Yol vergisi malın dəyərinə aid edilməlidirmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Bildiyiniz kimi yanacaq doldurma məntəqələri Neft Bazalardan yanacaq məhsullarını aldığı zamanı təqdim edilən e-qaimələrdə yol vergisi də qeyd olunur. Ancaq bu qaimələrdə malların cəmi qiyməti və ya məbləği sətirində sırf ƏDV-yə cəlb edilən məbləğ göstərilir. Misal üçün Neft Baza 11461.14 manatlıq qaimə təqdim edib. Bu məbləğin 9476.98 manatı malların cəmi qiyməti, 1705.86 manatı ƏDV, 278.30 manatı isə yol vergisidir.

Sualım ondan ibarətdir ki, gəlir vergisi bəyannaməsi təqdim edən şəxs 1226.4-cü sətirdə (malın dəyəri) 9476.98 manatımı yoxsa 9755.28 manatı (9476.98+278.30) qeyd etməlidir ?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq malın dəyəri kimi gəlirdən çıxılır. Gəlir vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 1126.4-cü sətrində (malın dəyəri) əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 139-cu və 209-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email