Rusiya və ABŞ-ın neft anbarları nə qədər neft tutur?

posted in: Xəbər | 0

Rusiya və ABŞ-ın neft anbarları nə qədər neft tutur?

Neft hasilatının kəskin şəkildə aşağı düşdüyü bir şəraitdə Rusiyanın neft hasilatının azalması ilə bağlı öz üzərinə götürdüyü öhdəlik neft şirkətlərinə ciddi zərbə vuracaq. Əgər hələ sovet vaxtından işləyən və tükənməkdə olan quyular dayandırılsa, onların bir çoxunu onları yenidən işə salmaq mümkün olmayacaq. Lakin neft hasilatını azaltmaq mütləqdirmi? Neft satışını azaldıb, onun ehtiyatını artırmaqla, artıq nefti borulara, dəmiryol sisternlərinə və digər anbarlara vurmaq olmazmı? Hazırda Rusiyada neft saxlamaq üçün nə qədər sərbəst yer qalıb? Sərbəst yerlər digər ölkələrdəkindən çoxdur və ya azdır?

“Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev:

Kobud dəyərləndirmələrə görə Rusiyanın bütün neft anbarları 85-87 mln ton neft saxlanılmasına hesablanıb. Bunlar, anbarlar və “Transneft”in boru kəmərləri, dəmiryolu sisternləri və digər saxlanc yerləridir. Aprel ayının sonuna həmin anbarlarda yalnız 9-12 mln ton neft üçün yer olub. Bu gücü artırmaqla, daha çox neft saxlamaq və daha az nəql etmək mümkün deyil. Əks təqdirdə boru kəmərlərinin və dəmir yollarının ötürücülük qabiliyyəti pozulacaq.

Özü də bu zaman nəzərə almaq lazımdır ki, Rusiya may ayında neft hasilatını kondensat nəzərə alınmadan 7,5 mln ton azaltmalıdır. Əgər bütün bu həcm real ixtisar əvəzinə anbarlara yönəldilərsə, belədə anbarlarda sərbəst yer iyun ayında başa çatacaq. Növbəti aylarda isə belə bir əməliyyatı artıq yerinə yetirmək mümkün olmayacaq və bundan neft sənayesi uduşda olmayacaq/ Hətta əksinə bu həcmdə neftin uzun müddət saxlanılması üçün nəzərdə tutulmayan bu proses texnoloji çətinliklər üzündən itkilərlə üzləşəcəkdir.

ABŞ-ın dövlət neft ehtiyatı və özəl şirkətlərin anbarları 200 mln ton neft saxlanılmasına hesablanıb. Hazırda həmin anbarlarda ən çoxu 30-40 milyon tonluq sərbəst yer qalıb ki, o da sürətlə azalmaqdadır. Səudiyyə Ərəbistanında isə 20 milyon tonluq sərbəst yerin qalması barədə məlumat var. Əgər hasilat azaldılmasa, həmin anbarlar da çox tezliklə ağzına kimi dolacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük rəsmiləşdirilməsində yeni kodlar yaradılacaq

posted in: Xəbər | 0

İdxal-ixrac əməliyyatları, sənədləşməDövlət Gömrük Komitəsində (DGK) “Gömrük rəsmiləşdirilməsi təkmilləşdirilməsi üzrə Konsepsiya”nın icra vəziyyəti ilə bağlı onlayn iclas keçirilib.

Bu barədə DGK-dan məlumat verilib.

DGK sədri Səfər Mehdiyevin konsepsiyanın icrasının sürətləndirilməsinə dair tapşırığına əsasən keçirilən iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak edib.

İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, tranzit imkanlarının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, gömrük sistemində şəffaf mühitin yaradılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə şərait yaradıb.

Gömrük orqanlarının dövlət başçısının həyata keçirdiyi islahatların uğurla reallaşdırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan yeniliklər, innovativ layihələr hazırlayıb həyata keçirdiyini diqqətə çatdıran İsmayıl Hüseynov “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın tətbiqi ilə gömrük sistemində mühüm təkmilləşdirilmələrin aparılacağına əminliyini ifadə edib.

O da bildirilib ki, konsepsiyanın tətbiqi vətəndaş-məmur təmasının tam aradan qaldırılmasına, elektron xidmətlərin sayının artmasına, gömrük əməliyyatlarının daha çevik və effektiv şəkildə reallaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.

Sonra “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın müddəaları üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, yeni konsepsiyaya əsasən xarici ticarət iştirakçısının “Vahid Uçot və Balans sistemi”nin formalaşdırılması, eyni zamanda gömrük tariflərinin tənzimlənməsi və gömrük dəyərləndirilməsində subyektiv amillərə yol verilməməsi məqsədilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında əks olunan təfsilatlı kodlaşdırılma sisteminin yaradılaraq tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda yeni sənəddə əks olunan gömrük təmsilçiliyi sistemində təkmilləşdirilmələrin aparılması, gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin sayının minimuma endirilməsi, xarici ticarət iştirakçısının “Şəxsi Kabinet”inin yenidən qurulması, elektron xidmətlərin çeşidi və sayının daha da artırılmasına dair müddəalar ətraflı müzakirə olunub.

Həmçinin yeni konsepsiyaya əsasən gömrük bəyannaməsinin emalı prosesində qərar qəbul edilməsi mexanizminin tam avtomatlaşdırılması, gömrük dəyəri ilə bağlı məsələlərin gömrük orqanına gəlmədən elektron qaydada həll edilməsi və sahibkarların məmnuniyyətinin təmin olunması məqsədilə digər yeniliklərin tətbiqi nəzərdə tutulur.

Sonda İ.Hüseynov DGK sədrinin tapşırıq və tövsiyələrinə əsasən müzakirələrdə səsləndirilən təklif və rəylər də nəzərə alınmaqla yeni konsepsiyanın qısa zamanda tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətinə 3 müavin təyin edilib

posted in: Vergi, Xəbər | 0

səlahiyyət, vergi, Gəlir, Sadələşdirilmiş vergi,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

İqtisadiyyat Nazirliyi üzrə

Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 39 yaşı vardır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 45 yaşı vardır.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinərəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 41 yaşı var.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun