Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi vergi öhdəliyi yaradır?
Sual: Təsisçi müəssisəyə nizamnamə kapitalının artırılması şəklində, məsələn dəyəri 200.000 manat olan avtobus verir və nizamnamə kapitalını vergi orqanına müraciət edərək 200.000 manat artırır. Müəssisə həmin avtobusla gəlir əldə edir və həmin gəlirin də müvafiq vergisini ödəyir. (Nizamnamə kapitalı, vergi öhdəliyi)
Sual: 1. Müəssisə həmin avtobusu balansa götürməlidirmi?
Sual 2. Bir müddət sonra, məsələn 2 il sonra təsisçi vergi orqanına müraciət edərək nizamnamə kapitalını azaltmaqla həmin avtobusu geri ala bilərmi və geri alacağı təqdirdə müəssisənin hansı vergi öhdəlikləri yarana bilər?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend -hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Qeyd olunanlara əsasən, təsisçi fiziki şəxs tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi şəklində əldə edilən gəlir dividend sayılmır və sonradan həmin əmlakın təqdim edilməsi vergi tutulan gəlirlərə aid edilir.
Əsas vəsaitlərin balansa qəbulu qaydaları ilə bağlı ətraflı məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Mənbə: taxes.gov.az
Bax:
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
Əmtəəsiz əməliyyat nədir?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?
MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı”.
Vergi təqvimi – 27 mart 2020-ci il.
“Əməkhaqqı fondunda da 5 faizlik artım var. Cənab Prezident, özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaqdır, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcəkdir”.