Vakansiya: Maliyyə analizi üzrə baş mütəxəssis.
İşəgötürən: Azersun Holding.
- Şəhər: Bakı
- Yaş: 18 – 18 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Əlaqədar şəxs: HR
- E-mail: cv@azersun.com / info@finstaff.az
- Əmək haqqı: Razılaşma əsasında.
Vakansiya barədə məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
- Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com / info@finstaff.az elektron ünvanına mövzu hissəsində vəzifənin adı Maliyyə analizi üzrə baş mütəxəssis qeyd etməklə göndərə bilərlər.
Mənbə: finstaff.az
Raifa
Hesablamalarıma göre axtarılan namized 8 yaşında ali mektebe qebul olarsa, 18 yasınadek teleb olunan tehsil seviyyesini ve iş stajını elde ede biler.