Orta əmək haqqının artım faizi məlum oldu

posted in: Xəbər | 0

statistika hesabatlarının vaxtı, hesabatlar, statistika, əmək haqqı fondu, Statistika hesabatları, Aksiz vergisi üzrə daxilolmalar, DSK, statistika əmək haqqı, Statistika Komitəsi,Orta əmək haqqının artım faizi məlum oldu.

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107,2 min nəfər və yaxud 7% artaraq 1 641,5 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bunun 911,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% artaraq 712,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Bax: Dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahıları təqdim edilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin dövründə icarə necə dayandırılmalıdır? (4-cü hissə)

posted in: Xəbər | 0

Karantin dövründə icarə necə dayandırılmalıdır? / 4-cü hissə

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Əgər şirkət öz fəaliyyətini müvəqqəti dayandırmışsa, məsafədən iş rejiminə keçmişdirsə və ya karantin tədbirləri nəticəsində maliyyə çətinlikləri yaşayırsa, binanın icarəsi üçün ödənişlərlə nə etməli?

“Norma” şirkətinin hüquq məsələləri üzrə  ekspertləri  Eleonora Mazurova və Albert Safin problemin mümkün həlli variantlarını izah ediblər.

İcarə müqaviləsinin ləğvi

Ən əlverişsiz şəraitdə, əgər sizin probleminiz fors-major altına düşmürsə, icarəyə verən yalnız icarə ödənişlərini dayandırmaqdan imtina etmirsə, eyni zamanda sahənin subicarəyə təhvil verilməsinə də razılıq vermirsə, yalnız bir çıxış yolu qalır – icarə müqaviləsini ləğv etmək.

Lakin, bunu uğurlu çıxış yolu adlandırmaq çətindir. Çünki standart icarə müqavilələrində əksər hallarda vaxtından əvvəl ləğvetmə hüququ icarədara verilir. İcarəyə götürən isə müqavilənin ləğvi təşəbbüsü ilə çıxış etdikdə, cərimə sanksiyalarına məruz qalır. İkinci bir tərəfdən, sizin qarşı tərəfi vaxtında xəbərdar etmək imkanınız da yoxdur.

Bu yola baş vurmazdan əvvəl, müqavilənin vaxtından əvvəl ləğv edilməsi şərtlərini diqqətlə öyrənin. Əgər icarəyə verənin hər hansı bir təqsirli hərəkətləri olmadan müqavilə sizin təşəbbüsünüzlə vaxtından əvvəl ləğv edilərsə, icarə haqqının müqavilənin qüvvədə olma müddəti bitənədək tam həcmdə ödənilməsi və ya digər cərimə sanksiyasının nəzərdə tutulduğu imkanı istisna olunmur.

Belə halda müqaviləni ləğv etmək heç bir məna kəsb etmir. İcarəyə götürdüyünüz yerdə qalın və qoy icarəyə verən borcunu sizdən məhkəmə yolu ilə alsın. O, iddia ərizəsini hazırlayana, dövlət rüsumunu ödəyənə kimi (ümumiyyətlə ödəyə bilirsə), məhkəmə baxılmaq üçün iddianı qəbul edənə və məhkəmə prosesi başa çatana qədər karantin sona çatacaq. Sizin işləriniz bərpa olunacaq və yenidən ödəniş etmək qabiliyyətində olacaqsınız. Məhkəmə araşdırılması zamanı isə həmişə cərimə sanksiyalarını aşağı salmaq və ya ümumiyyətlə, onu ləğv etdirmək də mümkün ola bilir. Çünki hakimlər də insandırlar və respublikada yaranan vəziyyətdən xəbərdardırlar.

Yekunlaşdıraq…      

Təklif olunan üsullardan hansını seçəcəyiniz yalnız sizdən və sizin öz öz tərəfdaşlarınızla nə qədər möhkəm işgüzar əlaqə qurmağınızdan asılı olacaq. Biz isə öz növbəmizdə xatırlatmaq istəyirik ki, pandemiya – bu, müvəqqəti haldır. Halbuki biznes-partnyorlarla möhkəm işgüzar münasibətlər illər ərzində formalaşır.

Sizin biznes aləmində qüsursuz nüfuzunuz şirkətinizin uzunmüddətli perspektivdə normal fəaliyyətini təmin edə biləcək.

İcarə müqaviləsinə əlavə razılaşma nümunələri:

Əlavə razılaşma: 

  • təxirə salınma.
  • qiymətdə endirim.
  • ləğvetmə.

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahıları təqdim edilib

posted in: Vergi, Xəbər | 0

müraciət, sahibkarlar, maliyyə dəstəyi, dövlət dəstəyi, Sahibkarlar,İqtisadiyyat Nazirliyi, İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat Nazirliyiİqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edir. (siyahılar mütəmadi olaraq yenilənəcək). İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilmiş aşağıdakı keçidlərdən istifadə etməklə bu siyahılarla tanış olmaq mümkündür:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edilməlidir ki, bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin, pandemiyadan zərər çəkmiş sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

Mənbə: vergiler.az


Bax: Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01 Forması)

posted in: Vergi, Xəbər | 0

DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Rezidentlik sertifikatı alınması haqqında Ərizə (DTA-01 Forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələr

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Rezidentlik sertifikatı.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun