Bu sahələr üzrə vergi hesabatlarının vaxtı bir daha uzadıldı

posted in: Xəbər | 0

Bu sahələr üzrə vergi hesabatlarının vaxtı bir daha uzadıldı

vergi hesabatlarıXüsusi karantin rejimi ilə əlaqədar vergi hesabatlarının təqdim edilməsi müddətləri barədə

Məlum olduğu kimi, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Bununla belə, ölkə ərazisində regionlardan asılı olaraq bəzi fəaliyyət sahələri üzrə məhdudiyyətlər aradan qaldırılmış, bəzi fəaliyyət sahələri üzrə isə saxlanılmışdır.

Buna əsasən, xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart – 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

1. Fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə  vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 5 may 2020-ci il.

2. Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 31 may 2020-ci il.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (II hissə)

posted in: muhasibat, Xəbər | 0

ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqMühasib keçmişdə və gələcəkdə (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun.

Elm lazımdır

Yaxşı və layiqli bir insandan ötrü elm, ilk növbədə, xoş bir vaxt keçirməkdir. Bir mühasib praktik üçün buna inanmaq çox çətindir. O hesab edir ki, əgər elm varsa, o, insanlara kömək etməyə borcludur.

Əgər bu yardım yoxdursa, onda elm də yoxdur. Bəzi elm adamları da həyat üçün nəsə zəruri olanı, məsələn, hansısa məqalə üçün xərcləri iki məqalədən ötrü bölüşdürmək, şəffaflıq və sadəlik üçün iki məqaləni bir məqaləyə çevirmək, bir kağız vərəqi necə tərtib etmək və ya mühasibləri necə düzgün mükafatlandırmağı təklif etmək lazım olması üzərində fikirləşərək, belə düşünürlər ki, bunun özü də düzgündür. Belə mütəxəssislər istehzalı məsləhət ruhunda düşünürlər: “Bizim vücudumuz üçün həssas olanlar deyilənə görə həqiqətdir”. Əgər insan həssas faydanı hiss etmirsə, onda bütün nəzəriyyəçilərə hökm çıxardılar: “Onlar hər şeyi icad edirlər və özləri isə ƏDV-ni hesablaya bilmirlər”. Bunu ali məktəblərdə işləməyənlər deyirlər, professorlar və namizədlər isə söylənilənlərlə razılaşırlar və həmişə “şəffaflıq” üçün nələrisə əlavə etməyi və uçotu çətinləşdirməyi təklif edirlər. Bütün bunlar isə “nəzəriyyə” ilə əsaslandırılır. Lakin həyat müxtəlif və ziddiyyətlidir və həqiqətən elmi nəzəriyyələr həmişə təsviri və didaktik imkanları ilə məhdudlaşır.

Üstəlik, elm həmişə bir məqsəd qoymalı və buna nail olmaq üçün bütün mümkün variantları müəyyənləşdirməlidir. Onlar çoxluq təşkil edirlər və bir qayda olaraq bərabər dəyərlidirlər. Öz işlərimdə mən həmişə məhz belə edirdim, sadəcə variantları hesablayırdım, lakin həmkarlarımın əksəriyyəti bunu başa düşməyərək, daim eyni sualı verirdilər: “Siz hansı variantı, hansı qərarı dəstəkləyirsiniz?”

Mən bunu başa düşmürəm, məndən ötrü qiymətli olan odur ki, bir çox həllər var və bir qayda olaraq, hamısı kompleks dəyərlidir. Buna ən yaxşı nümunə kimi bunu söyləmək olar: siz soruşun ki, otuz cildlik ensiklopediyanın hansı daha vacibdir və tövsiyə olunmalıdır. Məndən və elmlə məşğul olan hər şəxsdən ötrü məlumdur ki, əgər bir cild belə yoxdursa, onda həmin ensiklopediyanın özü də yoxdur. Elm ideyalarını unudanlar pis davranırlar, mükafatların paylanmasını tələb etməyə başlayırlar: baxın, guya, iyirmi variant var, onlardan on doqquzu pisdir, biri də yaxşıdır. Əslində isə hər bir cild həm yaxşı və həm də pisdir. Yalnız praktik həyat yaşayan şəxs seçim etməyə məcburdur. Xoşbəxtlikdən elm adamlarına bunu etmək lazım deyil, lakin praktik adamlardan ötrü kriteriyalar zəruridir: yəni, elm nədir və elm olmayan nədir.

Müdrik mühasiblər yaxşı bilirlər ki, K. Popper (1902-1994) tərəfindən tərtib edilmiş elmi prinsiplərin əsasında iki meyar dayanır: bu nəzəriyyəni təsdiqləyən faktların müəyyənləşdirilməsi – “təcrübə həqiqətin meyarıdır” və saxtalaşdırma – bu nəzəriyyənin izah edə bilmədiyi faktların açıqlanmasıdır. Bu, bütün elmlərə aiddir, məsələn, əmək dəyər nəzəriyyəsi qiymətin əmələ gəlməsi ilə bağlı bir çox faktları yaxşı izah edir. Lakin nadir əşyaların qiymətlərinin yaranmasını şərh edə bilməz. Məsələn, neft emalı sənayesində əmək xərcləri eyni olaraq qalır, qiymətlər isə artır. Müasir elm nöqteyi-nəzərindən saxtalaşdırma ilə ortaya qoyulan bu həqiqət, marksist iqtisadi nəzəriyyəsinin elmi mahiyyətini sübut edir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i 40% azala bilər

posted in: Xəbər | 0

Bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i yeni koronavirus pandemiyasının nəticələri ilə əlaqədar illik baza əsasında yenidən hesablanmasına görə 39,6 faiz azalacaq. Bu məlumatı Birləşmiş Ştatlar Konqresinin büdcə idarəsinin hesabatına istinadla Rusiyanın TASS agentliyi xəbər verib.

Büdcə idarəsinin rəhbəri Filip Suoqel hesabatla əlaqədar bildirib ki, ölkə iqtisadiyyatı cari ilin ikinci rübündə koronovirus pandemiyası ilə əlaqəli amillər üzündən kəskin ixtisarlarla üzləşəcək.

Konqresin müstəqil ekspertlərinin proqnozlarına görə, vəziyyət üçüncü rübdə, illik əsasda hesablamalarda gözlənilən 23,5 faiz, dördüncü rübdə isə 10,5 faiz yüksəliş hesabına bir qədər bərpa oluna bilər.

Bundan əvvəl isə dünya ÜDM-nin bu il ərzində 2,8 trilyon dollar həcmində aşağı düşəcəyi xəbər verilmişdi. Beynəlxalq reytinq agentliyi Fitch-in dəqiqləşdirmələrinə görə, avrozonada ÜDM 7 faiz, ABŞ-da 5,6 faiz, Böyük Britaniyada isə 6,3% azalcaq.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda nə qədər e-kassa quraşdırılıb?

posted in: Xəbər | 0

Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.

Bu günə qədər ticarət, ictimai iaşə obyektlərində 12 707 e-kassa quraşdırılıb.

Belə ki, bu kassalar 6 operator tərəfindən quraşdırılır. Onlar, “Az Smart”, “NBA Technologies International”, “CASPOS”, “OMNITECH”, “POS.AZ” MMC-lər və “DATAPAY” QSC-dir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.

Həmin proses, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.

2019-cu il iyulun 1-dək olan birinci mərhələdə Bakı şəhəri üzrə iri ticarət mərkəzlərində, Mall tipli ticarət mərkəzlərində, avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələrdə, şadlıq evlərində, Bakı, Gəncə və Sumqayıt şəhərlərində şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində tətbiqi nəzərdə tutulub.

2019-cu il oktyabrın 1-dək olan ikinci mərhələdə bu siyahıya Azərbaycanın bütün şəhər və regionları üzrə mebel satışı üzrə ixtisaslaşmış müəssisələr daxil edilib.

2020-ci il yanvarın 1-dən isə 3-cü mərhələ kimi bütün ölkə ərazisində e-kassaların tətbiqinə keçilib.

Sonuncu – IV mərhələdə isə ölkə üzrə müxtəlif tarixlərdə fərqli regionlarda e-kassalara keçid prosesinin tamamlanması nəzərdə tutulub. Belə ki, bu mərhələdə 2021-ci il aprelin 1-dək Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 2021-ci il oktyabrın 1-nə qədər Abşeron, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan Sabirabad, Naftalan şəhər və rayonlarında olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi nəzərdə tutulub. Burada adı çəkilən şəhər və rayonların kənd və qəsəbələri istisnadır.

2021-ci il dekabrın 31-nə qədər kənd və qəsəbələri istisna olmaqla digər rayon mərkəzlərində olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək. Bu mərhələdə sonuncu tarix isə 2022-ci il dekabrın 31 müəyyən edilib. Belə ki, bu tarixə qədər Azərbaycanın bütün kənd və qəsəbələrində olan (işğal altında olan ərazilər işğaldan azad edildikdən sonra) digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun