Məcburi sosial sığorta nədir?

posted in: Xəbər | 0

Sosial sığorta nədir?

Sosial sığorta sosial müavinət, sosial yardım sosial dəstək mərkəzləri ilə birgə dövlətin sosial müdafiə sisteminin əsasını təşkil edir ki, bu da öz növbəsində:

  • bioloji, sənaye, iqtisadi və s. səbəblərdən yaranan sosial risklərin qarşısını alır və minimuma endirir;
  • əhalinin maddi və sosial rifahının məqbul səviyyəsini təmin etmək məqsədi daşıyır;
  • ictimai sərvət kimi tanınır və müxtəlif səviyyəli büdcələr və sosial ayırmalar hesabına maliyyələşdirilir.

Azərbaycan Respublikasında məcburi sosial sığorta XX əsrin 90-cı illərinin əvvəlində, dövlət büdcədənkənar fondlarının maliyyələşdirilməsi sisteminin yaradılması ilə eyni vaxtda meydana çıxıb.

Hazırda respublikamızda bu sahədə münasibətlər “Sosial sığorta haqqında” AR qanunu ilə tənzimlənir. Qanun sosial sığortanın iki formasını tanıyır:

  • məcburi dövlət sığortası;
  • könüllü (əlavə) sığorta.

Məcburi dövlət sosial sığortası əmək müqaviləsi (kontraktı) üzrə işləyənləri əhatə edir. Yuxarıda qeyd edilən qanunda digər şəxslərin də məcburi dövlət sosial sığortasına cəlb olunma şərtləri əks olunub.

Sosial sığorta fondu

Dövlət məcburi sosial sığorta ilə könüllü sosial sığorta bir-birindən aşağıdakılarla fərqlənir:

  • onun maliyyə təminatı büdcədənkənar fondlara toplanmış sığorta haqları hesabına həyata keçirilir;
  • sığorta haqlarının həcmi ilə göstərilən sosial xidmətlərin həcmi arasında əlaqə mövcuddur (məsələn, pensiya təminat halları);
  • özündə eyni zamanda səmərəlilik, risklərin birləşdirilməsi və kollektiv həmrəylik prinsiplərini birləşdirir.

Sosial sığorta haqları fəaliyyəti qanunvericiliklə tənzimlənən fondlarda toplanır.

Dövlət Sosial Sığorta Fondu Azərbaycan Respublikasının büdcədənkənar fondları sistemində ən mühümdür. Fond sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanların müəyyən xərclərinin dövlət tərəfindən qarşılanması üçün yaradılıb. Belə sığorta hadisələrinin siyahısı yuxarıda qeyd edilən Qanunun 4-cü maddəsində təsbit olunub. Pensiya yaşına çatmaq, əlillik, xəstəlik, hamiləlik və doğum uşağın anadan olması, uşağa qulluq, ölüm belə hadisələrdəndir.

Məcburi dövlət sosial sığorta haqqı

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən olunur, bir hissəsi sığortaedənin, digər hissəsi isə sığortaolunanın vəsaitindən ödənir.

Muzdlu işdən əldə edilən gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı:

  • sığortaedənin ödədiyi hissə – əməyin ödənişi fonduna və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərə – 22%:
  • sığortaolunan tərəfindən ödənilən hissə – işçinin əməkhaqqısına və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinə 3 faiz tətbiq olunmaqla hesablanır.

Bu zaman nəzərə almaq lazımdır ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işdən 01.01.2019-cu il tarixdən aşağıdakı dərəcələr tətbiq edilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir Sosial sığorta haqqı dərəcəsi
Cəmi İşçinin gəlirindən tutulan İşəgötürənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan 200 manatdan 8000 manatadək 25 faiz 6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi 44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi
8000 manatdan çox olduqda 21 faiz 786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi 1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

Muzdlu işə aid olmayan gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı “Sosial sığorta haqqında” Qanunun 14.5 maddəsi ilə müəyyən olunub.

Sosial sığorta haqları hesabına ödəmələr

Sığorta hadisəsi baş verdikdə xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərə (sığortaolunana) qanunvericilikdə müəyyən edilmiş pul ödənişləri verilir. Belə ödənişlərə pensiya, pensiyaya əlavələr, sosial müavinətlər və digərləri aiddir. Ödəniş dövlətin məsul etdiyi qurumlar, o cümlədən işçinin əmək müqaviləsi bağlayaraq işlədiyi müəssisə və təşkilatlar tərəfindən, aylıq yaxud birdəfəlik qaydada həyata keçirilir.

Sosial müavinətlər formasında ödənilən vəsait onu alan şəxsin:

  • ixtisasından;
  • görülən işin mürəkkəbliyindən;
  • keyfiyyət və kəmiyyət göstəricilərindən;
  • işin görülmə şərtlərindən asılı deyil.

Sığortaolunanların hüquqları sosial təminat və habelə əmək qanunvericiliyi çərçivəsində təmin edilir.

Müavinətlərin təyini, hesablanması və verilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi Əsasnamə əsasında aparılır.

Məzuniyyət vaxtı orta əməkhaqqını ödəmək üçün vəsaitin mənbələri

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

posted in: Xəbər | 0

İşdənçıxarma müavinəti nədir?

İşdənçıxarma müavinəti işçidən asılı olmayan səbəblərdən əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən ödənilən pul müavinətidir. Müavinətin məbləği işçinin əmək stajından və onun işdən çıxarılması səbəbindən asılıdır. Əmək müqaviləsinə xitam verilmiş işçilərin təminatları AR Əmək Məcəlləsinin 77-ci maddəsi ilə tənzimlənir. Müavinətin hesablanması ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqı nəzərə alınmaqla, Məcəllənin 177-ci maddəsinə uyğun olaraq hesablanır.

İşdənçıxarma müavinəti kimlərə verilir?

İşdənçıxma müavinəti aşağıdakı hallarda verilir:

  • müəssisənin ləğvinə görə əmək müqaviləsinin xitamı zamanı;
  • ixtisarlar zamanı;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinin xitamı;
  • işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
  • əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı, məcəllənin 63-2 maddəsi nəzərə alınmaqla.

İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinin xitamı zamanı, vərəsələrə dəfn üçün müavinət ödənir.

İşdənçıxarma müavinəti necə təyin olunur?

Müəssisə ləğv olunduqda və ixtisarlar zamanı işçiyə işdənçıxma müavinəti aşağıdakı məbləğdə ödənilir (Əmək Məcəlləsi, maddə 77):

  • bir ilədək iş stajı – orta aylıq qazanc məbləğində;
  • bir ildən 5 ilədək iş stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
  • iş stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
  • 10 ildən artıq iş stajı – orta aylıq əməkhaqqının azı iki misli.

Bu hallarda işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti müəyyən edilir:

  • əmək şəraiti dəyişdikdə;
  • əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirdikdə.

Orta aylıq əməkhaqqının ən azı üç misli miqdarında müavinət aşağıdakı hallarda təyin olunur:

  • müəssisənin mülkiyyətçisinin dəyişilməsi ilə əlaqədar əmək müqaviləsinin xitamı;
  • işçi hərbi xidmətə çağırıldıqda;
  • işçinin vəfatı zamanı, onun vərəsələrinə.

İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalı, işçi öncədən xəbərdar edilməlidir.

İşçi necə xəbərdar edilir?

Müəssisə və təşkilatlarda işçilərin sayı azaldıqda və ya  ştatlar ixtisar edildikdə, işçi işəgötürən tərəfindən aşağıdakı müddətlərdə rəsmi məlumatlandırılmalıdır:

  • bir ilə qədər iş stajı – ən azı 2 təqvim həftəsi;
  • bir ildən 5 ilədək iş stajı – 4 təqvim həftəsindən az olmayaraq;
  • 5 ildən 10 ilə qədər iş stajı – 6 təqvim həftəsindən az olmayaraq;
  • 10 ildən çox iş stajı – 9 təqvim həftəsindən az olmayaraq.

Əgər işçi sınaq müddətində olarsa, tərəflərdən biri digər tərəfi üç gün əvvəl yazılı şəkildə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində işçi məşğulluq mərkəzinə, başqa işəgötürənlərə iş üçün müraciət edə bilər. Buna görə də  işçiyə hər iş həftəsində əməkhaqqı saxlanmaq şərtilə ən azı bir gün işdən azad olunaraq iş axtarmasına imkan yaradılmalıdır.

Müavinət necə hesablanır?

Bunu nümunə əsasında izah edək (mənbə: ”Vergilər” onlayn qəzet). İşəgötürən ştatların ləğvi ilə bağlı dörd işçinin əmək müqaviləsinə xitam verməyə hazırlaşır. Onların hər birinin orta əməkhaqqısı eynidir – 450 manat, iş stajları isə fərqlənir. Onlara qanunvericiliyə uyğun qaydada rəsmi xəbərdarlıq verilib. Hər bir işçi üçün hesablanacaq işdənçıxarma müavinəti ən azı əmək stajlarına uyğun olaraq aşağıdakı kimi olacaq:

  • bir ilədək əmək stajı  – 450 manat;
  • bir ildən beş ilədək əmək stajı: – 630 manat (450 x 1,4)
  • beş ildən on ilədək əmək stajı olan işçi – 765 manat (450 x 1,7)
  • on ildən çox əmək stajı olan işçi – 900 manat (450 manat x 2).

Xəbərdarlıq müddəti pul ödənişi ilə əvəz edilə bilərmi?

Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi buna icazə verir. Belə ki,

  • azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli;
  • azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli;
  • azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli;
  • azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında pul təzminatı ödənilə bilər.

İşdənçıxarma müavinətinin ödənilməsi üçün əsas əmək müqaviləsinin xitamı əmridir. Əmək kitabçasında uyğun qeydlər aparılmaqla vəsait hesablanır, nağd şəkildə verilir və ya işçinin bank kartına köçürülür.

Müavinətlər

Tibbi arayış tələb olunan peşələrin siyahısı yenilənəcək

posted in: Xəbər | 0

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu müddət ərzində “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”ndə narkoloji xəstələr üçün məhdudiyyətin müddətinin müvafiq peşə növləri və vəzifələr üzrə təkmilləşdirilməsinə dair də zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mənbə: banker.az

Balıq məhsullarına tətbiq olunan ƏDV hesablanmasında yeni qaydalar

Balıq məhsullarına tətbiq olunan ƏDV hesablanmasında yeni qaydalar

posted in: Xəbər | 0

2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər biri də balıq və balıq məhsullarının satışı zamanı ƏDV-nin hesablanması ilə bağlıdır. Yeniliyi “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə qrup rəhbəri Təbriz Məmmədli şərh edir.

2026-cı ildən balıq və balıq məhsulları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti kimi qəbul olunur. Eyni zamanda, kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ƏDV üzrə müəyyən güzəşt fürsətləri yaradır.

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib. Balıqçılıq fəaliyyəti də 2026-cı ildən kənd təsərrüfatı fəaliyyətinə aid edildiyi üçün həmin istehsalçılar tərəfindən istehsal olunan balıq məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.

Misal 1

“Farel” MMC balıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektidir. Müəssisənin istehsal etdiyi balıq məhsullarının satışı üzrə 2025-ci ildə 10.000 manat, 2026-cı ildə isə 20.000 manat dövriyyəsi olub. Qeyd olunan illər üzrə ƏDV məbləğini hesablayaq:

2025-ci il üzrə: 10.000 x 18% = 1.800 manat;
2026-cı il üzrə: ƏDV-dən azaddır.

Vergi Məcəlləsində edilmiş dəyişikiliklərlə vergi güzəştlərindən biri də Məcəllənin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Balıq məhsullarının satışı zamanı ƏDV satış qiymətindən deyil, ticarət əlavəsindən, yəni satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanacaq.

Lakin bir məqamı unutmayaq ki, qeyd edilən güzəşt kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və həmin bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı isə müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda tətbiq edilir. Məhsulların alışı və ya satışı bu qaydada rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Misal 2

“Çupra” MMC balıq məhsullarının topdan satışı ilə məşğul olan təsərrüfat subyektidir. 2026-cı ilin yanvar ayı ərzində 10.000 manat dəyərində balıq məhsullarını elektron qaimə-faktura əsasında digər təsərrüfat subyektindən əldə edərək 12.000 manata elektron qaimə-faktura əsasında alıcıya satıb. Bu zaman yanvar ayı üzrə ƏDV aşağıdakı qaydada hesablanacaq:

Ticarət əlavəsi – 12.000 – 10.000 = 2.000 manat;
ƏDV məbləği – 2.000 x 18% = 360 manat.

Lakin alış və ya satış qüvvədə olan qanunvericiliyə uyğun aparılmadığı halda, ƏDV aşağıdakı qaydada hesablanacaq:
ƏDV = 12.000 x 18% = 2.160 manat.

Mənbə: vergiler.az

Sığorta haqqına uyğun müavinət, proaktiv təyinat, yeni məbləğlər

1 10 11 12 13 14 15 16 2. 699