bilər ki, öyrənməyə böyük istəyi olsun və daim yeni məlumatları izləyib mənimsəyə bilsin. Bundan əlavə, daxil olan məlumatları beyində saxlamağı bacarmaq lazımdır, həmin məlumatların həcmi isə həqiqətən çox geniş miqyaslı olur.

Biznesin optimallaşdırılması ilə bağlı bir çox məsələlərin həll olunmasında da auditor xidmətləri yardım göstərə bilərlər. Belə ki, müəssisələr öz aktivlərinin idarə olunmasını auditorlara tapşıra bilərlər ki, bu da müəssisə rəhbərlərinin işini xeyli yüngülləşdirə bilər. Baxmayaraq ki, investisiyanın bu növü olduqca riskli sayılır, amma, bütün hallarda onun müsbət tərəfləri də az deyil.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Güzəştli kreditlərin verilməsi qaydaları

posted in: Xəbər | 0

Kredit Mütəxəssisi Kreditlərə Nəzarət VakansiyaAzərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydası təsdiq olunub və fondun nizamnaməsində dəyişikliklər edilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifələrini icra edən Samir Hümbətov yeni qaydaları, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək biznes kreditlərinə dövlət zəmanəti və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini şərh edib.

Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Bu mexanizmlərdən biri də daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, bununla da investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn: çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə qədər artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrasına möhlət verilməsidir. Fondun nizamnaməsində əlavə və dəyişikliklər edilərək fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb və təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunub. Bu layihələrdə qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinın genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, yeni veriləcək 500 milyon manat kredit portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil ediləcək. Yeni mexanizmlərin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi, iqtisadiyyatın real sektorunun inkişafı və iqtisadi artımın dəstəklənməsinə öz müsbət təsirini göstərməklə yanaşı, girov yetərsizliyi olan sahibkarların investisiya layihələrinin icrasında əhəmiyyətli rol oynayacaqdır.

Qeyd edilən mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan elektron kredit platforması vasitəsilə həyata keçiriləcəkdir. Hazırda elektron kredit platformasının hazırlanması işləri yekunlaşmaq üzrədir.

Nəzərdə tutulan daha bir yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdiriləcək. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunacaq. Bu məqsədlə 100 milyon manat vəsait nəzərdə tutulub: bunun 50 milyon manatı dövlət büdcəsinin hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun hesabına təmin ediləcəkdir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların yükünü azaltmaqla yanaşı, kredit təşkilatlarının likvidliyinin təmin olunmasına müsbət təsir edəcəkdir.

Ümumilikdə, qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına şərait yaradacaqdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun