Kənd təsərrüfatında çalışanların sosial yükü 3 dəfə azaldılacaq
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqının, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının müxtəlif dərəcələrində hesablanması nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərə əsasən, fiziki şəxslər, torpaq sahəsi 5 hektara qədər olduqda minimum maaşın 2%-i qədər, 5 hektardan 10 hektara qədər olduqda 6%-i qədər, 10 hektardan çox olduqda isə 10%-i qədər sosial vergi ödəyəcəklər.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Habelə torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.
Qeyd edək ki, mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6%-i miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qədər artırıldığını nəzərə alsaq, 5 hektara qədər torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Mənbə: report.az

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox olub.
Azərbaycanda sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilir.
Sual: Bildiyiniz kimi yanacaq doldurma məntəqələri Neft Bazalardan yanacaq məhsullarını aldığı zamanı təqdim edilən e-qaimələrdə yol vergisi də qeyd olunur. Ancaq bu qaimələrdə malların cəmi qiyməti və ya məbləği sətirində sırf ƏDV-yə cəlb edilən məbləğ göstərilir. Misal üçün Neft Baza 11461.14 manatlıq qaimə təqdim edib. Bu məbləğin 9476.98 manatı malların cəmi qiyməti, 1705.86 manatı ƏDV, 278.30 manatı isə yol vergisidir.