Vergi və Əmək Məcəlləsində kiçik dəyişikliklər edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, İşsizlikdən sığorta əmək müqaviləsi nümunəsi Mühasibat uçotu İnzibati XətalarVergi və Əmək Məcələsində qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülən vəsatin dərəcəsində dəyişiklik edilmiş, həmçinin Vergi məcəlləsinin 22-1 maddəsində “müvafiq icra hakimiyyəti orqanı” və “orqan (qurum)” anlayışlarının izahı verilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci, 16-cı və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin  312-ci maddəsinin ikinci hissəsində “25” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin  22-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 22-1.1-ci maddə üzrə:

3.1.1. birinci cümlədə “Müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının” sözləri ilə, “orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, qalan hissəsi isə dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

3.1.2. ikinci cümlədə “vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı” sözləri “vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözü ilə əvəz edilsin;

3.2. 22-1.2-ci və 22-1.4-cü maddələrinin birinci cümlələrində hər iki halda “orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına” sözləri “orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə” sözləri ilə, “50” rəqəmləri “43” rəqəmləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

  1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 22-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

  1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri “22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində” sözləri ilə, “22-1.3-cü (hər üç halda), 23.1.15-4-cü maddələrində” sözləri “22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-1-ci, 1.1-2-ci, 1.1-3-cü, 1.1-4-cü, 1.1-5-ci və 1.1-6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1-1. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.1-2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.1-3. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.1-4. həmin Məcəllənin 22-1.2-ci və 22-1.4-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.1-5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.1-6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

2.3. 1.1-7-ci və 1.1-9-cu bəndlər ləğv edilsin.

  1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 avqust tarixli 814 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1396) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2019–2022-ci illər üçün – 93 faizi;

2.2. 2023-cü il və növbəti illər üçün – 43 faizi.”.

  1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1945) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Məcəllənin 22-1.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

4.2. 2.5-ci və 2.6-cı bəndlər ləğv edilsin.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bu qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minəcək. Sənədə aşağıdakı dəyişikliklər edilib.

1.1. 16.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş İnzibati Xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz.”.

1.2. 28.4.6-сı maddə aşağıdakı redaksiyada verilsin:

“28.4.6. hərbi qulluqçulara.”.

1.3. 30-cu maddə üzrə:

1.3.1. 30.1-ci maddədə “ayrı-ayrı növlərinə görə” sözlərindən sonra “üç gündən” sözləri əlavə edilsin;

1.3.2. 30.2-ci maddədə “həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları” sözləri “habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş İnzibati Xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular” sözləri ilə əvəz edilsin.

1.4. 31.4-cü maddədə “üçdə” sözü “dörddə” sözü ilə əvəz edilsin.

1.5. Aşağıdakı məzmunda 31.4-1-ci maddə əlavə edilsin:

“31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.”.

1.6. Aşağıdakı məzmunda 34-1-ci maddə əlavə edilsin:

“Maddə 34-1. İnzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə

Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.”.

1.7. 39.2-ci maddədə “227-ci maddəsində” sözləri “227, 232-1-ci və 351-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

1.8. 43-cü maddə üzrə:

1.8.1. 43.1-ci maddədə “197” rəqəmlərindən sonra “, 198.2, 198.3” rəqəmləri, “229,” rəqəmlərindən sonra “232-1,” rəqəmləri və “351,” rəqəmlərindən sonra “351-1,” rəqəmləri əlavə edilsin;

1.8.2. 43.4-cü maddədə “Bu Məcəllənin” sözlərindən sonra “610-618-ci maddələrində nəzərdə tutulmuş İnzibati Xətalar haqqında işlərə, habelə bu Məcəllənin” sözləri əlavə edilsin.

1.9. 53.0.10-cu maddədə “227-ci maddəsində nəzərdə tutulan” sözləri “Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.

1.10. 54-cü maddə üzrə:

1.10.1. 54.2-ci maddədə “və 606.1-ci” sözləri “, 606.1 və 610-618-ci” sözləri ilə əvəz edilsin;

1.10.2. 54.3-cü maddədə “qərardaddan” sözündən sonra “onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində” sözləri əlavə edilsin.

1.11. 88.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 88.1.7-ci maddə əlavə edilsin:

“88.1.7. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – hərbi xidmət əleyhinə olan inzibati xəta törədildikdə.”.

1.12. 89.4-cü maddədə “və ya 535-ci,” sözləri “, 535 və 610-618-ci” sözləri ilə əvəz edilsin.

1.13. Aşağıdakı məzmunda 99.3-1-ci maddə əlavə edilsin:

“99.3-1. Bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün zəruri məlumatları toplayaraq ərazi üzrə müvafiq hərbi prokurora göndərir.”.

1.14. 99.4.3-cü maddədə “qərardad” sözündən sonra “(qərar)” sözü əlavə edilsin.

1.15. 102.1-ci maddədə “qaydaları” sözündən sonra “, hərbi xidmət” sözləri, “227-ci,” sözlərindən sonra “232-1-ci, 351-1-ci,” sözləri əlavə edilsin.

1.16. 103.1-ci və 103.2-ci maddələrdə “prokurorun qərarı” sözləri “prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol” sözləri ilə əvəz edilsin.

1.17. 129.1.2, 130.1-ci və 130.2-ci maddələrdə “şikayət” sözündən sonra “və ya protest” sözləri əlavə edilsin.

1.18. 156-cı maddə üzrə:

1.18.1. 156.2-ci maddədə “tətbiq edilmiş şəxslər” sözü “tətbiq edilmiş bu Məcəllənin 610—618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər şəxslər isə” sözləri ilə əvəz edilsin;

1.18.2. 156.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“156.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir.”.

1.19. 198.0-cı maddə üzrə:

1.19.1. maddənin sanksiyasında “min manatdan iki” sözləri “beş yüz manatdan” sözləri ilə əvəz edilsin;

1.19.2. 198.0-cı, 198.0.1 – 198.0.10-cu maddələr müvafiq olaraq 198.1-ci, 198.1.1 – 198.1.10-cu maddələr hesab edilsin və aşağıdakı məzmunda 198.2-ci və 198.3-cü maddələr əlavə edilsin:

“198.2. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

198.3. Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.”.

1.20. Aşağıdakı məzmunda 215.4-cü maddə əlavə edilsin:

“215.4. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”.

1.21. Aşağıdakı məzmunda 232-1-ci maddə əlavə edilsin:

“Maddə 232-1. Əmlakı qəsdən məhv etmə və ya zədələmə

Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-

inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.”.

1.22. 262-ci maddənin “Qeyd” hissəsində “maddədə” sözü “Məcəllənin 262.3-cü maddəsində” sözləri ilə, “min manatadək olan” sözləri “beş min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin.

1.23. Aşağıdakı məzmunda 351-1-ci maddə əlavə edilsin:

“Maddə 351-1. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma

Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması —

inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl külli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”.

1.24. 398-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.

1.25. 420-ci maddənin “Qeyd” hissəsinin 2-ci bəndində “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.

1.26. 431-ci maddənin “Qeyd” hissəsində “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.

1.27. 449-cu maddənin “Qeyd” hissəsində “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.

1.28. 460-cı maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.

1.29. 479-cu maddə üzrə:

1.29.1. sanksiyada “altmış faizindən yüz” sözləri “qırx faizindən altmış” sözləri ilə əvəz edilsin;

1.29.2. “Qeyd” hissəsində “dörd” sözü “əlli” sözü ilə əvəz edilsin.

1.30. 480-ci, 481-ci və 482.1-ci maddələrin sanksiyasında “altmış faizindən yüz” sözləri “qırx faizindən altmış” sözləri ilə, 482.2-ci maddənin sanksiyasında “yüz” sözü “altmış” sözü ilə əvəz edilsin.

1.31. aşağıdakı məzmunda 41-ci fəsil əlavə edilsin:

“FƏSİL 41

Hərbi xidmət əleyhinə olan İnzibati Xətalar
Maddə 610. Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma

Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltma —

on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 611. Tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma

Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması —

on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 612. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma

612.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi —

on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

612.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə —

bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu Məcəllənin 612.1-ci maddəsində nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 612.2-ci maddəsində “az miqdar” dedikdə, yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Maddə 613. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə

613.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə —

on günədək müddətə inzibati həbs tətbiq olunur.

613.2. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —

iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

613.3. Bu Məcəllənin 613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

613.4. Bu Məcəllənin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 614. Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələmə

614.1. Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi—

on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

614.2. Silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və ya hərbi texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az miqdarda məhv etmə və ya zədələmə –

on beş gündən iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu Məcəllənin 614.1-ci maddəsində nəzərdə tutulmuş əməl mühüm zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 614.2-ci maddəsində “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Maddə 615. Silahla və yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma

Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurduqda —

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 616. Maşınları idarəetmə və istismar qaydalarını pozma

Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda –

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 617. Hərbi uçuş aparatlarının istismar qaydalarını pozma

617.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda —

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

617.2. Bu Məcəllənin 617.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 618. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma

618.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda —

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

618.2. Bu Məcəllənin 618.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi bu müddətədək təxirə salınıb

posted in: Vergi, Xəbər | 0

ödənilmiş vergilər, Valyuta, Şəxsi hesab vərəqəsi, Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamYeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması ilə əlaqədar Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul ilə bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Xidmətdən verilən məlumata görə, qeyd olunan məsələyə Xidmətin İnsan resursları Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, işə qəbul ilə bağlı müsabiqələr vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. 2020-ci ildə də dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib. Namizədlər martın 3-dən aprelin 3-nə qədər elektron ərizə vasitəsilə qeydiyyatdan keçiblər.

İlkin olaraq, müsabiqənin cari ilin aprel ayının sonunadək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə də müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.        

E. Süleymanov bildirib ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni iqtisadi zona yaradıldı

posted in: Xəbər | 0

iqtisadi zona, Miqrasiya, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb.

Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.

Nazirlər Kabineti yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görəcək. Torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etməlidir.


Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt azad iqtisadi zonası yaradılsın.

2. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu (bundan sonra – Azad Zona səlahiyyətli qurumu) yaradılsın.

3. Bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilsin.

4. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görsün;

5.2. bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, Azad Zona səlahiyyətli qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.

8. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 noyabr tarixli 861 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1709) 3–7-ci hissələri ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun