Novruz bayramında 9 gün iş olmayacaq
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. (Novruz bayramı)
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq.
İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 12 mart 2020-ci il
№ 90
Mənbə: cabmin.gov.az
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergilər Nazirliyi ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin tarixlərində müəyyən dəyişikliklər edilib. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrini yaradacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə təmin olunacaq.