Şirkətdə əməkdaşlar bir-birinin maaşını bilməlidirlərmi?

posted in: Məqalə, Xəbər | 0

Əminəm ki, bu suallar zaman – zaman bir çoxumuzu maraqlandırıb və bu mövzu ilə bağlı hər kəs müxtəlif fikirlərə sahibdir. Bir çox şirkətlər əmək haqqı məlumatlarının şirkət daxili gizli saxlanılması ilə bağlı sərt qaydalar tətbiq edirlər.

Yəni bir işçinin maaşı haqqında məlumatı digər işçilər ilə bölüşməsinə icazə verilmir və maaş məlumatlarına çox az sayda əməkdaşın çıxışı olur (baxmayaraq ki bunun qarşısını tam olmaq yenə də mümkün olmur, işçilər bəzən öz aralarında bu məlumatları bölüşürlər). Şirkətlər də var ki bu mövzu ilə bağlı hansısa qaydalar tətbiq etmirlər.

Fikrimcə burda tək bir yol izləmək çətindir və fikirlər müxtəlifdir. Hər yanaşmanın öz mənfi və müsbət tərəfləri vardır. Lakin təcrübədə qarşılaşdığım hal o olub ki, işçilər bir çox hallarda öz gördüyü işləri və əmək haqlarını digərləri ilə müqayisə edirlər.

Heç kəs öz gördüyü işi və nəticəsini başqasının gördüyü işdən və nəticədən aşağı qəbul etmir və öz əmək haqqını hər zaman özü ilə oxşar işləri görən digər şəxslər ilə müqayisə edir. Oxşar işləri görən digər əməkdaş ondan cüzi də olsa artıq əmək haqqı alırsa, bu halda bu hal işçilər arasında narazılıq və demotivasiya yaradır.

Düşünün ki, siz iş axtarırsınız, əmək haqqı gözləntiniz aylıq 1000 AZN-dir. Bir müddət sonra siz o arzusunda olduğunuz işi tapırsınız. Daha sonra öyrənirsiniz ki, sizinlə eyni vəzifədə olan, oxşar işləri görən bir neçə əməkdaş 1200 AZN əmək haqqı alır. Bu zaman müqayisə edirsiniz və baxmayaraq ki, gözlədiyiniz əmək haqqı məbləğinə uyğun iş tapmısınız, yenə də oxşar işləri görən digər əməkdaşların sizdən daha çox əmək haqqı alması faktı sizi narahat edir. Həvəsdən düşürsünüz və düşünürsünüz ki, sizə qarşı ədalətsizlik edilib.

Bununla bağlı uzun-uzun müzakirələrin getdiyinin, konfliktlərin və narazılıqların dəfələrlə şahidi olmuşam.

Dyuk Universiteti professoru, Davranış İqtisadçısı (Behaviroal Economist) Dan Ariely bu mövzuyla bağlı öz kitabında belə izah edir:

Böyük bir investisiya şirkətinin rəhbəri ilə görüş zamanı O bildirmişdi ki, bir dəfə əməkdaşlarından biri öz əmək haqqı məbləğinin az olması ilə bağlı ona şikayət etməyə gəlmişdi və O həmin əməkdaşa nə qədər müddətdir ki, şirkətdə çalışdığını soruşduqda, işçi bildirmişdi ki, universiteti bitirdiyi vaxtdan, toplamda 3 ildir, burada çalışır. Növbəti sualı isə, bura gələrkən 3 il ərzində nə qədər məbləğ əmək haqqı almaq səni qane edirdi? İşçi isə cavabında təqribən 100 000 $ deyib. Bəs sən nə qədər əmək haqqı almısan? 300 000 $.

Bəs o zaman nədir şikayətin? İşçinin cavabı isə belə olub. Yanımda çalışan məndən heç də daha ağıllı olmayan bir neçə əməkdaş 310 000 $ qazanıb.

İnsanlar özlərini başqalarından daha yüksək qiymətləndirir

Oxuduğum məqalələrin birində Avstraliyada şirkət əməkdaşları arasında keçirilən bir sorğunun nəticələri ilə qarşılaşmışdım. Sorğuda iştirak edən işçilərin 86 %-i, özlərinin digər oxşar işləri görən işçilərdən daha yaxşı nəticə ortaya qoyduğunu iddia etmişdilər.

Xatırlayıram əvvəllər şirkətlərin birində belə bir qiymətləndirmə aparmışdım. Şirkətdə işçilər müəyyən kriteriyalar üzrə özlərini qiymətləndirmişdi (1 və 5 aralığında, pisdən yaxşıya doğru). Daha sonra isə eyni kriteriyalar üzrə rəhbərləri onları qiymətləndirmişdi. Cavablar çox təəccübləndirici idi.

Bəzi hallarda rəhbərin işçisinə bəzi kriteriyalar üzrə 2-3 olaraq verdiyi qiymətlərin əksinə, həmin işçi eyni kriteriya üzrə özünü 4-5 və bəzən isə bütün kriteriyalar üzrə 5 olaraq qiymətləndirmişdi.

Ümumi ortalamada bütün şöbələr üzrə işçilərin özlərinə verdiyi qiymətlər, rəhbərlərin həmin kriteriyalar üzrə onlara verdiyi qiymətlərdən daha yuxarı çıxmışdı.

İnsanlar çalışıb yaxşı nəticələr ortaya qoyduqda, əsasən səbəb kimi özlərinin ağıllı və çalışqan olduqlarını göstərirlər. Nəticələr pis olduqda isə bunun onların günahı ucbatından olmadığını bildirirlər. Bəhanələr tapmağa çalışırlar. Bəzən başqalarını günahlandırırlar. Eyni zamanda oxşar hallar ilə insanlar komanda şəklində çalışdığı hallarda da qarşılaşmaq mümkündür.

Komanda yaxşı nəticələr əldə etdikdə, hər kəs burda özünün böyük səyi və rolu olduğunu düşünür. Amma komandanın işinin nəticəsi pis olduqda heç kim özünü günahlandırmaq istəmir və digər komanda üzvlərini mühakimə etməyə başlayır və ya xarici digər faktorları səbəb kimi göstərir.

Bir misal ilə izah edim, şirkətdə çalışan satış təmsilçisi hər ay yaxşı satış edir və satış hədəflərinə çatır və hər zaman bunu öz səylərinin nəticəsi kimi izah edir. Amma müəyyən aylarda nəticələr aşağı olduqda bəhanələr gətirir, səbəb kimi xarici faktorları, iqtisadi vəziyyətin pisləşməsini və sair səbəblər göstərərək izah edir. Çox zaman problemi özündə axtarmır. Əminəm oxşar hallar ilə bir çoxumuz qarşılaşmışıq.

Gəlin çalışaq müqayisə etmək əvəzinə və ya başqalarını günahlandırmaq əvəzinə (çünki bu hər zaman məsələni həll etmir hətta daha da pisləşdirir) bir az da bunun həllini başqa yerlərdə axtaraq. Əlbət ki, müəyyən vaxtlar insanlar iş yerlərində müəyyən ədalətsizliklər ilə qarşılaşır. Bu qaçılmaz haldır. Amma hər zaman başqalarını günahlandırmaq doğru deyil. Yeri gəldikdə özümüzü tənqid (self-criticism) etməyi bacarmalıyıq. Bəlkə elə şeylər var ki, özümüzü dəyişdirmək ilə əldə edə bilərik.

Aldığımız əmək haqqını və ya işimizin nəticəsini digərləri ilə müqayisə etmək əvəzinə, özümüzə baxaq və öz sahəmiz ilə, yanaşmamız, xarakterimiz və ya davranışımız ilə bağlı nələri dəyişə və ya inkişaf elətdirə bilərik, bunlara nəzər yetirək. Bəlkə də ondan sonra məmnun olmadığımız bir çox məsələlər həllini tapacaqdır.

Digər məsələ isə, özümüzü müqayisə etdiyimiz iş yoldaşımızın qatdığı dəyərə, rəhbərimiz olan şəxsin gözü ilə baxmaq lazımdır. Bu çox önəmlidir. Biz bəzən buna baxmırıq. Filankəs nə iş görür ki, bu qədər əmək haqqı alır, sualını verən çox şəxs görmüşəm. O işçinin şirkətə qatdığı dəyərə onun rəhbərinin gözündən baxmaq lazımdır.

Əgər mən düşünürəmsə mən hamıdan yaxşıyam və ağıllıyam və düşünürəmsə mənim bütün uğursuzluqlarımın arxasında bəhanələr və ya kimlərinsə səhvləri dayanır, o zaman mənim özümü inkişaf elətdirməyim və vəziyyəti düzəltməyim heç zaman mümkün olmayacaqdır. Buna görə də çalışıb məsələlərə hərtərəfli baxmaq lazımdır.

Amma unutmamaq lazımdır ki, hər şeyi limitində etmək, balans saxlamağı bacarmaq da lazımdır. Yəni baş verən hər pis şeydə özünü günahlandırmaq və ya başqalarını özündən daha üstün görmək isə bir xəstəlikdir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Naxçıvanda Maliyyə Nazirliyi mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələr üçün videotəlim keçib

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Naxçıvanda Maliyyə Nazirliyi mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələr üçün videotəlim keçib

Tədris planına uyğun olaraq muxtar respublikanın Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə videogörüşü təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən Naxçıvan bürosuna bildirilib ki, görüşdə Naxçıvan Dövlət Texniki Kollecinin mühasibat uçotu ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri iştirak edib.

Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının mühasibat uçotunun beynəlxalq standartlarına uyğun hazırlanması” mövzusunda videotəlim keçib.

Videotəlimdə mühasibat uçotunda hesab anlayışı, müxabirləşmələr, büdcə təşkilatları üçün hesablar planının tətbiqi, maliyyə hesabatlarının formaları və tərtib edilməsi barədə tələbələrə elektron materiallar əsasında ətraflı məlumat verilib.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Winter Park Hotel Baku

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib, Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Winter Park Hotel Baku.

Əmək haqqı: 1300 – 1500 AZN.

Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq) hazırlanması və təqdim edilməsi

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– Əmək haqqının hesablanması

– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi

– E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi

– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək, 6cı gün 09:00-dan 15:00-dək.

– İstirahət günləri bazar günü

Mühasib üçün tələblər

– Ali təhsil ( Qeyd olunan sahə üzrə İxtisas)

– Azərbaycan dilində mükəmməl danışıq bacarığı, Rus və İngilis dillərində danışıq arzuolunandır.

– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)

– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi

– Kollektiv ilə işləmə bacarığı

– Əmək haqqı: 1300-1500 AZN

Xahiş edirik, mövzu hissəsində Mühasib yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) / ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu ödəmələr “ASAN Ödəniş” Sisteminə inteqrasiya edilib

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə görülən kompleks tədbirlər çərçivəsində icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun və icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub. 

Bu barədə Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında bildirilib.

Ədliyyə Nazirliyi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda tətbiq olunan bu yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment, kredit, cərimə və digər ödənişləri “ASAN ödəniş” və “Elektron hökumət” portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.

Qeyd edilib ki, hər hansı səbəbdən nağdsız ödəniş etmək imkanı olmayan vətəndaşlar üçün respublikanın bütün bölgələrini əhatə edən “E-Manat”, “Milli Ön” və “ASAN ödəniş” terminalları vasitəsilə yaşayış yerindən uzaqlaşmadan borc və icra ödənişlərinin nağd şəkildə də həyata keçirilməsi üçün şərait yaradılıb: “Bundan əlavə, borca görə ölkədən getmək hüququna məhdudiyyət qoyulmuş şəxslər nağdsız qaydada və ya terminallar vasitəsilə icra üzrə borcunu ödədiyi təqdirdə həmin məhdudiyyət avtomatik aradan qaldırılır və müvafiq məlumat real vaxt rejimində Dövlət Sərhəd Xidmətinə ötürülür. Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir”.


Bax: “Nizamnamə kapitalının məbləği qanunvericiliklə tənzimlənməlidir”


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun