Muzdla işləyənlərə və çalışmayana yardım göstəriləcək

posted in: Xəbər | 0

Həm muzdla işləyənlər, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək

sahibkarlığa dəstək tədbirləri, sahibkarlığa dəstək tədbirləri
Baş Nazir Əli Əsədovun Sərəncamı ilə təsdiqlənən Tədbirlər Planı həm məşğul əhalinin, yəni, muzdla işləyənlər, eyni zamanda, çalışmayan vətəndaşların sosial təminatını və eləcə də onlara birbaşa yardımın edilməsini nəzərdə tutur.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Tədbirlər Planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur. Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi varsa, dövlət ona dəstək göstərəcək. Hazırda muzdla çalışanların sayı 300 min nəfərdir. Büdcədən bu istiqamətdə 215 milyon manat vəsait ayrılacaq. Bu, o deməkdir ki, muzdla çalışan hər bir vətəndaşa orta hesabla 716 manat vəsait ödəniləcək. Təbii ki, əməkhaqqı həcmindən asılı olaraq məbləğ dəyişə bilər

“Mikro və fərdi sahibkar kimi VÖEN-lə işləyən vətəndaşlarımız da var. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın verilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Belə ki, VÖEN-lə işləyən hər bir vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Burada yenə də məbləğ VÖEN-lə və mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşların əvvəlki dövrdə gəlirlərindən asılı olaraq dəyişə bilər. Əsas meyar ondan ibarətdir ki, mikro və fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. VÖEN-lə çalışanlar 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, həmin vətəndaşlar bu imkanlardan yararlana biləcək”, – deyə V.Bayramov qeyd edib.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Diqqətə çatdırılıb ki, eyni zamanda, aprel ayından vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətə güzəşt veriləcək. Bu, o deməkdir ki, VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyektidir. Həmçinin əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Vergi ödəyiciləri üçün mənfəət və ya gəlir vergisindən də güzəşt tətbiq olunacaq.

Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və verginin ödənilməsi müddəti uzadılıb. Burada xüsusən də pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə vergilərin ödənilməsi müddəti artırılıb. Ölkəyə ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda, icarə haqqından tutulan vergilər üzrə güzəşt tətbiq olunacaq. Bu, icarə vergisinə güzəştin tətbiq edilməsi anlamına gəlir. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması müəyyən müddətə təxirə salınacaq.

İpoteka və Kredit Zəmanət Fondunun formalaşdırıldığını deyən ekspert bildirib ki, daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eləcə də kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Subsidiyalaşdırma nəticə etibarilə faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. Bu istiqamətdə 20 milyon manat vəsait ayrılacaq. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq. Vətəndaşlar güzəştli ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər.

İkinci istiqamət işləməyən vətəndaşlarla bağlıdır.

Müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən 70 milyon manat ayrılacaq.

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması üçün 20 milyon manat vəsait ayrılacaq. Xüsusi karantin dövründə bütün ailələrə ünvanlı sosial yardımın verilməsinin rejim bitənədək davam etdirilməsi və ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Bu, 62 min insanı əhatə edəcək.
Eyni zamanda, sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu istiqamətdə 40 milyon manat ayrılacaq.

Deputat, həmçinin qeyd edib ki, aprel-may aylarında elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu məqsədlə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq

Mənbə: vergiler.az


Bax: Riskli vergi ödəyicisinin 7 “üstünlüyü”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Riskli vergi ödəyicisinin 7 “üstünlüyü”

posted in: Vergi, Xəbər | 0

EDV, ƏDV-nin hesablanması vaxtı, sosial ödəniş,vergi,qeyri-rezident, qeyri-rezidentlərin vergi öhdəlikləri, minik avtomobilləri, yol vergisi, Mənfəət vergisi, vergi yoxlamaları, Mənfəət vergisinin hesablanması,Son dəyişikliklərə əsasən, Vergi Məcəlləsinə “riskli vergi ödəyicisi” və “əmtəəsiz əməliyyyatlar” anlayışları daxil edilib.

Riskli vergi ödəyicisi:

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

Əmtəəsiz əməliyyat:

 – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

Yeni anlayışları şərh edən maliyyə üzrə ekspert Ramin Ramazanov bu dəyişikliyin əsas səbəbinin əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə və vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi olduğunu deyib. Riskli vergi ödəyiciləri əmtəəsiz əməliyyat aparanlar, yəni ixdal etmədiyi və ya almadığı malları satan, heç bir maddi-texniki vəsaiti və əməkdaşları olmadan iş görən, bir malı alıb, amma başqa adlı bir malı satan vergi ödəyiciləridir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ekspert əlavə edib ki, riskli vergi ödəyiciləri üçün qanunvericilikdə yeddi “fərqlilik” nəzərdə tutulub:

1. Riskli vergi ödəyicilərini hamı tanıyacaq. Çünki Vergi Məcəlləsinin 30.2.9 maddəsinə əsasən, həmin vergi ödəyiciləri barədə məlumatlar kommersiya sirri hesab olunmur.

2. Bu əməliyyatlar çərçivəsində əldə edilmiş sənədləri Vergi Məcəlləsinin 109.9 maddəsinə əsasən, gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

3. Məcəllənin 175.11 maddəsinə əsasən, qarşı tərəfdən bu əməliyyatlar üzrə ödənilmiş ƏDV əvəzləşdirilmir.

4. Vergi Məcəlləsinin 38.3.8-1 və 50.2.5 maddələrinə görə, həmin vergi ödəyiciləri üçün növbədənkənar səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti keçirilir.

5. Riskli vergi ödəyicilərinin artıq vergi ödəmələri barədə müraciəti onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. (Vergi Məcəlləsinin 87.3-1 və 179.4-cü maddələri).

6. Məcəllənin 85.8 maddəsinə əsasən, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilmir.

7. Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi orqanı ona yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilir.

Ramin Ramazanov vurğulayıb ki, əslində qanunvericilikdə belə bir dəyişikliyin edilməsi, digər vergi ödəyicilərinin riskli vergi ödəyiciləri ilə əməkdaşlığının qarşısını almağa yönəlib. “Elektron kargüzarlığa daxil olarkən belə şirkətlərlə bağlı xəbərdarlıq görünür. Xidməti almaq istəyən vergi ödəyicisi ziyanin yarısından qayıda bilir, risk qrupuna düşmür”.

Riskli vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin internet saytında açıqlanacaq. Hər bir vergi ödəyicisi digər vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahıda olub-olmadığını biləcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BİZİ INSTAGRAM’DAN İZLƏYİN

Ən yüksək vergilər tətbiq edən 27 ölkə (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

yüksək vergilər,Ən yüksək vergilər tətbiq edən 27 ölkə / 3-cü hissə

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

Daha sonra bu məlumatlar ölkədə iqtisadi vəziyyət haqqında tam bir təsəvvür yaratmaq üçün istifadə olunur.

ÜİF-in nəzərdən keçirdiyi göstəricilərdən biri ölkədə vergi yüküdür. Bu zaman daha yüksək ballar daha aşağı rəqabətlilik deməkdir. Bundan ötrü Dünya Bankından ümumi vergi dərəcəsi haqqında məlumatlar alınır.

Vergilərin ümumi həcmi hər cür ayırmalardan sonra ödənilən beş müxtəlif vergi və rüsumların məbləğidir:

– təşkilatlardan tutulan mənfəət vergisi,

– sahibkarın ödədiyi sosial müavinətlər və işçi qüvvəsinə görə vergilər,

– daşınmaz əmlak vergisi,

– dövriyyədən vergi və digər kiçik vergilər.

Əslində bütün bu vergilər müxtəlif sahələrdə çalışan insanlara görə deyil, biznesə görə təyin edilir. Aşağıda ümumi vergi dərəcəsi 50% – dən yuxarı olan ölkələrin siyahısı göstərilir.
  1. Çad

Vergi yükü: 63,5%

Qambiya kimi, Çad da iqtisadiyyatı kənd təsərrüfatına əsaslanan çox yoxsul bir ölkədir. Burada dövriyyə vergisi 1.5%, mənfəət vergisi isə 40% təşkil edir, bu zaman şirkətlər həmin vergilərdən birini – daha yüksək olan vergini ödəyirlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

  1. Çin

Vergi yükü: 64,6%

Bu siyahıda bir çox digər ölkələr kimi, Çində də şirkətlər mənfəət vergisinə deyil, dövriyyə vergisini cəlb edilir.

  1. İtaliya

Vergi yükü: 65,4%

İtaliya yüksək vergiləri ilə tanınır. Lakin vergi yükünün səviyyəsinə görə Avropada yalnız ikinci yeri tutur.

  1. Venesuela

Vergi yükü: 65,5%

Venesuela hökuməti Çavesin prezidentliyi dövründə yüksək vergi siyasəti həyata keçirirdi – xarici neft şirkətləri xüsusilə yüksək vergiyə cəlb olunurdu.

  1. Nikaraqua

Vergi yükü: 65,8%

2012-ci ildə Beynəlxalq Valyuta Fondu ölkəyə mürəkkəb və şaxələnmiş vergi sistemini, o cümlədən korporasiyaların vergitutmasını sadələşdirməyi tövsiyə edib.

  1. Fransa

Vergi yükü: 66,6%

Bu ölkə Avropada vergi yükünün səviyyəsinə görə birinci yerdədir. Lakin, ölkənin hazırkı hökuməti vergi sisteminə yenidən baxılacağına və korporativ vergiləri azaldacağına söz verib.

  1. Qvineya

Vergi yükü: 68,3%

Qvineyada şirkətlər ötən il üçün vahid dövriyyə vergisini ödəyirlər.


Ən yüksək vergilər tətbiq edən 27 ölkə – 4-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Mühasib peşəsinə namizəd seçimi (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasib peşəsi üçün namizəd seçimi (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun


mühasib peşəsi

Mühasib peşəsi biznesdə ən vacib və məsuliyyətli vəzifələrdən biridir, pul qazanmaqla bağlı sıx bağlı olan bir peşədir.

Buna görə ideal mühasibin hansı keyfiyyətlərə malik olduğunu və şəxsi xüsusiyyətlərinə görə – danışıq tərzi, geyimi, suallara cavab verməsi və s. –  necə müəyyən edilə biləcəyini bilmək vacibdir. Yəni, hansı nitq modelləri və davranış əlamətləri mühasibin yerinə yetirdiyi vəzifələrə mükəmməl uyğun gəlir.

Qeyd edək ki, biz vəzifənin profilindən deyil, məhz şəxsiyyətin profilindən danışacağıq və başlanğıc üçün onların bir-birindən nə ilə fərqləndiyini və nədən ibarət olduğunu müəyyənləşdirəcəyik.

İddiaçının zahiri görkəmində məsuliyyət və səliqəliliyi nə göstərə bilər? Yalnız onun geyimi.

Mühasibliyə potensial namizəd qadındırsa və o, müsahibəyə həddən ziyadə parlaq makiyajda, dərin dekoltedə gəlirsə, bu çox pisdir. Vəziyyətə uyğun geyinmək lazımdır: evdə – ev geyimi, işdə iş geyimi, ofis geyim tərzi səliqəli və ütülü olmalıdır. Geyimdə səliqəlilik və təmizlik onu göstərir ki, insan özünə diqqət yetirir, öz zahiri görünüşünü izləyir. Belə adamlar həmişə təsadüfən geyimlərində haradasa ləkə salıb-salmadıqlarına belə diqqət yetirirlər. Belə adamlar müsahibatlıq işlərini də səliqə ilə aparacaqlar, hətta iş yerində kompüter ətrafında belə hər şey dəqiqliyi və səhmanlılığı ilə seçiləcək. Beyində qayda-qanun – stol üzərində də qayda-qanun deməkdir. Qarmaqarışıqlıq və xaosa yol verən, yoxlama aktını haraya qoyduğunu lap son məqamda xatırlayan mühasib heç kimə gərək deyil.

Detallılıq nitqdə də, danışıq üslubunda da özünü göstərməyə meyllidir. İddiaçıya belə bir sual verin: “əvvəlki iş yerində nə ilə məşğul olurdunuz?” və ya “öz ilk iş gününüzü necə təsəvvür edirsiniz?” və onun buna necə təfərrüatlı cavab verib-verməyəcəyini izləyin.

Detallılıq mühasib üçün çox mühümdür, əgər iddiaçı bu formada cavab verirsə, bu çox yaxşıdır:

– “mən işə gəldikdə, bütün kollektivlə tanış oluram, rəhbərlikdən mühasibatlıqda mənə aid olan blok məsələlərini dəqiqləşdirirəm, kimin burada əsas işçi olduğunu dəqiqləşdirirəm, otururam, özümə aid şeyləri yerləşdirirəm, kompüter proqramını öyrənməyə çalışıram…”.

Belə bir cavab isə arzuolunan deyil: “necə deyim? Adətən olduğu kimi! Gələcəm və öz mühasibatlıq işlərim ilə məşğul olacam…”.

Bir şəxsin gələcək iş haqqında nə qədər bütöv bir fikrə malik olduğunu aydınlaşdırmaq faydalıdır. Bunun onun xoşuna gəlib-gəlmədiyini müəyyənləşdirməyə çalışın, o, işi barədə ürəkdənmi danışır? Belə bir dəqiqləşdirici sual da yerinə düşərdi: “söyləyin, işinizdə məhz, nə xoşunuza gəlir?” Öz işinin incəliklərini sevmək mühasibdən ötrü çox mühümdür. Debetin kreditə uyğun gəlməsi, rəqəmlərdə qurdalanmaq, vergi müfəttişliyində olmaq və öz şirkətinin nüfuzunu müdafiə etmək, onun xoşuna gəlməlidir.

Bir çoxlarında ideal mühasib barədə belə bir təəssürat var: bu qırx yaşını ötmüş qadındır, onun zəhmli baxışları var.

Əgər bu baş mühasibdirsə, o təkcə öz yerində qayda-qanun yaratmaqla kifayətlənməyəcək, həm də qaydalara necə əməl olunması ilə bağlı digər şöbələrə də baş vuracaq, bütün sənədləşmələri vaxtında təhvil verilməsinə məcbur edəcək. Sərt qadın obrazı həqiqətən mühasib üçün ən yaxşı obraz kimi görünə bilir.

Bəli, bu insan bir qədər kobuddur. Çox yəqin ki, belə bir şəxslə neytral mövzularda – məsələn, “necə istirahət etdiniz?” kimi – ünsiyyət qurmaq bir qədər çətin olacaq. Əvəzində işdə ona həmişə etibar etmək olar, o sizi heç vaxt məyus etməyəcək: “bu tapşırığı yerinə yetirmək lazımdırsa, onu yerinə yetirməyənə kimi – stol arxasından durmayacağam”.

Maraqlanın, namizəd necə istirahət etməyi xoşlayır. İdeal profildə bu peşədən olan insan fiziki yüklənmə növündə istirahətə üstünlük verir. İdeal mühasib təxminən belə bir cavab verir: “məndən ötrü təbiət qoynuna və ya bağ evinə getmək, orada ləklərdə əlləşmək daha mühümdür” və ya “evdə ev işləri ilə məşğul olmağı, yemək hazırlamağı sevirəm”. Vacib olan budur ki, mühasib artıq yüklənmədən xilas olmalı, əlləri ilə işləməklə gərginliyi aradan qaldırmalıdır.


3-cü hissəni oxumaq üçün keçidə daxil olun

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun