Riskli vergi ödəyicisi anlayışının şərhi

posted in: Vergi, Xəbər | 0

Növbədənkənar səyyar vergi yoxlaması, Riskli vergi ödəyicisi, gömrük, vergi güzəşti, vergi yoxlaması, e-qaimə, VHF,Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilən 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib. Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir

Qəbul edilmiş normaya görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi sayılır. Vergi ödəyicisinin həmin kriteriyaya daxil edilməsi və çıxarılması prosesi vergi orqanının qərarı ilə həyata keçiriləcəkdir. Ancaq hələ ki Nazirlər Kabineti tərəfindən göstərilən meyarlar qəbul edilməyib.

Əlavə edilən dəyişikliklərlə riskli vergi ödəyicisi statusunu daşıyan şəxslərə bir sıra istisnalar nəzərdə tutulub: riskli vergi ödəyicisi olmaq vergi sirrini təşkil etməməklə yanaşı, bu status növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin həyata keçirilməsinə əsas olan hal kimi müəyyən edilib.

Bundan əlavə, vergi orqanına riskli vergi ödəyicisinin vergi öhdəliyini ödəniş tarixi tamam olmadan əsaslandırılmış qərar çıxarılmaqla hesablamaq hüququ verilib.

Vergi Məcəlləsinin 85.6-cı maddəsi ilə vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin uzadılmasının əsasları göstərilib ki, riskli vergi ödəyicisi barədə bu əsaslarla vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.

Bununla yanaşı, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsasında Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, riskli vergi ödəyiciləri üçün ƏDV-nin əvəzləşdirilməsi hüququ istisna hal kimi müəyyən edilib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zərərin növbəti illərə keçirilməsi

posted in: Xəbər | 0

zərər, mallar ƏDV EDV işsizlikdən sığorta MaddiVergi Məcəlləsində vergi ödəyicilərinin fərqli yanaşdıqları bəzi müddəalar vardır ki, fərqli yanaşmalar müəyyən çətinliklər yaradır. Bu məsələlərdən biri də 121.3.-cü maddəyə aiddir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. Maddə zərər, amortizasiya və təmir xərclərinin növbəti illərin mənfəəti ilə kompensasiya olunması ilə bağlıdır.

121.3. Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Maddənin tətbiqi üçün bir neçə hal olmalıdır:

  • maddə həm hüquqi şəxs vergi ödəyicilərinə, həm də fiziki şəxs sahibkarlara tətbiq edilir;
  • hüquqi şəxs əvvəl başqa vergi ödəyicisi olmalıdır ki, sonradan mənfəət vergisi ödəyicisi olanda bu maddə tətbiq edilsin;
  • həmçinin fiziki şəxs olan vergi ödəyiciləri də əvvəl başqa sistem üzrə ödəyici olmalıdır ki, sonradan gəlir vergisi ödəyicisi olanda bu maddə tətbiq edilsin;
  • deməli, ilkin olaraq, həm fiziki şəxs olan sahibkarlar, həm də hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyiciləri olmalıdırlar ki, sonradan mənfəət və ya gəlir vergisi ödəyicisi olanda maddə tətbiq edilsin.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Misal 1: Tutaq ki, “AA” MMC-nin 1 yanvar 2018-cu il tarixinə kimi balansında qalıq dəyəri 10.000 manat olan avadanlıqları vardır. 2018-ci ildə avadanlıqlara 15% (1500 manat) amortizasiya hesablamışdır. 31 dekabr 2019-cu il tarixinə avadanlıqların qalıq dəyəri (10.000-1500) = 8500 manat təşkil etmişdir. Nəzərə alaq ki, “AA” MMC 2018-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olub. MMC xərc maddəsi kimi 1500 manat amortizasiyanı xərclərinə daxil etmiş və rəhbərlik qərara almışdır ki, avadanlıqlar üzrə ehtiyat kimi (10.000 * 20%) – 1500 = 500 manatı gələn ilin mənfəətindən çıxacaqdır. Artıq MMC 1 yanvar 2019-cu il tarixindən dövriyyəsinə görə ƏDV, eyni zamanda mənfəət vergisi ödəyicisi olmuşdur.

Sual meydana çıxır ki, “AA” MMC 500 manatı gəlirlərdən 2019-cu ildə çıxa biləcəkmi?

Birmənalı olaraq bildirək ki, 500 manat mənfəətdən təkcə 121.3.-cü maddəyə görə yox, 114.4-cü maddəyə görə də çıxılmayacaqdır. Çünki normadan az hesablanan amortizasiya ilkin olaraq gəlirlərdən çıxılsa da, norma üzrə yerdə qalan amortizasiyanı gələcək illərin gəlirdən çıxmaq üçün fərq məbləğ də (500 manat) gələcək dövrün xərcləri kimi hesablanmalıdır: avadanlığın qalıq dəyəri azaldıldıqdan sonra növbəti illərdə istifadə oluna bilər. Yəni bizim misalımızda 2018-ci il üçün 10.000 * 20% = 2000 manat amortizasiya hesablanmalıdır, “AA” MMC-nin sadələşdirilmiş vergi bəyannaməsində 31 dekabr 2019-cu ilə avadanlığın qalıq dəyəri kimi 8000 manat yazılmalıdır. Bundan sonra 1500 manat 2018-ci ildə xərcə silinməlidir. Ehtiyat kimi 500 manat amortizasiya isə hesabatlarda gələcək dövrün xərcləri kimi yazılmalıdır.

Əgər “AA” MMC 2019-cu ildə sadələşdirilmiş vergi ödəyicisi kimi qalsa idi, onda 500 manatı istifadə edə bilərdi. Ancaq Vergi Məcəlləsinin 121.3-cü maddəsində edilmiş dəyişikliyə görə sadələşdirilmişdən mənfəət vergisi ödəyicisinə keçdikdə yerdə qalan ehtiyat 500 manat amortizasiya məbləğini mənfəətin azaldılmasına sərf etmək olmaz. Odur ki, “AA” MMC 2019-cu ildə bu 500 manatı vergitutma, vergi uçotu məqsədləri üçün xalis mənfəətdən azaldacaqdır.

Misal 2: Yuxarıdakı misalımızın davamı kimi nəzərə alaq ki, 1500 manat amortizasiya hesablanmışdır və qalıq dəyəri bəyannamədə 8500 manat olmuşdur. Bu halda 2019-cu ildə “AA” MMC sərbəst formada 8500 manat qalıq dəyərinə 20% amortizasiya dərəcəsini tədbiq etməklə 1700 manat məbləği mənfəət vergisi bəyannaməsində xərc maddəsi kimi yaza bilər. Ona görə ki, 2018-ci ildə az norma tədbiq etməklə yerdə qalan amortizasiya məbləğinə ehtiyat yaratmamışdır.

Nəzərdən keçirdiyimiz misallar əyani şəkildə göstərir ki, vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib Köməkçisi – Smarton MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib köməkçisi, vakansiya,Vakansiya: Baş Mühasib Köməkçisi tələb olunur.

İşəgötürən: Smarton MMC.

Əmək haqqı: 700 – 900 AZN.

Vakansiya barədə məlumat:

– Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək

– Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək

– Hesablar, qaimələr, ödəniş tapşırıqlarını və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək

– Mühasibat əməliyyatlarını icra etmək

– Mövcud qaydalara müvafiq sənəd və materialları, eləcə də hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək

– Beynəlxalq sertifikat üstünlükdür

– İşçi heyəti ilə işləmək bacarığına malik

– İş qrafiki: 09:00-dan 18:00-dək, 5/7

Baş mühasib köməkçisi üçün tələblər:

– Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil

– Müvafiq sahədə azı 12 ay iş təcrübəsi

– Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti

– Əla kompüter bilikləri (Microsoft Office)

Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik

– Yüksək analitik düşüncə, təşəbbüskarlıq, qərar qəbul etmə, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi xüsusiyyətlərə sahib.

Mənbə: finstaff.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi hesabatlarının vaxtı bir daha uzadıldı

posted in: Vergi, Xəbər | 0

Vergi hesabatlarının vaxtı bir daha uzadıldı


Vergi hesabatlarının vaxtı, ödənilmiş vergi, DTA-02 forması, verginin nəzərə alınması, vergi məbləği, Rezidentlik sertifikatı, DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından irəli gələrək vergi hesabatlarının verilməsi müddətləri barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, habelə Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını əsas götürərək, vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

  • fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 04 may 2020-ci il.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun