Bu hallarda verilmiş maliyyə dəstəyi şirkətdən geri alınacaq

posted in: Maliyyə, Xəbər | 0

İqtisadiyyat Nazirliyi işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib


maliyyə dəstəyi, vergi ödəyiciləri, Maliyyə dəstəyi, müraciət, sahibkarlar, maliyyə dəstəyi, dövlət dəstəyi, Sahibkarlar,İqtisadiyyat Nazirliyi, İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat NazirliyiAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər davam edir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 16-na muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 169.069 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134.472 işçini əhatə edən 13.075 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11.567 vergi ödəyicisinə 123.343 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 28,17 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31.180 vergi ödəyicisindən müraciət daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 29.946 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 mln. manat vəsaitin 22.949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əmək haqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergi ödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcəkdir.

Mənbə: vergiler.az


Bax: Bu il özəl sektorda əmək müqavilələrinin sayında olan artım məlum olub


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu il özəl sektorda əmək müqavilələrinin sayında olan artım məlum olub

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin xidməti olan “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, gündəlik nəzarət aparılır.

Bu sektorda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

Mənbə: sosial.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Etibarnamə”ni necə yazmalı??

posted in: Xəbər | 4

QərarEtibarnamə nədir və necə yazılır??


Etibarnamə ərəb mənşəli “etibar” və fars kəlməsi olan “namə” sözlərindən düzələrək, bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür:

a) nəzərə almaq, əhəmiyyət vermək.

b) hörmət və nüfuz.

c) etimad.

“Namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.

Etibarnamənin mahiyyəti. Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnaməni alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən iş icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir.

Etibarnamənin məzmunu. Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir:

1. Konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır.

2. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj – iqtisad məhkəməsində etibar edilən şəxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur.

3. Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir.

Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.

Etibarnamənin forması. Etibarnamənin (xüsusən də baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.

Faylı yükləyin: Etibarnamə-Nümunə


“Xarici dövlətdə ödənilmiş verginin nəzərə alınmasına dair” Ərizə (DTA-02 forması)

posted in: Vergi, Xəbər | 0

“Xarici dövlətdə ödənilmiş verginin nəzərə alınmasına dair” Ərizə (DTA-02 forması)


vergi məbləği, Rezidentlik sertifikatı, DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza;

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 127-ci maddəsi;

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları;

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az);

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri;

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü;

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş;

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Bax: Digər dövlətdə ödənilmiş vergi məbləğinin təsdiq edilməsi


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun