Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək

posted in: Xəbər | 0

Milli Məclisin 2 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Təklif edilən yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə:

– əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

– əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

– müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslər İlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

– müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

– əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

– işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Bundan əlavə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III (sonuncu) oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu

posted in: Xəbər | 0

Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Kapital Bank nağd pul krediti məhsulunun daha sərfəli və əlçatan olması üçün növbəti kampaniyaya start verib. Belə ki, Bank gündəlik tələbat krediti üzrə nağdlaşdırma komissiyasını 0% endirib. Aksiya çərçivəsində nağd pul krediti üçün onlayn qaydada (www.birkart.az, www.kapitalbank.az, 8196-ya SMS, BirBank və s.) müraciət edən müştərilərdən nağdlaşdırma komissiyası tutulmayacaq. Aksiya 30 iyun 2020-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, son iş yerində stajı minimum 3 ay olan, rəsmi gəliri olanlar, Kapital Bank-dan 300 – 20 000 manat aralığında olan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib köməkçisi – Resant Group

posted in: Vakansiya, Xəbər | 0

Mühasib tələb olunur, Baş Mühasib köməkçisi, vakansiya,Vakansiya: Baş Mühasib köməkçisi tələb olunur.

İşəgötürən: Resant Group.

Vakansiya barədə məlumat:
  • Mühasibatlıq, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatlar
  • Sənədlərlə işləmə bacarığı
  • Vergi orqanları ilə yazışmalar
  • E-qaimə fakturaları işləmə bacarığı
  • EHP-da işləmə bacarığı
  • Baş mühasibin verdiyi tapşırıqların icrası

İş Şərtləri:

  • İş vaxtı: həftədə 5 gün;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
  • Əmək haqqı: 700-900 AZN

Namizədə tələblər

  • Təhsil-Ali (iqtisadiyyat, maliyyə, mühasibatlıq)
  • Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
  • E-qaimə fakturalarının, VHF yazılması, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı
  • MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı
  • Aylıq hesabatlara ciddi riayət
  • Məsuliyyətli və aktiv olmaq, kollektivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmaq
  • Yalnız xanım namizədlər müraciət edə bilər
  • Qeyd olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi
Maraqlanan namizədlər mövzu yerində Baş Mühasib köməkçisi yazmaqla öz CV-lərini / ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-dən azad olunan idxal məhsullarının yeni siyahısı hazırlanacaq

posted in: Vergi, Xəbər | 0

ƏDV-dən azad olunan idxal məhsullarının yeni siyahısı hazırlanacaq

ƏDV-nin qaytarılması, Əvəzləşdirilən ƏDV, ƏDV hesablanması, Əvəzləşdirilməyən ƏDV EDVPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanla müəyyən edilir:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 224.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 13.2.84-cü, 165.1.9-cu, 222.5.9-cu, 222.7-ci və 224.11-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 222.3-cü maddəsinin ikinci cümləsində və 225.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə uyğun olaraq, malların ixrac qeydi ilə satışı qaydasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Məcəllənin 224.4-cü maddəsinə uyğun olaraq, əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun