Vergilər Nazirliyi vəziyyətdən sui-istifadə edərək vergilərdən yayınanlara xəbərdarlıq edib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi xəbərdarlıq edib


Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Hörmətli, vergi ödəyicisi!

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən bir sıra preventiv və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın  “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30.03.2020-ci il tarixli məlumatına əsasən insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət  müvəqqəti  dayandırılmış, bəzi fəaliyyət növləri isə qadağan edilmişdir.

Bununla yanaşı, bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə, Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlarının, Səhiyyə, sosial, İnfrastruktur, Nəqliyyat, logistika, Əsas istehsalat növləri, Pərakəndə ticarət, topdan satış, Məişət xidmətləri, Kütləvi informasiya vasitələri, Maliyyə və Xüsusi xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdir.

Lakin, aparılan araşdırmalar və müşahidələr zamanı müəyyən edilmişdir ki, (COVID-19) infeksiyasının yaratdığı pandemiyanın dünyanın iqtisadi inkişafına böyük zərbə vurduğu və bu iqtisadi böhranın bizim ölkəmizdən də yan keçmədiyi bir dövrdə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinin davam etdirilməsinə icazə verilmiş bəzi sahibkarlıq subyektləri, qeyd edilən məsələlərə nəinki anlaşma ilə yanaşırlar, əksinə bu vəziyyətdən sui-istifadə edərək, dövriyyələrini və ödəməli olduqları vergiləri tam bəyan etmirlər, vergilərdən və sosilal ödənişlərdən yayınırlar. Qeyd edilən vergidən yayınma hallarına daha çox pərakəndə ticarət obyektlərində (marketlərdə, apteklərdə və s.) və nağd ödənişlərin qəbul edildiyi digər sahələrdə daha çox rast gəlinir. Belə ki, müşahidələr zamanı obyektlərdə nəzarət kassa aparatlarından və POS-terminallardan istifadə edilməməsi,  qiymətlərin süni artırılması, gəlirlərin və vergilərin gizlədilməsi hallarına rast gəlinir.

Məhz bunu nəzərə alaraq, ölkə başcısı hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin olduğunu vurğulayaraq, onların bu işlərə son qoymalarını,  qeyri-formal məşğulluğun aradan qaldırılmasını və bütün sahibkarlıq subyektlərinin istisnasız şəkildə kölgə iqtisadiyyatından çıxmalı olduqlarını bir daha qeyd etmiş və hələ də  köhnə qayda ilə işləyən sahibkarların ciddi cəzalandırılacağını bildirmişdir.

Göstərilənlər nəzərə alaraq, əlavə cərimələrə və sanksiyalara məruz qalmamaq üçün, həmrəylik və qarşılıqlı anlaşma nümayiş edirərək, bir daha bütün vergi ödəyicilərini şəffaf fəaliyyət göstərməyə, vergi qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə, büdcəyə çatası vergiləri və sosial ödənişləri tam və vaxtında ödəməyə dəvət edirik.

Ümüdvarıq ki, bütün sahibkarlar, bizim bu cağrışımıza qoşulacaq və biz Koronavirus (COVID-19) pandemiyaysı, iqtisadi fəallığın təmin edilməsi, həm də sosial məsələlərin həlli ilə bağlı problemləri birlikdə aradan qaldıracağıq!


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

“Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

posted in: Xəbər | 0

Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

Son günlər COVİD-19 virusunun yayılması səbəbindən dünyanın bir çox ölkələrində qeyri-sabit vəziyyət hökm sürür. İqtisadiyyatın bir çox sahələri kimi bank-maliyyə sektoru da asan olmayan günlərini yaşayır. Azərbaycanın bank sektorundakı cari vəziyyəti, atılan addımları və gələcək planları Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən Allahverdiyev şərh edib.

Rövşən müəllim, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Firkinizcə, hazırda hansı addımlar atılmalıdır?

Bildiyiniz kimi ölkə prezidenti tərəfindən 19 mart 2020-ci il tarixində koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı İşçi Qrup yaradılıb. İşçi Qrupun yaradılmasından cəmi 2 həftəyə yaxın bir müddətin keçməsinə baxmayaraq, artıq müəyyən addımlar atılıb. Vəziyyətin mənfi tərəflərinin azaldılması istiqamətində bir sıra qərarlar qəbul olunub. Hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Bunu öz çıxışında İqtisadiyyat Naziri, sözügedən İşçi Qrupun rəhbəri, cənab Mikayıl Cabbarov bildirib.

Hazırda dövlət dəstəyinin göstəriləməsi üçün 10 proqram hazırlanıb. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Həmin fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr müəyyən edilib. Dövlət tərəfindən 2,5 milyard manat məbləğində dövlət dəstəyinin ayrılması ən diqqətçəkən məqamlardandır. Qeyd edim ki, nə bizim regionda, nə də MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə (ÜDM-in 3 faizi) belə həcmli dövlət dəstəyi ayrılmayıb.

Bundan başqa, 300 mindən artıq işçinin əmək haqqısının bir hissəsinin dövlət tərəfindən ödənilməsi, 292 min sahibkara iş yerinin qorunması ilə maliyyə yardımının göstəriləməsi, biznes sahəsinə vergi güzəştlərinin və sahibkarların bank kreditlərinə imtiyazların verilməsi, ipoteka kreditlərinin dəstəklənməsi və ən mühüm də şəffaf işləyən sahibkarlara kömək edilməsi diqqət çəkən məqamlardandır.

Kapital Bank da ölkədə bank sektoru ilə yanaşı, özəl sektorda ən çox işəgötürən şirkət kimi tanınır. Hazırda bizim 3500 nəfərə yaxın əməkdaşımız vardır. Xüsusi vurğulamaq istərdim ki, Bank tərəfindən əməkdaşlar və məvaciblərlə bağlı  heç bir ixtisar və ya məhdudiyyətlər nəzərdə tutulmayıb. Diqqət çəkən məqamlardan biri də İşçi Qrupunun əhalinin vəziyyətinin dəstəklənməsinə yönəlik müavinət, sosial yardım və s. kimi sosial paketlər üçün hazırladığı xüsusi proqramdır. Bu proqram çərçivəsində sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhalinin kommunal ödənişlərinə güzəştli limitlərin tətbiqi kimi tədbirlər həyata keçiriləcəkdir. Bu da dövlətin hər bir vətəndaşa olan qayğısını təcəssüm etdirir.

Bütün atılan addımlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən hadisələr hərtərəfli təhlil edilir, baş verə biləcək proseslər proqnozlaşdırılır və onların aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.

Xüsusi karantin rejimi çərçivəsində olan qadağalar günü-gündən sərtləşdirilir və insanların gündəlik sosial-iqtisadi həyatına təsir göstərir. Bank sektorunda hazırda vəziyyət nə yerdədir?

Təbii ki, iqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar atmalıdır. Bildiyiniz kimi, insanların qapalı yerlərdə kütləvi toplanmağını minimuma endirmək üçün ölkəmizdə bütün lazımi tədbirlər həyata keçirilir. Ölkə prezidentinin göstərişləri və Mərkəzi Bankın bir sıra tövsiyələri nəzərə alınmaqla hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir. Kommersiya bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank əməliyyatlarını asanlaşdıraraq, onların tələbatlarını ödəsinlər.

Əgər 1-2 ay əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda “mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin dəstəklənməsi, sahibkarlara endirim və güzəştlərin təqdim edilməsi, müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində fəaliyyət göstərir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Kapital Bank müştərilərinin arasında təqaüdçülər də az deyil. Təbii ki, biz onları da yaddan çıxara bilməzdik. Hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır. Həmçinin, təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının istifadə müddəti növbəti 3 aya uzadılmışdır.

Kapital Bank ölkənin ən iri banklarından biridir. Həm kredit portfeli, həm əhatə dairəsinə görə digər banklardan fərqlənir. Bəs, Siz mövcud vəziyyətdə hansı addımları atmağı planlaşdırırsınız?

Kapital Bank ölkənin bütün regionlarında təmsil olunaraq 115 xidmət nöqtəsi ilə ən böyük şəbəkəyə malik bankdır. Tərəfimizdən istehlak kreditləri ilə yanaşı ipoteka, kiçik və orta sahibkarlıq, biznes və s. kreditlər də verilir. 1 aprel 2020-ci il tarixinə istehlak kreditləri portfelimiz 1,4 milyard manat, hüquqi şəxslərə verilən kreditlər 640 milyon manat, ipoteka portfelimiz isə 57 milyon manat təşkil edir.

Hazırda ən çox zərər çəkən sahələrdən biri mikro və kiçik sahibkarlıqdır. Dövlət dəstək proqramı çərçivəsində bu sahəyə böyük diqqət ayırıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının icrasına yarım milyard manat vəsait ayrılıb. Həmçinin 15%-lə verilən bu kredit faizlərinin yarısı, daha dəqiq desək 7,5%-i dövlət tərəfindən ödəniləcəkdir. Biz də sistem əhəmiyyətli bank olaraq bu cür tədbirləri dəstəkləyirik və həm sahibkar, həm hüquqi şəxs olan müştərilərimizə güzəştlər etməyə hazırıq.

Qeyd edim ki, son illər ərzində, xüsusən də indiki şəraitdə dövlət tərəfindən dəstəklənən əsas istiqamətlərdən biri ipoteka kreditləşməsidir. Bu sahə Kapital Bank üçün də strateji prioritet istiqamətlərdən biridir. Belə ki, ilin əvvəlində bankımıza İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan 10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub və əlavə olaraq, cari strateji dövr üçün Kapital Bank tərəfindən 100 milyon manat məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.

Bir məsələni də vurğulayım ki, ölkə prezidenti İlham Əliyevin  regionlarda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini rəhbər tutaraq, regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün Bank tərəfindən sosial yönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın zamanda bu məhsulun satışına başlanılacaqdır. Həmçinin qeyd edim ki, İşçi Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq. Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Aylıq əmək haqqı fondunun 50 faizinin müəssisələrə ayrılması təklif edilir

posted in: Xəbər | 0

Aylıq əmək haqqı fondunun 50 faizinin müəssisələrə ayrılması təklif edilir

emek haqqi, əmək haqqı, gəlirdən çıxılan xərclər

Sahibkarlara birbaşa və dolayı yolla dəstək planı hazırdır

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, İqtisadiyyat nazirinin tezis və çağırışlarından da göründüyü kimi, koronavirusun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması hökumətimiz üçün prioritet məsələlərdən biridir və proses birbaşa ölkə başçısının nəzarətindədir: “Ölkə Prezidentinin təşəbbüsü ilə 1 milyard manat vəsait ayrılıb. Sahibkarlara iki istiqamətdə yardımın göstərilməsi nəzərdə tutulur. Onlardan biri sahibkarlara birbaşa yardımdır. Digər istiqamət isə dolayı olaraq dəstək paketinin təqdim edilməsidir. Nəticə etibarilə sahibkarlara yardım və dəstək paketinin təqdim olunması koronavirusun onların fəaliyyətinə təsirinin minimumlaşdırılması ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, vəsaitin şəffaf bölüşdürülməsi ilə bağlı ölkə Prezidentinin sərəncamına uyğun olaraq hər bir sahibkara ayrılacaq vəsaitlə bağlı məlumatlar koronavirusinfo.az səhifəsində yerləşdiriləcək. Bu məqsədlə formalaşdırılmış 4 işçi qrup vəsaitin bölüşdürülməsi ilə yanaşı, sektor və müəyyən sahələrə dəyən ziyanı, eləcə də hansı sektorlara koronavisun daha çox mənfi təsirlərini araşdırır.

Artıq bu proses başa çatıb. Daha çox mənfi təsir olan sektorlar müəyyənləşdirilib. Növbəti mərhələdə vəsaitin bölüşdürülməsi və dəstək paketinin reallaşdırılması həyata keçiriləcəkdir”.

Millət vəkilinin sözlərinə görə, koronavirusun təsirlərinin daha çox 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə etdiyi müəyyən olunub: “Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Müəyyən olunan sektorlar təkcə xidmət və ictimai-iaşə sektoru deyil, eyni zamanda turizm və otelçiliyi də əhatə edir. Bütün bu sahələrdə, eləcə də digər sektorlarda sahibkarlarımıza dəyən ziyanlar və mənfi təsirlər aydınlaşdırılıb. Əsas məqsəd budur ki, sahibkarlar əmək haqqı fondunu qoruyub saxlasınlar. Dövlətin müəyyənləşdirdiyi ziyanı tam aradan qaldırmaq üçün dövlətin dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb”.

V.Bayramov qeyd edib ki, dəstək paketi yalnız qısamüddətli deyil, həm də ortamüddətli dövr üçün yanaşmanı əhatə edir. Yəni koronavirusun təsirlərinin minimumlaşdırılması qısamüddətli dövr üçün hədəfdir. Mənfi təsirlər aradan qaldırıldıqdan sonra sahibkar və vətəndaş daha az təsirə məruz qalmalıdır. İqtisadiyyatın koronavirusdan sonra yenidən bərpa olunması, orta və uzunmüddətli dövrdən sonrakı inkişaf çox vacibdir. “İqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarları və müəssisələri iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqqını ödəməyə çağırmışdı. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışa əməl edən, iş yerlərini və əmək haqqını saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

Bu, kifayət qədər böyük bir proqramdır. Hazırda muzdlu işçilərin sayı təxminən 1 milyon 550 min nəfərdir ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Daha 9 fəaliyyət istiqaməti üzrə 70 faizlik dəstək tətbiq ediləcək.

Proqramın tətbiq mexanizmi ilə bağlı məlumat verən millət vəkili qeyd edib ki, burada ya işçinin real maaşı, ya da respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək: “Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əmək haqqı fondunun 50 faizinin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada da sahibkarın şəffaf fəaliyyəti əsas meyar kimi götürüləcəkdir. Sosial-korporativ məsuliyyəti olan sahibkarlara üstünlük veriləcəkdir. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.
Dövlət sahibkara dəstək olduğu kimi sahibkar da öz işçisinə dəstək olmalıdır. Bu çətin dövr bitəcək və postkoronavirus dövrü başlanacaq. Sahibkarlar da bu dövrə hazır olmalıdırlar”.

V.Bayramov biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlı üçüncü proqram barədə qeyd edib ki, burada əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlərdən söhbət gedir. Yekun qərar qəbul edildikdən sonra həmin güzəştlərin mahiyyəti ictimaiyyətə çatdırılacaq.

Yanaşma ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin və koronavirussuz dövr üçün yeni fəaliyyət planı hazırlansın.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Azərbaycanda vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vahid bəyannamə təqdim edilməyə başlanılıb


Üzləşmə aktları, könüllü, Vergilər Nazirliyi, ödənilməli vergilər, məsuliyyət, ƏDV-nin qaytarılması, təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramları

 

Aprelin 1-dən vahid bəyannamə təqdim edilməyə başlanılıb

Vergilər Nazirliyi vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatlarının sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılmasını həyata keçirib.

Bu məqsədlə Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək, yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib.

Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 01.04.2020-ci il tarixindən başlanılıb.

Bundan əlavə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanması və hesabatların təqdim olunması müddəti 01.04.2021-ci il tarixinədək uzadılıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun