Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir
Azərbaycanın Vergi Məcəlləsinə koronavirusla bağlı yeni fəsilin əlavə edilməsi təklif edilir.
Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə olunur.
Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Mənbə: report.az

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.
Vakansiya: Mühasib tələb olunur.
Sual: Şirkət il ərzində hər ay qeyri-rezidentə ödəniş edir və bu ödənişdən məsələn deyək ki, təxmini 5000 manat qeyri-rezidentin ƏDV-si öhdəliyi yaranır. Əgər şirkət belə bir öhdəliyinin yaranacağını əvvəlcədən bilərək yanvar ayında qeyri-rezidentin ƏDV-si üçün məsələn 80000 min manat avans ödəyərsə və il ərzində aylar üzrə yaranan qeyri-rezidentin ƏDV-sini həmin avansdan əvəzləşdirə bilərmi?